Məhkəmə qərarları › İş №2(046)-444/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-444/2023

27.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-444/2023 27.04.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh 'Azərişıq" ASC-yə qarşı əsassız 90 gün müddətinə hesablanmış 117.24 manat borcun 60 gün üçün hesablanmış hissəsinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonu, Xəlitli kəndində yaşayır və fərdi yaşayış evinə gələn elektrik enerjisi xəttinə təxminən 10 il əvvəl “X4 Şəbəkəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Göyçay paylayıcı Elektrik Şəbəkəsi tərəfindən həyətinin daş hasarına elektik sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci ildə X2 nümayəndələri sayğacın istismar müddəti bitdiyi bildirilərək həmin sayğacı açaraq yenisi ilə əvəz etmişlər. Bununla bağlı hazırda əlavə etdiyi aktı imzalatdırdıqdan sonra həmin aktdakı qrafaları cavabdehin nümayəndələri yazaraq imzalamış, bir nüsxəsini ona təqdim etmişlər. Bundan sonra ona məlum olmuşdur ki, aktda qeyd edilib ki, istehlakçıya məxsus elektrik sayğacı dövlət möhürü pozulmuşdur, sayğac müdaxiləldir. Halbuki sayğaca hər hansı müdaxilə edilməsindən xəbəri olmamış, boş akta imza etdirdikdən sonra bu qeydlər yazılmışdır. Bir müddət sonra isə bildiriş verilən zaman hesab-bildirişdə 117.24 manat borcunun olması məlum olmuşdur. İstifadəmdə olan sayğacın götürülməsinə qədər və ondan sonra da cavabdehin müəssisənin nəzarətçisi hər ay sayğaca baxış keçirmiş, göstəricisi qeydiyyata alınaraq bildiriş vermiş və heç bir qüsur aşkar etməmişdir. Hər ay enerjidən istifadəyə görə sayğacda göstərilən və nəzarətçi tərəfindən təqdim edilmiş bildirişdə göstərilən sərfıyyata uyğun məbləği cavabdehə ödəmişdir. Buna görə də akta əsasən 90 gün müddətində hesablanmış 117.24 manat borcun, 30 gün müddətinə hesablanmasını xahiş edir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək göstərmişdir ki, 14 sentyabr 2022-ci il tarixdə "xxxx" ASC-nin Satışa Nəzarət Departamentinin əməkdaşları Ələkbərov Elmar və Qasımov Ramin tərəfindən Göyçay rayonunda yaşayan elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən elektrik enerjisindən istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı da yaşadığı Göyçay rayonu, Xəlitli kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış keçirilən zaman sayğacın qüsurla işlədiyi məlum olmuşdur. Belə ki, sayğacın impuls lampası döyünür, lakin esablama mexanizmi yükə uyğun firlanmır. Baxış zamanı xətdən axan yük axan yük İ = 9,6 A dir. P faktiki=2,1 kvt, P sayğac=1,4 kvt. SP=33% xəta müəyyən edilmişdir. Bu səbəbdən İddiaçı barəsində “EEİQ”nın tələblərinə uyğun olaraq AKT NDM № 029835 saylı akt tərtib edilmişdir. Aktın “tələb hissəsində” hissəsində “Sayğacın yenisi ilə əvəz olunsun. Çıxarılan sayğac labortariya şəraitində yoxlanılıb rəy verilsin” qeydiyyatı aparılmışdır. Akt "xxxx" ASC-nin əməkdaşları tərəfindən imzalanmışdır. İddiaçı aktın tətib olunmasında iştirak etməmişdir. Qüsurlu elektrik hesablama sayğacı xx.xx.2022-ci il tarixdə “pozuntu faktını aşkar etmiş əməkdaşlar tərəfindən “EEİQ”-nın tələblərinə uyğun olaraq qablaşdırılaraq laborataoriya şəraitində yoxlanması üçün götürülmüşdür. Bu barədə “məişət istehlakçılarında sayğacların dəyişdirilmıəsi, yoxlanılması və quraşdırılması haqqında” 238402 №-li Protokol tərtib edilərək Göyçay EŞ-nin əməkdaşı A.Məmmədov və İddiaçı tərəfindən imzalanmışdır. Protokolun “qeyd” hissəsində “029835 saylı akta əsasən sayğac yenisi ilə əvəz olundu. ” qeydiyyatı aparılmışdır. Qüsurlu elektrik hesablama sayğacı xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin laboratoriya mərkəzində komissiya tərəfindən yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair “Sayğacların və cəryan transformatorlarının yoxlanılması” haqqında 045810 № Protokol tərtib edilmişdir. Aktın “yoxlama zamanı aşkar olunan qüsurlar” hissəsində “Sayğac keçən enerjini qeyd etmir.” qeydiyyatı aparılmışdır. Akt komissya üzvləri tərəfindən imzalanmışdır. "xxxx" ASC-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən xx.xx.2022-ci il tarixli, AKT R № 029835 saylı akta və sayğacın laborotoriya şəraitində yoxlanılması barədə tərtib edilmiş 238402 nömrəli protokola əsasən sutkanın 24 saatı nəzərə alınmaqla 90 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 117,24 manat təşkil edən 1058 kvt.saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. W=(2,1 kvt -1,4 kvt) x24 saat x 90 gün x0,7 = 1058 kvt s 166 kvt s x 0,08 = 3,28 manat 300 kvt s x 0,09 = 27 manat 592 kvt s x 0, 13=76,96 manat Cəmi: 117,24 manat İddiaçı barəsində “EEİQ”-nın tələblərinə uyğun olaraq akt tərtib edilərkən və həmin akt əsasında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılarkən ona qarşı hər-hansı bir hüquqa zidd və qərəzli hərəkətlərə yol verilməmişdir. Buna görə də iddianın rədd edilməsin xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 029835 nömrəli "xxxx" ASC-nin Satışa Nəzarət Departamentinin əməkdaşları Elmar Ələkbərov və Ramin Qasımov tərəfindən tərtib edilmiş aktdan görünür ki, Göyçay rayonu Yeniarx kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacın impuls lampası döyünür, lakin esablama mexanizmi yükə uyğun firlanmır. Baxış zamanı xətdən axan yük axan yük İ = 9,6 A dir. P faktiki=2,1 kvt, P sayğac=1,4 kvt. SP=33% xəta müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş Sayğacların və cərəyan transformatorların yoxlanması haqqında xx.xx.2022-ci il tarixli 045810 saylı protokoldan görünür ki, Göyçay rayonu Yeniarx kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğac laboratoriya şəraitində yoxlanılmış, sayğacın keçən enerjini qeyd etmədiyi müəyyən edilmişdir. Məhkəməyə təqdim edimiş sübutlarla müəyyən ediliri ki, xx.xx.2022-ci il tarixdə “"xxxx" ASC-nin Satışa Nəzarət Departamentinin əməkdaşları Elmar Ələkbərov və Ramin Qasımov tərəfindən Göyçay rayonu Yeniarx kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacın impuls lampası döyünür, lakin esablama mexanizmi yükə uyğun firlanmır. Baxış zamanı xətdən axan yük axan yük İ = 9,6 A dir. P faktiki=2,1 kvt, P sayğac=1,4 kvt. SP=33% xəta müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmişdir. Protokola əsasən sutkanın 24 saatı nəzərə alınmaqla 90 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 117,24 manat təşkil edən 1058 kvt.saat miqdarında elektrik enerjinin itirildiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı elektrik enerjisindən qanunsuz istifadə müddəti 30 gün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın (bundan sonra Qaydalar) 8.14-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Qanunun mənasından göründüyü kimi enerjitəchizatı müəssisəsi hər ay sayğaca baxış keçirir, enerjidən istifadəyə dair müvafiq ödəmə sənədi verir. Bu hal İddiaçı tərəfindən baş vermiş pozuntunun 90 gün müddətində deyil, 30 gün müddətində müəyyən edilməsinə dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Buna görə də məhkəmə hesab edir ki, "xxxx" ASC-nin elektrik enerjisindən istifadə Qaydalarının pozulmasını əsas götürərək İddiaçı 90 gün müddətinə hesablanmış 117.24 manat borc, azaldılaraq, 30 gün müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin İddiaçı elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 90 gün müddətinə hesablanmış 117.24 manat borc, azaldılaraq, 30 gün müddətinə hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay rayon məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar