Məhkəmə qərarları › İş №2(046)-454/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-454/2021

30.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-454/2021 30.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Cavabdehnə qarşı mirasın qəbul edilməsi üçün müyyən edilmiş müddətin uzadılması tələbinə dair mülki işə Göyçay şəhərində 30 aprel 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum arvadı X8 Göyçay rayonu Bığır kəndində yerləşən mərhum valideyinləri ilə ümumi birgə mülkiyyətində olan 1.14 ha kənd təsərrüfatı təyinatlı və mərhum anası X9 ilə ümumi birgə mülkiyyətində olan 0.21 ha həyətyanı torpaq sahələrinin mirasın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, iddiaçı 16 dekabr 2000-ci il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat X1 ilə nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 25 sentyabr 1998-ci il tarixdə X17 və 20 avqust 1999-cu il tarixdə X22 anadan olmuşdur. İddiaçını arvadı X16 04 fevral 2019-cu il tarixdə avtoqəza nəticəsində vəfat etmişdir. Arvadının ölümündən sonra ondan Göyçay rayonunun Bığır kəndində valideynləri ilə ümumi birgə mülkiyyətində olan 1,14 hektar kənd təsərrüfatı təyinatlı, anası ilə ümumi birgə mülkiyyətində olan 0,21 hektar həyətyanı torpaq sahələri miras qalmışdır. Arvadının atası X12 2000-ci ilin oktyabr ayında, anası X18 14 fevral 2016-cı il tarixdə vəfat etmişlər. Mərhum arvadının sağ qalan qanun üzrə birinci növbə vərəsələri iddiaçı və iki uşaqlarıdır. Mərhum arvadının faciəli ölümü iddiaçını və uşaqlarımı çox sarsıtmış və keçirdiyi psixoloji gərginlik nəticəsində iddiaçı xeyli müddət özünə gələ bilməmişdir. Mərhum arvadı avtoqəza nəticəsində həlak olarkən oğlu hərbi xidmətdə olmuşdur. Bundan başqa Bakı şəhərində məcburi köçkün kimi məskunlaşdığından mirasın qəbulu barədə notariusa ərizə verməmişdir. Buna baxmayaraq iddiaçı Cavabdeh xüsusi notariusu X19 21 oktyabr 2020ci il tarixli məktubla mirasın qəbulu müddətinin uzadılması üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdehnə məhkəmə baxışının yeri və vaxtı barədə qanunda nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş gəlməməmələrinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X16 16.12.2000-ci il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən X10 21.06.1974-cü il tarixdə anadan olmuşdur. X2, anası X5r. Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, X17 25 sentyabr 1998-ci il tarixdə və X22 20 avqust 1999-cu il tarixdə anadan olmuşlar. Ataları İddiaçı, anaları X14r. Məhkəməyə təqdim edilmiş JN-681 saylı Torpağa Mülkiyyət Hüququna dair dövlət aktından görünür ki, Göyçay rayonu Bığır kəndində 1.14 ha torpaq sahəsi X6, X3 və X4 ümumi birgə mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş JN-681A saylı Torpağın Mülkiyyətə verilməsinə dai Şəhadətnamədən görünür ki, Göyçay rayonu Bığır kəndində 0.21 ha həyətyanı torpaq sahəsi X3 və X4 ümumi birgə mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş Ölüm Haqqında şəhadətnamələrin təsdiq edilmiş surətindən görünür ki, X15 10.10.2000-ci il tarixdə, X9 14.02.2016-cı il tarixdə və Qasımova Səxavət Arif qızı 04.02.2019-cu il tarixdə vəfat etmişlər. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Notariat Kontorunun notariusu tərəfindən İddiaçı verilmiş 21.10.2020-ci il tarixli imtina məktubundan görünür ki, X7 miras qalmış Göyçay rayonu Bığır kəndində yerləşən 0.21 ha həyətyanı torpaq sahəsinə və 1.14 ha pay torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mirası qəbul etmək müddəti ötürülümüşdür. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı mərhum arvadı X7 miras qalmış Göyçay rayonu Bığır kəndində yerləşən 0.21 ha həyətyanı torpaq sahəsini və 1.14 ha pay torpaq sahəsini qəbul etmək müddətini ötürmüşdür. Hazırda iddiaçı həmin əmlaklara dair mirasın qəbul edilməsi müddətinin uzadılmasını xahiş edir. Azərbaycan Respublikası MM-nin 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, mərhum arvadı X8 Göyçay rayonu Bığır kəndində yerləşən mərhum valideyinləri ilə ümumi birgə mülkiyyətində olan 1.14 ha kənd təsərrüfatı təyinatlı və mərhum anası X9 ilə ümumi birgə mülkiyyətində olan 0.21 ha həyətyanı torpaq sahələrinə dair mirasın qəbul edilməsi müddəti uzadılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı mərhum arvadı X8 Göyçay rayonu Bığır kəndində yerləşən mərhum valideyinləri ilə ümumi birgə mülkiyyətində olan 1.14 ha kənd təsərrüfatı təyinatlı və mərhum anası X9 ilə ümumi birgə mülkiyyətində olan 0.21 ha həyətyanı torpaq sahələrinə dair mirasın qəbul edilməsi müddəti uzadılsın. Qətnamədən rəsmi qaydada verildikdən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar