Məhkəmə qərarları › İş №2(046)-499/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-499/2021

19.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-499/2021 19.04.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə Göyçay şəhərində xx xxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə mülkiyyətə verilmiş Göyçay rayonu Qaraməryəm kəndində yerləşən torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən JN-0039 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının ümumi-birgə mülkiyyətçilər sırasında 2-ci nömrədə anası X2 adına yazılmış qeydin X5 və 6-cı nömrədə X6 adına yazılmış qeydin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini müdafiə edərək göstərmişdir ki,Göyçay rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 44 saylı qərarı ilə ailə üzvlərinə X14, X8, X10 ,X11 ,X12 və Ərizəçi torpağın mülkiyyətə verilməsinə dair JN- 0039 kod-40807018 dövlət aktına əsasən ümumilikdə 2.78 hektar kənd təsərrüfatı məhsulların istehsalı üçün torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə dair çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 16 saylı Ərazi İdarəsinə müraciət olunmuşdur .Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə təqdim etdiyimiz sənədləri araşdırarkən müəyyən olunmuşdur ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 44 saylı qərarı ilə onlara verilən JN-0039 aktında səhvən X8 əvəzinə “X9”, Ərizəçi əvəzinə “X13” kimi qeyd olunmuşdur. Bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi JN-0039 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktın” da adda olan səhvlərinin dəyişdirilməsi və bütün sənədlər eyni şəxsə, yəni X8 və Ərizəçi məxsus olduğu halda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən torpaq sahəsinə çıxarış verilməsindən imtina edilmişdir. Buna görə də ərizəsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. İş üzrə ərizəçini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X4 surətindən görünür ki, X8 xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. Məhkəməyə təqdim edilmiş X4 surətindən görünür ki, Ərizəçi xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. X1r. Məhkəməyə təqdim edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Dövlət Aktının surətindən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə Göyçay rayonu Qaraməryəm kəndində yerləşən 2.78 ha torpaq sahəsi X14, X8, X10 ,X11 ,X12 və Ərizəçi mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-0039 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında X3 adı səhvən “X9”, Ərizəçi adı səhvən “X13” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 350.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, digər hüquqi əhəmiyyəti olan faktları da müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə mülkiyyətə verilmiş Göyçay rayonu Qaraməryəm kəndində yerləşən torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən JN-0039 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının ümumi-birgə mülkiyyətçilər sırasında 2-ci nömrədə anası X2 adına yazılmış qeydin X5 və 6-cı nömrədə X6 adına yazılmış qeydin Ərizəçi məxsus olması faktının müəyyən edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi, X2 və ailə üzvlərinin adına verilmiş JN-0039 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 350.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-0039 saylı Dövlət Aktının mülkiyyətçilər siyahısının 2-ci bəndində X2 və 6-cı bəndində X6 adı qeyd edilmiş dövlət aktının Ərizəçi və onun anası X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar