Məhkəmə qərarları › İş №2(046)-500/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-500/2021

07.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-500/2021 07.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Cavabdehnə qarşı mirasın qəbul edilməsi üçün müyyən edilmiş müddətin uzadılması tələbinə dair mülki işə Göyçay şəhərində 07 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası Əliyeva Turidə Ağabala qızından miras qalmış əmlakın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, mərhum anası 04.01.2020-ci il tarixdə vəfat etmişdir. Anası vəfat edərkən hamilə olduğundan hərəkət məhdudiyyəti və Bakı şəhərində olduğundan anasından qalmış mirasın qəbul edilməsi müddətini ötürmüşdür. Cavabdeh xüsusi notariusu X6 04.11.2020-ci il tarixli məktubla mirasın qəbulu müddətinin uzadılması üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdehnə məhkəmə baxışının yeri və vaxtı barədə qanunda nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş gəlməməmələrinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Övladlıqa götürmə haqqında haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Turidə Ağabala qızı tərəfindən övladıqa götürülmüşdür. Məhkəməyə təqdim edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 04.01.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş ÖM 087816 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Göyçay şəhəri H.Əliyev prospekti ev 87, 31 saylı mənzil X3 mülkiyyəti kimi qeydiyyata alınmışdır. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Notariat Kontorunun notariusu tərəfindən İddiaçı verilmiş 04.11.2020-ci il tarixli imtina məktubundan görünür ki, Əliyeva Turidə Ağabala qızından miras qalmış Göyçay şəhəri H.Əliyev prospekti ev 87, 31 saylı mənzilə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mirası qəbul etmək müddəti ötürülümüşdür. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı mərhum anası Əliyeva Turidə Ağabala qızından miras qalmış Göyçay şəhəri H.Əliyev prospekti ev 87, 31 saylı mənzili qəbul etmək müddətini ötürmüşdür. Hazırda iddiaçı həmin əmlaklara dair mirasın qəbul edilməsi müddətinin uzadılmasını xahiş edir. Azərbaycan Respublikası MM-nin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, mərhum anası Əliyeva Turidə Ağabala qızından miras qalmış miras əmlaka dair mirasın qəbul edilməsi müddəti uzadılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı mərhum anası Əliyeva Turidə Ağabala qızından miras qalmış miras əmlaka dair mirasın qəbul edilməsi müddəti uzadılsın. Qətnamədən rəsmi qaydada verildikdən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar