Məhkəmə qərarları › İş №2(046)-509/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-509/2021

07.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-509/2021 07.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (qardaşı) Nümayəndə iştirakı ilə, İddiaçınun cavabdeh Cavabdehnə qarşı mirasın qəbul edilməsi üçün müyyən edilmiş müddətin uzadılması tələbinə dair mülki işə Göyçay şəhərində 07 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X2 Göyçay rayonu Bığır kəndində yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair mirasın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçınun (qardaşı) Nümayəndə iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, iddiaçı 03.09.2009-cu il tarixdə X6 ilə nikah qeyd etdirməklə ailə qurmuş, Göyçay rayon Bığır kəndində gəlin köçmüşdür. X6 28.12.2013-cü il tarixdə vəfat etmişdir. Daha sonra qaynanası və qayanatası vəfat etmişlər. Ərindən miras qalmış fərdi yaşayış evini və torpaq sahəsini faktiki olaraq idarə etməklə qəbul etmiş, lakin bu barədə notariat kontoruna ərizə vermək üçün imkanı olmamışdır. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdehnə məhkəmə baxışının yeri və vaxtı barədə qanunda nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş gəlməməmələrinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş Nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə X6 03.09.2009-cu il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, X5 26.08.2007-ci il tarixdə anadan olmuş, ataları İddiaçı, anaları X3r. Məhkəməyə təqdim edilmiş Göyçay RİHB-nın Bığır kənd inzibati ərazi nüçmayəndəliyi tərəfindən verilmiş 26.04.2021-ci il tarixli arayışdan görünür ki, X4 mərhum atasından JN-164A nömrəli şəhadətnaməyə əsasən 0.25 ha həyətyanı torpaq sahəsi və 1980-ci il tarixdə inşa edilmiş fərdi yaşayış evi və JN-164 nömrəli dövlət aktı əsasında 1.25 ha pay torpaq sahəsi vardır. Məhkəməyə təqdim edilmiş Ölüm Haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Məmmədov Şükran Saab oğlu 28.12.2013-cü il tarixdə vəfat etmişlər. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı mərhum əri X1 miras qalmış Göyçay rayonu Bığır kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsini və 1.25 ha pay torpaq sahəsini qəbul etmək müddətini ötürmüşdür. Hazırda iddiaçı həmin əmlaklara dair mirasın qəbul edilməsi müddətinin uzadılmasını xahiş edir. Azərbaycan Respublikası MM-nin 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçınun iddiası təmin edilməli, mərhum əri X1 Göyçay rayonu Bığır kəndində miras qalmış 0.25 ha həyətyanı torpaq sahəsinə və 1.25 ha pay torpaq sahəsinə dair mirasın qəbul edilməsi müddəti bərpa edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı mərhum əri X1 Göyçay rayonu Bığır kəndində yerləşən miras qalmış JN- 164A Torpağa mülkiyyətə hüququna dair şəhadətnaməyə əsasən 0.25 ha həyətyanı torpaq sahəsinə və JN-164 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən 1.25 ha pay torpaq sahəsinə dair mirasın qəbul edilməsi müddəti bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildikdən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar