Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-514/2021 27.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı1 (həmçinin digər iddiaçının nümayəndəsi) və Cavabdeh1 nümayəndəsi (bacısı) Nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı razılıq ərizəsinin ləğv edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində 27 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi dalan 1, 7 saylı fərdi yaşayış evi ilə bağlı Cavabdeh2 vərəsəlik payının Cavabdeh1 bağışlanması barədə ərizəsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı1 (digər iddiaçının nümayəndəsi) iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi, dalan 1, 7 saylı fərdi yaşayış evi qaynanası X3 (2004-cü ildə vəfat etmişdir) mülkiyyətində olmuş, qaynanası ölümündən sonra vərəsələri onun və digər iddiaçı olan oğlunun razılığı olmadan fərdi ev üzrə Çıxarış Cavabdeh1 adına rəsmiləşdirmişlər. Bu zaman Cavabdeh2 Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 1, 7 saylı fərdi evlə bağlı öz payını bacısına bağışlamışdır. Aşağıda göstərilən faktlara əsasən Cavabdeh2 tərəfindən imzalanmış razılıq ərizəsi ləğv olunmalıdır. 20 ildən çox bir zaman daxilində Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 1, 7 saylı evdə istifadə hüququ əldə etmişəm. Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, dalan 1, 7 saylı fərdi ev üzrə 20 il ərzində aparılmış cari və əsaslı təmirlərdə onun da maliyyə vəsaiti xərclənmişdir. Keçmiş həyat yoldaşı Cavabdeh2 və digər vərəsələrdən çox keçmiş mülkiyyətçiyə özü qayğı göstərmişdir. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 nümayəndəsi (bacısı) Nümayəndə iddianının rədd edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh3nə məhkəmə baxışının yeri və vaxtı barədə qanunda nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş gəlməməmələrinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş X2 haqqında 18.03.2019-cu il tarixli Müqavilədən görünür ki, Cavabdeh2 mərhum X1 miras qalmış ünvan 1 ünvanda yerləşən yaşayış evinin özünə düşən vərəsəlik payını Cavabdeh1 bağışlamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Buna görə də məhkəmə hesab edir ki, Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı razılıq ərizəsinin ləğv edilməsi barədə iddiasə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı razılıq ərizəsinin ləğv edilməsi barədə iddiasə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-514/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-514/2021
27.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver