Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-516/2025 10.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Gülnaz İntiqam qızının sədrliyi, Əliyeva Leyla Bəhər qızının katibliyi, İddiaçı, Cavabdeh2 və etibarnamə üzrə nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı vərəsələr arasında miras əmlakın bölünməsi tələbinə dair açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında miras qalmış, 6.17 sot torpaq sahəsi və 1 otaqlı evin 2/1 hissədə vərəsələr arasında bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, mərhum nənəsi X6 yeganə övladı X27 olmuşdur. X27 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. X11 vərəsələri: X18 — vəfat edib, X30 — vəfat edib, X19, X20, X14 — vəfat edib, X28, X21. X1 6.17 sot torpaq sahəsi və 1 otaqlı yaşayış sahəsi miras qalmışdır. X12 tərəfindən nəticəsi Cavabdeh2 vəsiyyətnamə qoyulmuşdur. Cavabdeh1 tərəfindən Cavabdeh2 2/1 hissəsi verilmiş, digər 2/1 hissə isə açıq şəkilde qalmışdır. O, vərəsələr arasında pay bölgüsün tələb etmiş, amma imtina verilmişdir. Cavabdeh1 bildirilmişdir ki, Cavabdeh2 mübahisə yaradır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etdi, lakin məhkəmədən qətnamə çıxarılmadan öncə vaxt istədi. Belə ki, X12 mirasını ona vəsiyyət etdikdə vəsiyyətnamədə və daşınmaz əmlakın texniki pasportunda torpaq sahəsi 855 kv.metr göstərilmişdir. Amma həmin sahəsi ölçüldükdən sonra faktiki olaraq 0.0617 ha müəyyən olunmuş, ona da dair şəhadətnamə verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində alınmış qeydiyyat və tərtib edilmiş xx.xx.2017-ci il tarixli ******* nömrəli çıxarış 0.083248 ha torpaq sahəsinin ünvan 2 ünvanında yerləşən 2967 inventar nömrəli texniki parportda qeyd edilmiş 855 kv.m. həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 111 kv.m torpaq sahəsinə aid hissədə ləğv edilmişdir. Hal-hazırda həmin torpaq sahəsinində miras kütləsinə birləşdirməsi üçün yenidən Şəki İnzibati Məhkəməyə müraciət etmiş, lakin hakim hələ işin icraata qəbulu ilə bağlı sərəncam qəbul etməmişdir. Həmin sahə miras kütləsinə daxil edildikdən sonra vərəsələrin payları artacaqdır. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X22 iddianə qəbul etdi və digər Cavabdeh2 dediklərini təsdiq etdi. İş materialların Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2006-cı il tarixli şəhadətnamənin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 32.4 kv.m, yaşayış sahəsi 20.8 kv.m, köməkçi sahəsi 11.6 kv.m., otaqların sayı bir olan evin və 855 kv.m. torpağın ½ hissəsinə dair Cavabdeh2 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2006-cı il tarixli şəhadətnamə verilmişdir. Qalan ½ hissəyə məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. X13 apostil edilmiş xx.xx.2021-ci il tarixli etibarnaməsinə əsasən o vərəsəlik işi ilə üzrə məhkəmədə onun adından hərəkət etməyi İddiaçı etibar edir. Eyni zamanda nənəsinin ölümündə sonra ona çatası paydan qardaşı İddiaçı xeyrinə emtina edir. X9 apostil edilmiş xx.xx.2021-ci il tarixli etibarnaməsinə əsasən o vərəsəlik işi ilə üzrə məhkəmədə onun adından hərəkət etməyi İddiaçı etibar edir. Eyni zamanda nənəsinin ölümündə sonra ona çatası paydan qardaşı İddiaçı xeyrinə emtina edir. Göyçay Rayon İHB-ın Göyçay şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 216 saylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X27 yaşadğı müddətdə öhdəsində X18 — vəfat edib, X30 — vəfat edib, X19, X23, X14 — vəfat edib, X28, X21 olmuşlar. Göyçay Rayon İHB-ın Göyçay şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 215 saylı, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X12 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir, vəfat edən zaman onun öhdəsində X27 olmuşdur. AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən allınmış ******* saylı, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixki çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0617 ha torpaq sahəsinin ½ hissəsi üzərində və ölçüsü 32.4 kv.m. olan fərdi yaşyış evinin ½ hissəsi üzərində Cavabdeh2 və X6 payları müəyyən edilmişdir. Göyçay Rayon Notariat ofisinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 712 saylı məktubdan görünür ki, o xx.xx.2001-ci il tarixdə vəfat etmiş X4 miras qalmış Göyçay çəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 69 A ünvanında yerləşən yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciətinə baxılmış, Cavabdeh2 ilə aralarında həmin əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Doğum haqqında 110475 nömrəli şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1903-cü ildə doğulmuşdur. Doğum haqqında 441889 nömrəli şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.1952-ci ildə doğulmuşdur. X5, anası X15r Doğum haqqında ******* nömrəli şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.1954-ci ildə doğulmuşdur. X5, anası X15r. Doğum haqqında 441928 nömrəli şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1956-ci ildə doğulmuşdur. X3, anası X15r. Doğum haqqında 646 nömrəli arayışdan görünür ki, X29 xx.xx.1960-cı ildə doğulmuşdur. X5, anası X15r. Doğum haqqında 441900 nömrəli şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1958-ci ildə doğulmuşdur. X5, anası X15r. Doğum haqqında 441926 nömrəli şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.1960-cı ildə doğulmuşdur. X5, anası X15r. Doğum haqqında 441928 nömrəli şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1962-ci ildə doğulmuşdur. X5, anası X15r. Ölüm haqqında AZ-İİ № 273212 seriyalı şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.2000-ci ildə ölmüşdür. Ölüm haqqında AZ-İİ № 420263 seriyalı şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024cü ildə ölmüşdür. Ölüm haqqında AZ-İ № 176476 seriyalı şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.2006-cı ildə ölmüşdür. Ölüm haqqında AZ-İ № 862839 seriyalı şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1966-cı ildə ölmüşdür. Ölüm haqqında AZ № 091765 seriyalı şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2001ci ildə ölmüşdür. Ölüm haqqında 655 saylı arayışdan görünür ki, X29 xx.xx.1961-ci ildə ölmüşdür. Nikah haqqında 2412 saylı arayışdan görünür ki, X16 ilə X31 arasında xx.xx.1954-cü il tarixdə nikah bağlanmış və nikahın bağlanması haqqında akt kitabına 13 nömrə ilə qeyd edilmişdir. Ərə Yəhyazadə, arvada Yəhyazadə soyadı verilmişdir. Nikah haqqında 170043 saylı şəhadətnamənin surətindən görünür ki, X26 ilə X14 arasında xx.xx.1970-ci ildə nikah bağlanmış və 42 nömrə ilə lazımi qeyd edilmişdir. Ərə Soltanəliyev, arvada Soltanəliyeva soyadı verilmişdir. ********** nömrəli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2018-ci ildə tərtib edilmiş Fərdi yaşayış evin Texniki pasportunun surətindən görünür ki, Göyçay şəhəri, M.Ə.Rəsulzadə keçəsi ev 69 A ünvanında yerləşən torpaq sahəsi sənəd üzrə 0.08558 ha, faktiki sahə 0.0617 ha təşkil edir. xx.xx.1991-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, ünvan 6 nömrəli evdə yaşayan X12 ona məxsus olan bütün əmlakı o harda olursa olsun və nədən ibarət olursa olsun, o cümlədən ünvan 6 ünvanda yerləşən ev və mülkünü nəticəsi Cavabdeh2 çatmasını vəsiyyət etmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin surətrindən görünür ki, xx.xx.2006-cı il tarixdə Cavabdeh2 Göyçay şəhəri, M.Ə.Rəsulzadə keçəsi ev 69 A ünvanında yerləşən olçüsü 32.4 kv.m. olan fərdi yaşayış evin və 855 kv.m torpaq sahəsinin ½ hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. 1256.-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 08 yanvar 2021-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 İyun 2024-cü İl tarixli Qərarı: Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 26 dekabr tarixli Qərarı ilə Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə, Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin Qərarda göstərilmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarında ifadə etdiyi mövqelər mirasda məcburi pay hüququna da şamil olunmalı və belə payın qəbulu hər hansı xüsusi qəbul müddətinə tabe olmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və şahid ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Konstitusiyanın 29-cu maddəsinin https://e-qanun.az/framework/897İ, İİ və İV hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi ilə müəyyən edilmişdir ki, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyada həm vərəsəlik hüququ həm mülkiyyət hüququ eyni maddədə göstərilmişdir. Bununla da belə nəticəyə gəlmək olar ki, vərəsəlik hüququ mülkiyyət hüququnun bir formasıdır. Konstitusiyanın qeyd olunan norması vəsiyyət etmə hüququ ilə bərabər miras alma hüququna da təminat vermişdir. Çünki vərəsəlik hüququna təminat bir tərəfdən miras qoymağı, eləcə də vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Göründüyü kimi, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. İş materiallarından göründüyü kimi, İddiaçı mərhum X6 nəvəsidir. Mələksuma Bədirova xx.xx.2001-ci il tarixdə, onun yeganə övladı X27 xx.xx.2000-ci ildə vəfat etmişlər. Mülki Məcəllənin tələblərinə görə birinci növbə vərəsələr miras qoyanın uşaqlarının, ölümündən sonra doğulmuş uşaqlarının, arvadının (ərinin), valideyinlərinin (övladlığa götürənlərin) nəvələri, nəticələr və uşaqları o halda vərəsə sayılırki, miras açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideyinləri sağ olmasın. Belə olan halda mərhum Mələksuma Bədirovanın öldüyü zaman sağ olan nəvələri İddiaçı, X21, X28, X7, X30 və X20 nəticə etibarilə birinci növbə vərəsə olmaqla mirasda pay almaq hüququnu əldə etmişlər. Cavabdeh2 X4 miras qalmış Göyçay şəhəri, M.Ə.Rəsulzadə keçəsi ev 69 A ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin ½ hissəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2006-cı il tarixdə şəhadətnamə verilərkən, qalan ½ hissəyə məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün açıq qalmışdır. İş materiallarından göründüyü kimi, miras kütləsinə daxil olan əmlakın yarısı vəsiyyət üzrə vərəsəyə keçdiyindən, açıq qalan ½ hissəyə məcburi pay almaq hüququ olan vərəsələrin payları tanınmalıdır. X2 və X10 öz paylarından İddiaçı xeyrinə imtina etmələrinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Bununla da X9 və X45 mirasdan imtina üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşlər. Belə olan halda məhkəmə qətnaməsi ilə onların mirasda məcbur payının digər vərəsə İddiaçı payına birləşdirilməsi mümkün deyil. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X4 miras qalmış Göyçay şəhəri, M.Ə.Rəsulzadə keçəsi ev 69 A ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahisinin ½ hissəsi üzərində İddiaçı 1/6 hissədə payı müəyyən edilməlidir. Nəticə: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2001-ci il tarixdə vəfat etmiş X4 miras qalmış Göyçay şəhəri, M.Ə.Rəsulzadə keçəsi ev 69 A ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahisinin ½ hissəsi üzərində İddiaçı 1/6 hissədə payı müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnaz Qurbanova
Məhkəmə qərarları › İş №2(046)-516/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-516/2025
10.06.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver