Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-551/2021 23.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlu İddiaçı Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tələbinə dair iddia ərizəsi ilə müraciət edərək 2.400 (iki min dörd yüz) manat əsas borc, müqavilə üzrə öhdəliyin icra olunmalı olan gündən (xx.xx.2017-ci il tarixdən) məhkəmə qərarı çıxarılan günə gədər olan müddət ərzində hər gün üçün bank uçot dərəcəsinə uyğun olraq faiz borcu və məhkəmə xərcləri cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2017-ci il tarixli reyestrdə 7E-6054 nömrə ilə qeyd edilmiş ərizədən görünür ki, İddiaçı Cavabdeh kredit müqaviləsi üzrə cavabdeh xx.xx.2017-ci il tarixədək ona verilmiş 2400 manatın iddiaçıya geri qaytarılmasını öhdəsinə götümüş, buna görə də borcun qaytarılmasını cavabdehdən tələb etmişdir. Lakin iddia ərizəsinə əlavə edilmiş sənədlərdə qeyd edilən ərizənin cavabdehin ünanına göndərilməsini təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-əmişdir. nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi əlavə edilmiş sənədlərlə birgə qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə sənəd təqdim etmədiyindən İddiaçı geri qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-551/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-551/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver