Məhkəmə qərarları › İş №2(046)-555/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-555/2021

11.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-555/2021 11.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Göyçay şəhərində 11 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianının predmentinin dəyişdirilməsi barədə ərizə təqdim edərək tələbi belə əsaslandırmışdır ki, atası X6 05 iyun 2019-cu il tarixdə, anası X8 04 iyul 2019cu il tarixdə vəfat etmişlər.X2 vəfatından sonra ondan miras qalmış Göyçay şəhəri Mehdi Hüseynzadə küçəsində 52,3 kvm qeyri-yaşayış sahəsi miras qalmışdır və qanun üzrə vərəsələrdən əmlakı faktiki qəbul edərək başqa şəxsin istifadəsinə verməklə idarə etmişdir. Digər qanun üzrə birinci növbə vərəsələr miras əmlakı nə rəsmi, nə də faktiki qəbul etməmişlər və bu barədə notariat ofisinə ərizə vermişlər. Lakin Cavabdeh ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmiş və imtinasını mirasın qəbulu ilə bağlı müddəti ötürməsi ilə əsaslandıraraq məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Halbuki, mirası faktiki qəbul edərək idarə etmiş, lakin miras əmlakı başqa şəxsin istifadəsinə verərkən hər hansı müqavilə tərtib etmədiyindən notariusa sənəd təqdim edə bilməmiş və bu səbəbdən də notarius mirasın qəbulu ilə bağlı müddəti ötürmüşdür. Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdehnə məhkəmə baxışının yeri və vaxtı barədə qanunda nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş gəlməməmələrinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş doğum haqqında çıxarışdan görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuş, atası X6, anası X7r. Məhkəməyə təqdim edilmiş Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamədən görünür ki, Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən 52.3 kv.m yaşayış sahəsi X1. Məhkəməyə təqdim edilmiş Ölüm Haqqında arayışlardan görünür ki, X6 05.06.2019-cu il tarixdə, X9 04.07.2019-cu il tarixdə vəfat etmişlər. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı mərhum atası X3 miras qalmış Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən 52.3 kv.m yaşayış sahəsini qəbul etmək müddətini ötürmüşdür. Hazırda iddiaçı həmin əmlaka dair mirasın qəbul edilməsi müddətinin uzadılmasını xahiş edir. Azərbaycan Respublikası MM-nin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli, mərhum atası X3 Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən 52.3 kv.m yaşayış sahəsinə dair mirasın qəbul edilməsi müddəti bərpa edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı mərhum atası X3 Göyçay şəhəri M.Hüseynzadə küçəsində miras qalmış Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamə əsasən 52.3 kv.m qeyri yaşayış sahəsinə dair mirasın qəbul edilməsi müddəti bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildikdən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar