Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-57/2025 13.03.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Qurbanova Gülnaz İntiqam qızının sədrliyi Əliyeva Leyla Bəhər qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Göyçay rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanın nümayəndəsi X9 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair mülki iş üzrə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq. MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 07 iyul 2006-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1968-ci il tarixdə Zərdab şəhərində anadan olmuşdur. Hazırda qızı 07 iyul 2006-cı il təvəllüdlü X7 ilə bir təsərrufatda, bir evdə yaşayır. X7 anadan gəlmə əqli qüsurlu olduğundan psixiatrın qeydiyyatındadır. Lamiyə Abdurahmanova xəstəliyi ilə bağlı daim müalicə alır. Onunla və ailə üzvüləri ilə birlikdə eyni evdə yaşayır. X7 məntiqli düşünə bilmir, etdiyi hərəkətlərə nəzarət etmək qabiliyyəti yoxdur. O, daima onun himayəsində və nəzarətindədir, öz hərəkətlərinin mənasını bilmir, eləcə də psixi xəstəliklərdən əziyyət çəkir, hərəkətlərini dərk edə bilmədiyi üçün o, hər hansı idarə və təşkilatlara müraciət edə bilmir, hüquqlarını həyata keçirə bilmir. Ona görə də onun qəyyumu olmaq istəyir. Bunun üçün isə X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zəruridir. Odur ki, X3 fəaliyyət qabiliyyəti olmayan hesab ediməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilən xüsusatları təsdiq edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Göyçay rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanın nümayəndəsi X11 ərizənin təmin edilməsinə etiraz etməmişdir. Yazılı sübut qismində işə əlavə edilmiş Doğum haqqında şəhadətnamənin surətindən görünür ki,xx.xx.2006-cı il tarixdə anadan olmuş X3 atası X5, anası Ərizəçidır. Tibbi-Sosial Ekspert Komissiyada sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, xx.xx.2006-cı ildə anadan olmuş X1, spastik serebral iflic, tetraplegiya, əqli gerilik diaqnozu ilə ümümi xəstəlikdən birinci dərəcəli əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Psixiatrik Ekspertiza mərkəzi” Publik Hüquqi şəxsin Gəncə Regioanal ambulator Şöbəsinin xx.xx.2024-cü il tarixli 947 saylı rəyindən görünür ki, X4 ağır dərəcəli əqli gerilik,uşaq serebral iflicinin qalıq əlamətləri və davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10cu baxış) F72.1 xəstəliyindən əziyyət çəkmişdir. X2 ağır dərəcəliqli əqli gerilik, uşaq serebral iflicinin qalıq əlamətləri və davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F72.1 xəstəliyi nəticəsində, öz hərəkətlərini cavab vermək və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin; 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir.
319. Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə psixiatriya ekspertizası təyin edir. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
Məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Əgər həmin şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayılarsa, onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən qəyyumluq və himayəçilik təyin edilir. xx.xx.2006-cı il təvəllüdlü X3 fəaliyyət qabiliyyətinin olmaması məhkəmə tərəfindən tədqiq edilmiş iş materialları və Azərbaycan Respublikası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Psixiatrik Ekspertiza mərkəzi” Publik Hüquqi şəxsin Gəncə Regioanal ambulator Şöbəsinin xx.xx.2024-cü il tarixli 947 saylı ilə öz təsdiqini tapmışdır. Sözügedən rəydə göstərilir ki, X2 ağır dərəcəliqli əqli gerilik, uşaq serebral iflicinin qalıq əlamətləri və davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F72.1 xəstəliyi nəticəsində, öz hərəkətlərinə cavab vermək və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlər ilə birlikdə qiymətləndirərək qeyd edir ki, hazırki işin hallarının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən və məhkəmənin özü müstəqil qaydada həmin halları müəyyən edə bilmədiyindən ekspert rəyi iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir. Ekspert rəyinin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Buna görə də, xx.xx.2006-cı il tarixdə anadan olmuş X7 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, bununla da ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.2006-cı ildə Göyçay şəhərində anadan olmuş, Göyçay rayonu Yeniarx kəndində yaşayan X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Gülnaz Qurbanova