Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-63/2021 11.03.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh1 (Cavabdeh2 nümayəndəsi) və Cavabdeh3 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə xx xxxx 2021-cu il tarixdə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 ASC arasında bağlanmış 020YASEV13474901 saylı xx.xx.2012-ci il tarixli ipoteka müqavilələsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh2 xx xxxx 2012-ci il tarixdə Cavabdeh3 ASC ilə bağladığı 020CASA121940010 saylı kredit müqaviləsinə əsasən 120 ay müddətinə illik 11 faiz olmaqla 57280 ABŞ dolları məbləğində kredit götürmüşdür. Digər Cavabdeh1 həmin kredit öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh3 ASC ilə aralarında bağlanmış xx xxxx 2012-ci il tarixli 020YASEV13474901 saylı ipoteka müqaviləsinə görə ailə üzvlərinə məxsus, onun da qeydiyyatda olduğu Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 90 saylı ünvanda mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ümumi sahəsi 283,2 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evini ipotekaya qoymuşdur.xx xxxx 2012-ci il tarixli 020CASA121940010 saylı kredit müqaviləsi X2 ərizəsinə əsasən xx xxxxxx 2015-ci il tarixdə restrukturizasiya olunmuşdur. xx xxxxxx 2015-ci il tarixdə Cavabdeh1 ilə Cavabdeh3 ASC ärastnda bağlanmış restrukturizasiyaya dair razılaşmaya əsasən yuxanda adı qeyd olunan fərdi yaşayış evi yenidən yüklü edilmişdir. Cavabdeh2 Cavabdeh3 ASC qarşısında üzərinə götürdüyü öhdəliyi tam və lazımi qaydada icra etmədiyindən kredit öhdəliklərinin icrasını təmin etmək üçün ailə üzvlərinə məxsus, onun da qeydiyyatda olduğu Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 90 saylı ünvanda mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ümumi sahəsi 283,2 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evini ipotekaya qoymuşdur. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(046)-1172018 tarixli qətnaməsinə əsasən Cavabdeh3 ASC-nin cavabdehlər X3, Cavabdeh1, X4 və İddiaçı oğhma qarşı kredit müqviləsinin ləğv edilməsi, tutmanın ipoteka predmeti olan ailə üzvlərimizə məxsus, mənim də qeydiyyatda olduğum Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 90 saylı ünvanda mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ümumi sahəsi 283,2 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabma kredit müqaviləsi üzrə borcun ödənilməsi qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin həmin qətnaməsi bu günədək ona rəsmi qaydada təqdim olunmadığından həmin qətnamədən məlumatım olmamışdır. Eyni zamanda Cavabdeh1 həmin kredit öhdəliklərinin icrasını təmin etmək üçün ailə üzvlərinə məxsus, onun da qeydiyyatda olduğu Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 90 saylı ünvanda mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus ümumi sahəsi 283,2 kv.m olan 2 mərtəbəli fərdi yaşayış evinin bankda ipoteka girovu kimi qoymasından onun xəbəri olmamış və xx xxxxxx 2015-ci il tarixdə Cavabdeh2 ilə Cavabdeh3 ASC arasında bağlanmış restrukturizasiyaya dair razılaşmaya əsasən yuxarıda adı qeyd olunan fərdi yaşayış evinin yenidən yüklü edilməsinə dair həmin ipoteka müqaviləsinə şəxsən imza atmamışdır. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(046)-117/2018 saylı qətnaməsinin ipoteka predmeti olan daşınmaz əmlakla bağlı hissəsindən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(107)-126/2019 saylı qətnaməsi ilə iş üzrə Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ipoteka predmetiriin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilməsi və həmin qiymətin 140.000 (bir yüz qırx min) manat məbləğində müəyyən edilmişdir. Göyçay Rayon Məhkəməsinin və Şəki Apellyasiya Məhkəməsinin qeyd olunan qətnamələrindən və Cavabdeh1 ailə üzvlərinə məxsus fərdi yaşayış evini yenidən xx xxxxxx 2014-cü ildə yüklü etməsindən onun məlumatı olmamışdır. Qeyd olunan fərdi yaşayış evindən başqa yaşayış evi yoxdur və hesab edir ki, Cavabdeh2 banka olan borcuna görə onun illər uzunu yaşadığı və payı olan evin hərracda satılaraq onn evdən çıxarılması qanuna müvafiq deyildir. Buna görə də tələbinin təmin edilməsin xahiş etmişdir. İş üzrə Cavabdeh1 iddianı qəbul edərək göstərmişdir ki, Cavabdeh2 Cavabdeh3 ASC ilə kredit müqaviləsi bağlamış, həmin kredit müqaviləsinin təminatı kimi, xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir.Lakin həmin evdə qeydiyyatda olan digər iddiaçı (oğlu) İddiaçı həmin evi ipoteka ilə yüklü edilməsinə etirazı olub-olmaması barədə ərizəsi alınmamışdır. İş üzrə Cavabdeh3 ASC-nin nümayəndəsi X5 iddianı qəbul etməyərək göstərmişdir ki, Cavabdeh2 Cavabdeh3 ASC ilə kredit müqaviləsi bağlamış, həmin kredit müqaviləsinin təminatı kimi, Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. İddiaçının hazırki iddiası əsassızdır belə ki, İddiaçı Cavabdeh1 xüsusi mülkiyyətində olan fərdi yaşayış evində yaşadığı üçün razılıqın alınmaması ipoteka müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz.Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə Cavabdeh2 və Göyçay rayon Notariat Kontoruna məhkəmə baxışınin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdehlər məhkəmə baxışında iştirak etməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon İHB Göyçay şəhəri üzrə icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 adına olan Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 90 saylı evdə Cavabdeh1, Cavabdeh2, İddiaçı və X6 pasport qeydiyyatındadır. Məhkəməyə təqdim edilmiş kredit müqaviləsindən görünür ki, xx.xx.2012-ci il tarixli kredit müqaviləsindən görünü ki, Cavabdeh2 ilə Cavabdeh3 ASC arasında kredit müqavilə bağlanmış, Cavabdeh2 illik 11 faiz olmaqla 120 ay müddətinə 57280 ABŞ dolları kredit verilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 ilə Cavabdeh3 ASC arasında bağlanmış xx.xx.2012 il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 xüsusi mülkiyyətində olan Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 90 saylı evi Cavabdeh3 ASC qarşısında yüklü etmişdir. Məhkəməyə təqdim edilmiş İddiaçı tərəfindən xx.xx.2012-ci tarixdə Göyçay rayon Notariat kontoruna ünvanlanmış 7E-30/21347 saylı nömrə ilə reyestrdə qeydə alınmış ərizədən görünür ki, Cavabdeh1 məxsus Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 90 saylı evin ipotekaya qoyulmasına etiraz etməmişdir. Məhkəməyə təqdim xx.xx.2020-ci il tarixli 4/929 nömrəli məhkəmə-xəttşunaslıq ekspertizasının rəyindən görünür ki,İddiaçı adından xx.xx.2012-ci il tarixli 7E-30/21347 reyestr nömrəli ərizədə “İmza” qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış ekspertizanın dəyəri 126 manat təşkil edir. Məhkəmə baxışı zamanı müəyyən edilir ki, İddiaçı cavabdeh (qardaşı) Cavabdeh2 xx.xx.2012-ci il tarixdə Cavabdeh3 ASC ilə kredit müqaviləsi bağladığını,həmin müqavilənin təminatı kimi (atası) Cavabdeh1 ilə Cavabdeh3 ASC arasında xx.xx.2012-ci il tarixdə ipoteka müqaviləsinin bağlandığını, Cavabdeh1 qeydiyyatda olduğu Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 90 saylı evi Cavabdeh3 ASC-yə yüklü etdiyini və bu barədə onun razılıq notarial qaydada ərizəsinin alınmadığını əsas gətirərək, Cavabdeh1 ilə Cavabdeh3 ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 020YASEV13474901 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh dilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenumunun qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Qanunun mənasından göründüyü kimi, Cavabdeh2 xx.xx.2012-ci tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 ilə Cavabdeh3 ASC arasında xx.xx.2012-ci il tarixdə ipoteka müqaviləsi bağlanarkən iddiaçının razılığının alınmaması xx.xx.2012-ci il tarixli 020YASEV13474901 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə əsas ola bilməz. Məhkəmə baxışı zamanı İddiaçı cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 ASC arasında xx.xx.2012-ci il tarixli 020YASEV13474901 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə əsas ola bilən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İş üzrə ekspertiza xərci olan 126 manat məbləğində pul cavabdeh İddiaçı alınaraq ekspertizası mərkəzinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh1 ilə Cavabdeh3 ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 020YASEV13474901 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbi təmin edilməsin. İş üzrə ekspertiza xərci olan 126 manat məbləğində pul cavabdeh İddiaçı alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay rayon məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-63/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-63/2021
11.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver