Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-64/2023 07.08.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Etibar Abbasovun nümayəndəsi (vəkili) Nümayəndə, nümayəndəsi X5, Cavabdeh X6, İkinci iddia üzrə iddiaçı X28 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Göyçay rayon Notariat Ofisinə qarşı «miras qalmış əmlakın tam şəkildə qəbul edilmə faktının müəyyən edilməsi və mirasa vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi» tələbinə dair iddiası; İddiaçılar X17, X6 və X28 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı (Göyçay rayon Notariat Ofisini mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində qeyd etməklə) «mirasda payların tanınması» tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Göyçay rayon Notariat Ofisinə qarşı (X22, İsmayılova (Abbasova) Tahirə Abbasəli qızını və Məmmədova (Abbasova) Nahidə Abbasəli qızını mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində qeyd etməklə) «miras qalmış əmlakın tam şəkildə qəbul edilmə faktının müəyyən edilməsi və mirasa vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3nun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, miras qalmış 29 saylı mənzilin onlar tərəfindən qəbul etmə faktının müəyyən edilməsi və mirasa tam vərəsəlik hüququ ilə onlara vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məmmədova (Abbasova) Nahidə Abbasəli qızı vəfat etdiyindən, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxslərin siyahısından çıxarılmışdır. İddiaçılar X34, X18 və hüquqi varis X46 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı (Göyçay rayon Notariat Ofisini mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3cü şəxs qismində qeyd etməklə) «mirasın qəbul edilməsinin müəyyən edilməsi və miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X19 miras qalmış mirasın, yəni Göyçay şəhəri Heydər Əliyev prospekti 185 saylı evin 29 saylı mənzilin onlar və mərhum X24 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi; mərhum qardaşları X19 miras qalmış Göyçay şəhəri Heydər Əliyev prospekti 185 saylı evin 29 saylı mənzilə qanun üzrə vərəsəlik hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Göyçay rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(046)-1270/2022 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Göyçay rayon Notariat Ofisinə qarşı «miras qalmış əmlakın tam şəkildə qəbul edilməsinin müəyyən edilməsi və mirasa vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi» tələbinə dair iddia ərizəsi üzrə 2(046)-824/2022 saylı mülki işlə iddiaçılar X17, X9 və hüquqi varis X28 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı «miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması» tələbinə dair iddia ərizəsi üzrə 2(046)-1270/2022 saylı mülki iş bir icraatda birləşdirilmişdir. Sonradan, iddiaçılar X34, X25 və hüquqi varis X46 Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X19 miras qalmış, Göyçay şəhəri Heydər Əliyev prospekti 185 saylı evin 29 saylı mənzilindən paylarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, Göyçay şəhəri H.Əliyev prospekti 185 saylı evin 29 saylı mənzili X3nun mülkiyyətində olmuşdur. X3 23 fevral 2021-ci il tarixdə vəfat etmişdir. Mərhum əmiləri Qabil Abbasovun ailəsi və övladl olmamışdır. Mərhum Q.Abbasovun valideynləri – X12 1974-cü ildə, anası X52 1993-cü ildə vəfat etmişlər. Mərhum əmisinin qardaşı, yəni ataları X29 isə xx.xx.2016-cı ildə vəfat etmişdir. Mərhum əmisi X23 vəfatından sonra onlar Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsələr kimi mirasın qəbulu ilə bağlı onlar tərəfindən 3 ay müddətində Cavabdehna rəsmi şəkildə müraciət edilmişdir. Qanunvericiliyə uyğun olaraq 3 ay müddət ərzində Göyçay rayon Notariat Ofisinə müraciət etsələr də, digər vərəsələr, yəni üçüncü şəxslər X34, X18 və X24 mirasın qəbul edilməsilə bağlı ərizə ilə Göyçay rayon Notariat Ofisinə müraciət etməmişlər. Həmçinin, 3-cü şəxslər həmin mənzildə X38 vəfat edəndən sonra yaşamamışlar. Onlar həmin mənzildə yaşamamaları ilə bağlı Göyçay Mənzil İstismarı sahəsinin işçiləri tərəfindən akt tərtib olunmuşdur. Bütün bunlara baxmayaraq, cavabdeh Göyçay rayon Notariat Ofisi mirası qəbul etmələri ilə bağlı vərəsəlik şəhadətnaməsini verməkdən imtina edir. Belə ki, mərhum əmiləri Qabil Abbasovan qalmış əmlakla bağlı onlarla 3-cü şəxslər arasında mübahisəni əsas götürərək vərəsəlik şəhadətnaməsini vermir. Baxmayaraq ki, 3-cü şəxslər şüurlu surətdə mirası qəbul etmə ilə bağlı bu günə kimi notariat orqanına müraciət etməmişlər və mirasın qəbulu ilə bağlı qanunda nəzərdə tutulmuş müddəti buraxmışlar, həmçinin həmin mənzildə 23 fevral 2021-ci il tarixdən bu günə kimi yaşamamışlar. Lakin cavabdeh tərəf bunu nəzərə almaqdan imtina edir. X34 məhkəməyə iddiaya etiraz göndərərək qeyd etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 özlərinin 3 ay müddət ərzində mirası rəsmi qəbul etdiklərini, onun və digər üçüncü şəxslərin mirası nə rəsmi, nə də faktiki qəbul etmədiklərini göstərirlər. Mirası rəsmi qəbul etdiklərini qeyd edən iddiaçılar bu halı təsdiq edən notariat ofisinə verilmiş ərizəni iddia ərizəsinə əlavə etməmişlər. Bildirir ki, o, miras əmlaka faktiki sahiblənərək idarə etmişdir, kirayə və kommunal xərcləri ödəmişdir, digər qanun üzrə birinci növbə vərəsələrlə birlikdə mərhum miras qoyanın məzar daşını hazırladaraq, dəfn və yas mərasimləri keçirmişlər. İddiaçılar isə mərhumun nə dəfn, nə də yas mərasimlərinə gəlməmişlər. O, miras əmlaka faktiki sahiblənib idarə etdiyi üçün miras onun tərəfindən qəbul edilmiş sayılır. Bu səbəbdən, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar X34, X25 və hüquqi varis X46 iddia ərizəsini onunla əsaslandırmışlar ki, iddiaçılar Etibar Abbasov və Tahirə İsmayılova mərhumlar X26 və X35 övladlarıdırlar. İddiaçı X46 15 yanvar 2022-ci il tarixdə vəfat etmiş mərhum X10 hüquq varisidir. Etibar Abbasovdan və Tahirə İsmayılovadan, eləcə də mərhum Nahidə Məmmədovadan başqa valideynlərinin X29 və X38 adlı övladları da olmuşdur. Elsevər Abbasov 21 sentyabr 2016cı il tarixdə, Qabil Abbasov isə 23 fevral 2021-ci il tarixdə vəfat etmişlər. Sonuncu evli olmamış və onun ölümündən sonra qanun üzrə birinci növbə vərəsəsi qalmamışdır. Elsevər Abbasovun isə Teymur və Murad adlı iki oğlu var. Mərhum qardaşları X23 ölümündən sonra ondan ünvan 2 ünvanda yerləşən 29 saylı mənzili miras qalmışdır. Miras açılarkən mərhum valideynləri sağ olmadığından və mərhum Qabil Abbasov subay olmaqla qanun üzrə başqa birinci növbə vərəsəsi olmadığı üçün vərəsəlik hüququ ikinci növbə vərəsələr olan iddiaçılar X34, X18 və mərhum X1. Mülki Məcəllənin 1160-cı maddəsinin tələbinə görə əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Əvvəlki, yəni birinci növbə vərəsə olmadığı üçün iddiaçılar X34 və X18, mərhum X24 miras əmlaka birinci növbə vərəsə sayılırlar. Miras əmlak sonuncular tərəfindən faktiki qəbul edilib idarə edilmişdir. Hazırda da miras əmlak iddiaçıların istifadə və sahibliyindədir. Cavabdehlər İddiaçı1 və İddiaçı2 Göyçay rayon Notariat ofisinə, X27, X11 və mərhum X14 qarşı «miras qalmış əmlakın tam şəkildə qəbul edilmə faktının müəyyən edilməsi və mirasın vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi» tələbinə dair iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət etmişlər, lakin qanun üzrə ikinci növbə vərəsələri üçüncü şəxslər kimi göstərmişlər. Halbuki, həmin iş üzrə iddia ərizəsinə əlavə edilən sənədlərdən məlum olur ki, iş üzrə cavabdehlərin mərhum qardaşları Qabil Abbasovun miras əmlakın bölüşdürülməsinə dair X34 və X18, mərhum X24 ilə mübahisələri olduğu üçün Göyçay rayon Notariat Ofisi onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verməmişdir. Azərbaycan Respublikası MPM-nin 57.2-ci maddəsinə əsasən müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf fetmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları yoxdur. Göyçay rayon Notariat Ofisi iddiaçı Etibar Abbasovun miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə müraciətinə 15 fevral 2022-ci il tarixli 94 saylı məktubla cavab verərək, cavabdehlərlə mirasın bölüşdürülməsinə dair ixtilaf olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. İddiaçı1 və İddiaçı2 tələbinə qarşı 3-cü şəxs kimi qarşılıqlı iddia verə bilmədikləri üçün, müstəqil iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, digər tərəfin iddiasını qəbul etmədi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi, digər tərəfin iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Etibar Abbasovun nümayəndəsi X20 və nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, digər tərəfin iddiasını qəbul etmədi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi, digər tərəfin iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, digər tərəfin iddiasını qəbul etmədi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi, digər tərəfin iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İkinci iddia üzrə iddiaçı X46 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, digər tərəfin iddiasını qəbul etmədi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi, digər tərəfin iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Göyçay rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Göyçay rayon notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, cavabdeh Etibar Abbasovun vəkili Nümayəndə, nümayəndəsi X5, cavabdeh Tahirə İsmayılovanın, ikinci iddia üzrə iddiaçı X28 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş 25 dekabr 2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay şəhəri Heydər Əliyev prospekti 185 saylı evin 29 saylı mənzili tam pay üzrə xüsusi mülkiyyət kimi X23 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Göyçay rayon Notariat Ofisində təsdiq olunmuş 11 yanvar 2021-ci il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsindən görünür ki, X38 ilə X40 arasında Göyçay şəhəri Heydər Əliyev prospekti 185 saylı evin 29 saylı mənzilinin alğı-satqısı barədə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən alıcı ilkin olaraq 7.000 manatı notariusun depozit hesabı vasitəsi ilə, qalan 20.500 manatı isə xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.1988-ci il tarixdə verilmiş Xİİİ-JQ seriyalı 384804 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx.xx.1988-ci il tarixdə doğulmuşdur, atası X47, anası X21r. - xx.xx.1990-cı il tarixdə verilmiş XV-JQ seriyalı 293693 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 xx.xx.1990-cı il tarixdə doğulmuşdur, atası X29, anası X15r. - 26 fevral 2021-ci il tarixdə verilmiş AZ-T seriyalı 149874 saylı doğum haqqında şəhadətnamədən görünü ki, X30 xx.xx.1962-ci il tarixdə doğulmuşdur, X12, anası X41r. - 22 iyun 1957-ci il tarixdə verilmiş İ-İE seriyalı 416458 saylı doğum haqqında şəhadətnamədən görünü ki, X31 xx.xx.1957-ci il tarixdə doğulmuşdur, X12, anası X42r. - 20 mart 1964-cü il tarixdə verilmiş AZ seriyalı 491869 saylı doğum haqqında şəhadətnamədən görünü ki, X29 xx.xx.1964-cü il tarixdə doğulmuşdur, X12, anası X41r. - 20 aprel 2021-ci il tarixli 897 saylı arayışdan görünür ki, X32 xx.xx.1960-cı il tarixdə doğulmuşdur, X12, anası X43r. - 29 sentyabr 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 791803 saylı ölüm haqqında arayışdan görünür ki, X29 xx.xx.2016-cı il tarixdə bronxial astmadan vəfat etmiş, bu barədə xx.xx.2016-cı il tarixdə 27 saylı akt qeydi aparılmışdır. - 24 fevral 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 155615 saylı ölüm haqqında arayışdan görünür ki, X38 xx.xx.2021-cı il tarixdə vəfat etmiş, bu barədə xx.xx.2021-ci il tarixdə 23 saylı akt qeydi aparılmışdır. - 31 mart 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 155723 saylı ölüm haqqında arayışdan görünür ki, X53 xx.xx.1993-cü il tarixdə kəskin ürək ağciyər çatmamazlığından vəfat etmiş, bu barədə xx.xx.1994-cü il tarixdə 02 saylı akt qeydi aparılmışdır. - 15 aprel 2022-ci il tarixli 600 saylı arayışdan görünür ki, X39 xx.xx.1971-c il tarixdə vəfat etmiş və bu barədə xx.xx.1971-ci il tarixdə 13 saylı akt qeydi aparılmışdır. - 24 fevral 2021-ci il tarixdə verilmiş 457 saylı arayışdan görünür ki, X23 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə xx.xx.1987-ci ildən xx.xx.2021-ci ilədək olan dövrə aid «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X23 nikah haqqında akt qeydi aşkar edilməmişdir. - Göyçay rayon İHB-nin Potu kənd İƏD üzrə nümayəndəliyinin 13 aprel 2022-ci il tarixli 212 saylı arayışından görünür ki, X17 qardaşı X38 1970-ci ildən öldüyü günədək, yəni xx.xx.2021-ci il tarixədək Göyçay rayonu Kürd kəndində 1288 saylı təsərrüfatda pasport qeydiyyatında olmuş və yaşamışdır. Etibar Abbasov ölənə qədər onunla birlidə yaşamış və miras qoyanın öldüyü gündən hal-hazıradək həmin ünvanda pasport qeydiyyatında olan aşağıdakı vərəsələri (ailə üzvləri) vardır: X12, 1971-ci ildə vəfat etmişdir; Həyat yoldaşı X53, 1993-cü ildə vəfat etmişdir; X13, sağdır; X4, 2022-ci ildə vəfat etmişdir; X2, sağdır; X8, 2016-cı ildə vəfat etmişdir. - Göyçay Mənzil İstismar Sahəsinin 21 fevral 2022-ci il tarixli 93 saylı arayışından görünür ki, X10 vəfatından sonra aşağıdakı ailə üzvləri qalmışdır: əri Qalib Məmmədov, oğlu Elnur Məmmədov, qızı Könül Məmmədova, oğlu Seymur Məmmədov. - 07 yanvar 1981-ci il tarixli Vİİ-JQ seriyalı 354633 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X46 22 dekabr 1980-ci il tarixdə doğulmuşdur, atası X36, anası X16r. - 25 yanvar 2022-ci il tarixli AZ-İİ seriyalı 224139 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X24 15 yanvar 2022-ci il tarixdə kəskin və ya yarımkəskin qaraciyər çatmamazlığından vəfat etmiş və bu barədə 18 yanvar 2022-ci il tarixdə 46 saylı akt qeydi aparılmışdır. - Göyçay Mənzil İstismar Sahəsinin 10 dekabr 2021-ci il tarixli aktından görünür ki, X38 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra Göyçay şəhəri Heydər Əliyev prospekti 185 saylı evin 29 saylı mənzilində heç kim yaşamamışdır. 2021-ci ilin fevral ayından günə kimi mərhum X33 məxsus olan mənzilin kirayə haqqı ödənilməmişdir. - Göyçay rayon Notariat Ofisinin 22 dekabr 2021-ci il tarixli 1608 saylı məktubundan görünür ki, İddiaçı1 (adından etibarnamə əsasında çıxış edən X54 vasitəsi ilə) onun 23 fevral 2021-ci il tarixdə vəfat etmiş X19 miras qalmış yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli ərizəsinə baxılmışdır. Mülki Məcəllənin 1291-ci maddəsinin tələbi qeyd olunaraq bildirilmişdir ki, miras şəriki olan X34, X18 və X24 ilə aralarında həmin əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün ona Göyçay rayon Məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur. - Göyçay rayon Notariat Ofisinin 15 fevral 2022-ci il tarixli 94 saylı məktubundan görünür ki, X27 23 fevral 2021-ci il tarixdə vəfat etmiş X19 miras qalmış daşınmaz əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizəsinə baxılmışdır. Mülki Məcəllənin 1291-ci maddəsinin tələbi qeyd olunaraq bildirilmişdir ki, miras şəriki olan İddiaçı1 və İddiaçı2 ilə aralarında həmin əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün ona Göyçay rayon Məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X37 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X38 xx.xx.1969-cu il tarixdə Göyçay şəhərində doğulmuşdur, ailə qurmamışdır, övladları yoxdur. Göyçay şəhəri Heydər Əliyev prospekti 185 saylı evin 29 saylı mənzili Qabil Abbasovun mülkiyyətində olmuşdur. O, xx.xx.2021-cı il tarixdə vəfat etmişdir. Yuxarıda qeyd olunanlar işin mübahisəsiz faktiki hallarıdır. Birinci iş üzrə iddiaçılar miras qoyanın qardaşının övladları, ikinci iddia üzrə iddiaçılardan X34 və X18 miras qoyanın qardaş və bacısı, X46 isə miras qoyanın mərhum bacısı Nahidə Məmmədovanın oğludur. Birinci iddia üzrə iddiaçılar bildirirlər ki, miras qoyanın vəfatından sonra qanunla müəyyən edilmiş müddət ərzində notariat ofisinə müraciət edərək, adlarına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. Qeyd olunmalıdır ki, Göyçay rayon Notariat Ofisinin sorğuya cavab məktubundan göründüyü kimi, həqiqətən İddiaçı1 və İddiaçı2 miras açıldığı andan 3 ay müddətində notariat ofisinə müraciət etmiş, onların müraciətlərinə əsasən notariat ofisində vərəsəlik işi açılmışdır. Miras şərikləri arasında mübahisə olması səbəb kimi göstərilərək, sonunculara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İkinci iddia üzrə iddiaçılar bildirirlər ki, miras qoyanın vəfatından sonra miras əmlakı faktiki qəbul etmiş, mərhumun dəfn və yas mərasimlərini təşkil etmiş, qəbrinin üstünə baş daşı qoydurmuşlar. Eləcə də, mərhumun vəfatından bu günədək həmin mənzildə yaşayırlar və mənzili idarə edirlər. Məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən göründüyü kimi, elektrik enerjisinə görə yaranmış borc və s. kommunal xərclər miras qoyanın vəfatından sonra ikinci iddia üzrə iddiaçılar tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1, 1.1, 1159.2-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); ikinci növbədə - ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Hazırki mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasının tələbinə görə, miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). İşin faktiki hallarından göründüyü kimi, birinci iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 miras açıldığı andan qanunla müəyyən edilmiş 3 ay müddət ərzində mirası qəbul etmələri barədə ərizə ilə notariat ofisinə müraciət etməklə; ikinci iddia üzrə iddiaçılar X34, X18 və X46 isə mirası idarə etməklə, miras əmlakı faktiki qəbul etmişlər. Buna görə də, məhkəmə hesab edir ki, həm birinci, həm ikinci iddia üzrə iddiaçılar miras əmlakdan bərabər pay almalıdırlar. Birinci iddia üzrə iddiaçılar iddia ərizəsində mərhum X3nun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, miras qalmış 29 saylı mənzilin onlar tərəfindən qəbul etmə faktının müəyyən edilməsi və mirasa tam vərəsəlik hüququ ilə onlara vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etsələr də, məhkəmə baxışı zamanı müəyyən edildi ki, miras əmlakı onlarla bərabər ikinci iddia üzrə iddiaçılar da faktiki olaraq qəbul etmişlər. Digər tərəfdən, bu qətnamə ilə vərəsələrin payları müəyyən olunduğuna görə, birinci iddia üzrə iddiaçıların adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə zərurət yoxdur. Bu səbəbdən, birinci iddia qismən təmin edilməlidir. Ödəniş qəbzlərindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün birinci iddia üzrə iddiaçılar tərəfindən 100 manat, ikinci iddia üzrə iddiaçılar tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, X19 miras qalmış, ünvan 1 ünvanda yerləşən 29 saylı mənzilin üzərində İddiaçı1 1/5 hissədə, İddiaçı2 1/5 hissədə, X17 1/5 hissədə, X6 1/5 hissədə və X28 1/5 hissədə payları müəyyən edilməlidir. Birinci iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu birinci iddia üzrə iddiaçılara, ikinci iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu ikinci iddia üzrə iddiaçılara aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X19 miras qalmış, ünvan 1 ünvanda yerləşən 29 saylı mənzilin üzərində İddiaçı1 1/5 hissədə, İddiaçı2 1/5 hissədə, X17 1/5 hissədə, X6 1/5 hissədə və X28 1/5 hissədə payları müəyyən edilsin. Birinci iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu birinci iddia üzrə iddiaçılara, ikinci iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu ikinci iddia üzrə iddiaçılara aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İ.B.Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-64/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-64/2023
07.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver