Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-641/2025 18.07.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hаkim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, X1 kаtibliyi, İddiаçı İddiaçı оğlunun, Cаvаbdеh Cavabdeh оğlunun iştirаkı ilə, İddiаçı İddiaçı оğlunun cаvаbdеh Cavabdeh оğlunа fərdi yaşayış evinin satılaraq bölünməsi tələbinə dаir iddiаsı üzrə mülki işə Göyçаy rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən еtdi: İddiаçı İddiaçı оğlu cаvаbdеh Cavabdeh оğlunа qаrşı fərdi yaşayış evinin satılaraq bölünməsi tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, 3000 manat kompensasiya ğdənilməklə cavabdehin Göyçay şəhəri 20 Yanvar küçəsi 51 saylı ünvanda yerləşən fərdi yaşayış evində və həmin evin yerləşdiyi torpaq sahəsində 1/14 hissəsindəki payına mülkiyyət hüquqlarının itirilmiş hesab edilməsi bаrədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. Sonradan iddiаçı İddiaçı оğlu iddianın tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılması və satış pulunun cavabdehlə onun payına mütənasib surətdə aralarında bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. işin halları: İddiаçı İddiaçı оğlu iddiа ərizəsini belə əsаslаndırmışdır ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(046)-877/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Göyçay şəhəri 20 Yanvar küçəsi 51 saylı ünda yerləşən 0,0443 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli 6 otaql fərdi yaşayış evinin X3 məxsus məxsus miras əmlak olan 3/4 hissənin 1/14 hissəsinə Cavabdeh, 1/14 hissəsinə X2 və 12/14 hissəsinə isə İddiaçı payının müəyyən edilməsi, eləcə də həmin əmlak üzərində onların paylarına uyğun vərəsəlik hüquqlarının tanınması qət edilmişdir. Məhkəmənin sözügedən qətnaməsi qanuni qüvvəsini almış, icra edilməsi üçün Göyçay rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra vərəqəsi əsasında DƏDRX PHŞ 16 saylı ünvan 2 ünvanda yerləşən 0,0443 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evi üzərində Cavabdeh 1/14, X2 1/14, onun isə 12/14 hissəyə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və bu barədə hüquqların dövlət qeydiyyatında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə cavabdehin payı müəyyən edilsə də, lakin cavabdeh heç bir əsas olmadan onun payına düşən hissədən də istifadə edir. Bu barədə aralarında mübahisələr yaranmış, hələdə cavabdeh öz qanunsuz hərəkətlərini davam etməkdə israrla dayanmışdır. Mülkiyyətində olan evdən cavabdehin yaratdığı maneələr səbəbindən təyinatı üzrə istifadə edə bilmir. Cavadehlə paylı mülkiiyyətdə olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi torpaq sahəsindən payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikləri üçün məhkəməyə müraciət edilmişdir. Göyçay rayon Məhkəməsinin 16.01,2025-ci il tarixli 2(046)-50/2025 saylı qətnaməsi ilə Göyçay şəhəri 20 Yanvar küçəsi 51 saylı ünvanda yerləşən fərdi yaşayış evində və həmin evin yerləşdiyi torpaq sahəsində olan 12/14 payının naturada ayrılması tələbinə dair iddiası təmin edilməmişdir. İddiamın təmin edilməməsinə əsas kimi məhkəmə Azərbaycan Respublikası yə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27 noyabr 2024-cü il tarixli ekspert rəyinə əsaslanmışdır. Ekspert rəyinə görə mülkiyyətində olan 12/14 payın naturada ayrılması texniki cəhətdən mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddənin tələbindən görünür ki, yalnız cüzi payı olan mülkiyyətçi digər mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Buradan da belə anlaşılır ki, kompensasiya ödənilməklə paylı əmlakdakı paya hüququn itirilməsi tələbini yalnız cavabdeh irəli sürə bilər. Buna görə də, aşağıdakı məzmunda iddia tələbinin dəyişdirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiаçı İddiaçı оğlu məhkəmə iclаsındа iddiа tələbini müdаfiə еdərək, iddiа ərizəsinin məzmununа uyğun izаhаt vermiş və məhkəmədən iddiаnın təmin еdilməsi bаrədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. Cаvаbdеh Cavabdeh оğlu iddiаnı qəbul etməyərək göstərmişdir ki, Göyçay şəhəri 20 Yanvar küçəsi 51 ünvanda yerləşən 0,0443 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli 6 otaqlı 260.9 m2 ibarət fərdi yaşayış evinin 1/14 hissəsi onun xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evinin 18 m2 hissəsi onun payına düşməsinə baxmayaraq, lakin ailə üzvləri ilə birlikdə mübahisəli fərdi yaşayış evindən demək olar ki, yarısından istifadə edirlər. Fərdi yaşayış evindən istifadə ilə bağlı İddiaçıla tez-tez mübahisələri düşür, hətta bu barədə Göyçay rayon Polis şöbəsində araşdırma aparılmışdır. İddiaçı ona məktubla müraciət edərək, 12/14 hissədə mülkiyyətində olan evin dəyərinin ona ödəməsini təklif etmiş, lakin maddi imkanı olmadığından onun təklifini qəbul etməmişdir. Payının az olmasına baxmayaraq iddiaçıya kompensasiya ödəməyə razı deyildir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izаhаtlаrını dinləyib, iş mаtеriаllаrındа оlаn sənədləri аrаşdırаrаq hеsаb еdir ki, iddiа təmin еdilməlidir. iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin 14 aprel 2022-ci il tarixli texniki pasportun surətindən görünür ki, ünvan 1 saylı evdə hüquq subyektləri İddiaçı payı 12/14, X5 payı ¼, Cavabdeh payı 1/14 və X2 payı 1/14-dir. - Azərbaycan Respublikası Əmlka Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, ünvan 1 saylı fərdi yaşayış evində İddiaçı payı 12/14 hissə və 12/14 hissə torpaq sahəsi, X5 fərdi yaşayış evində 1/4 hissə və torpaq sahəsində 1/4 hissə, Cavabdeh fərdi yaşayış evində payı 1/14 hissə və torpaq sahəsi 1/14 hissə, X2 fərdi yaşayış evində payı 1/14 hissə, torpaq sahəsi 1/14 hissədir. - Göyçay rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı Göyçay şəhəri 20 Yanvar küçəsi 51 saylı ünvanda yerləşən fərdi yaşayış evində və həmin evin yerləşdiyi torpaq sahəsində olan 12/14 payının naturada ayrılması tələbinə dair iddiası təmin edilməmişdir. - Qanuni qüvvəsini almış Göyçay rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsində sübut kimi tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 noyabr 2024-cü il tarixli 10/8409 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri o cümlədən ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin 3 tərəfdən qonşu sahələrlə, bir tərəfdən yol ilə əhatə olunduğunu, fərdi yaşayış evinin və köməkçi tikililərin torpaq sahəsində yerləşmə vəziyətini, yardımçı tikililərin sayını, otaqların yerləşmə vəziyyətini nəzərə alaraq, həmin fərdi yaşayış evindən və torpaq sahəsindən İddiaçı mülkiyyətində olan 12/14 hissəsinin naturada ayrılmasının, eyni zamanda yaşayış evinin və torpaq sahəsinin mülkiyyətçilərin paylarına uyğun real bölgüsünün “AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları”-nın 5.2, 5.5., 5.6., 5.7. və 5.8. bəndlərində göstərilənlərə və “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasının tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə Cavabdeh ünvanlanmış təklifdən görünür ki, ünvan 443 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli 6 otaql fərdi yaşayış evi üzərində Cavabdeh 1/14, X2 1/14 və mənim isə 12/14 hissəyə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Paylı mülkiyyətdə olan əmlakdan istifadə ilə bağlı mübahisə vardır. Bu məqsədlə payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət etsə də, həmin məhkəmənin xx.xx.2025-ci il tarixli 2(046)-50/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Buna səbəb kimi məhkəmə qətnaməsində göstərilmişdir ki, paylı mülkiyyətdə olan fərdi yaşayış evini texniki cəhətdən naturada bölmək mümkün deyil. Bundan sonra ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracdan satılması və satış pulunun payına mütənasib surətdə aramızda bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət edilmişdir. İddia tələbi üzrə obyektiv nəticəyə gəlmək üçün məhkəmə tərəfindən iş üzrə müvafiq ekspertiza təyin edilərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsindən daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəy alınmışdır. Həmin rəyə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 2025-ci ilə bazar qiyməti 60.000 manat müəyyən edilmişdir. Mübahisənin məhkəmədənkənar həll edilməsi məqsədi ilə fərdi yaşayış evinin real bazar qiymətinin 12/14 hissəsinin əvəzi kimi 51430 manat pulun ona ödənilməsi və bununla da evin mülkiyyətinizə keçirilməsi təklif edilmişdir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, Göyçay şəhəri 20 yanvar küçəsi ev 51 də yerləşən Fərdi yaşayış evinin 11 İyun 2025-ci il tarixinə bazar dəyəri 60.000 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsаsən, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin olunur, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələri əsaslıdırsa) rədd edilir. Məhkəmə iclаsındа əldə еdilən mötəbər sübutlаrlа müəyyən еdilmişdir ki,ünvan 443 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli 6 otaqlı 260.9 m2 fərdi yaşayış evi üzərində Cavabdeh 1/14, X2 1/14 və İddiaçı 12/14 hissəyə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Tərəflər arasında ünvan 443 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evindən istifadə edilməsi ilə bağlı mübahisə yaranmışdır. İddiaçı Cavabdeh qarşı Göyçay şəhəri 20 Yanvar küçəsi 51 saylı ünvanda yerləşən fərdi yaşayış evində və həmin evin yerləşdiyi torpaq sahəsində olan 12/14 payının naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Göyçay rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Ona görə ki, qeyd edilən mübahisəli fərdi yaşayış evinin real bölgüsü texniki cəhətdən mümkün olmamışdır. İddiaçı qeyd edilən fərdi yaşayış evinin çox hissəsinin onun mülkiyyətində olmasına baxmayaraq, Cavabdeh həmin evin yarısından istifadə etdiyini bildirmiş və onunla birlikdə yaşamağının qeyri-mümkünlüyünü əsas gətirmişdir. Məhkəmə tərəfindən mübahisəli fərdi yaşayış evinin qiymətləndirilməsi barədə ekspertiza təyin edilmiş, ekspert tərəfindən həmin fərdi yaşayış evinin dəyəri 60.000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı mülkiyyətində olan 12/14 hissə payının əvəzi kimi 51430 manat pulun ona kompensasiya kimi ödənilməsini cavabdehə təklif etmiş, cavabdeh kompensasiya ödənilməsi ilə razılaşmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 4 aprel tarixli qərarında göstərilir ki, ...əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə» Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 06 dekabr 2024-cü il tarixli Qərardadında göstərilir ki, iddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmə hər bir halda həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdır. Bu, məhkəmənin qanundan irəli gələn xidməti vəzifəsi olmaqla, tələbdən kənara çıxma kimi qiymətləndirilə bilməz. Həmin Qərardadda daha sonra qeyd edilmişdir ki, iddia tələbləri natamam olduqda və ya aydın olmadıqda məhkəmə MPM-nin 14.1 və 167.1-ci maddələrinə əsasən tərəflərlə bu iddiaların predmeti, həmin predmet çərçivəsində araşdırmanın qanunla müəyyən edilmiş məcburi mərhələləri barədə müzakirə aparmalı, bunların hüquqi nəticələrini tərəflərə izah etməli və tələb üzrə yekun arzu olunan nəticənin nədən ibarət olmasını dəqiqləşdirməlidir. Həmçinin qərardadın 33-cü bəndində göstərilir ki, müzakirənin nəticəsində iddiaçı tələb üzrə araşdırmanın Mülki Məcəllənin 220 və 221-ci maddələrində göstərilən müvafiq ardıcıllıqla aparılmasına etiraz etməzsə, məhkəmə iddia tələbinin “payın ayrılması”, “paylı mülkiyyətdə olan əşyanın bölünməsi”, “payın dəyərinin ödənilməsi”, “əşyanın hərracdan satılması” və s. kimi ifadə olunduğu bütün hallarda qanunla müəyyən edilmiş ardıcıllıq üzrə yoxlama aparmalıdır. İşin hallarından görünür ki, İddiaçı paylı mülkiyyətdə olan əmlakdan istifadə edə bilmədiyindən payının (12/14) naturada ayrılmasını tələb etmiş, lakin texniki cəhətdən əmlakı naturada bölmək mümkün olmadığından iddia tələbi təmin edilməmiş, qəbul edilən qətnamə mübahisələndirilməmişdir. İddiaçı mərhələ üzrə sonra paylı mülkiyyətdə olan əmlakda ona çatası payın dəyərinin ödənilməsi və bunun müqabilində mülkiyyət hüquqlarına xitam verilməsi barədə təkliflə Cavabdeh müraciət etmiş, lakin cavabdeh təklifə heç bir münasibət bildirməsə də, lakin məhkəmə iclasında maddi imkanı olmadığından iddiaçıya mülkiyyətində olan payın dəyərini ödəmək imkanının olmadığını bildirmişdir. Bundan sonra növbəti mərhələ üzrə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçı, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə bu sahəni nizama salan maddənin dispozisiya şərtlərinə uyğun olaraq mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinə cəhd göstərsə də, lakin hazırki iddia tələbinədək istəyinə nail ola bilməmişdir. Yuхаrıdа istinаd еdilən mаddi hüquq nоrmаlаrının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında, eləcə də «Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə» Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 06 dekabr 2024-cü il tarixli Qərardadında sərgilənən hüquqi mövqeyi nəzərə alan məhkəmə hеsаb еdir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinin tələbinə görə qətnamə qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək hеsаb еdir ki, iddiа təmin еdilməli, ünvan 1 ünvanında 0.0443 ha torpaq sahəsində yerləşən 260.9 m2 fərdi yaşayış evi açıq hərracdan satılmalı, daşınmaz əmlakın ilkin satış qiyməti 60.000 manat müəyyən edilməli, satış pulu İddiaçı, X5, Cavabdeh və X2 hər birinin payına mütənasib surətdə aralarında bölünməlidir. Ödənilmiş 100 mаnаt dövlət rüsumu iddiаçı İddiaçı оğlunа аid еdilməlidir. 100 mаnаt еkspеrtizа хərci iddiаçı İddiaçı оğlundаn tutulаrаq Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Еkspеrtizаsı Mərkəzinin təqdim еtdiyi hеsаbа köçürülməlidir. Şərh оlunаnlаrа əsаsən və Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 216-220, 227, 233, 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət еtdi: İddiа təmin еdilsin. ünvan 1 ünvanında 0.0443 ha torpaq sahəsində yerləşən 260.9 m2 fərdi yaşayış evi açıq hərracdan satılsın. Daşınmaz əmlakın ilkin satış qiyməti 60.000 manat müəyyən edilsin. Satış pulu İddiaçı, X5, Cavabdeh və X2 hər birinin payına mütənasib surətdə aralarında bölünsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hаkim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-641/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-641/2025
18.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver