Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-662/2021 17.05.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ 2(046)-181/2021 Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay Rayon Məhkəməsi Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, iddiaçıların nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahələrinin bölünməsi və torpaq sahələrinin mülkiyyətə verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 17 may 2021-ci il tarixdə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumi-birgə mülkiyyətdə olan həyətyanı torpaq sahələrinin bölünməsi və həmin torpaq sahələrinin ayrılaraq iddiaçıların mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndələri (vəkil) Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək mülki işin baxılmamış saxlanmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişlər. Cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA A L D İ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahələrinin bölünməsi və torpaq sahələrinin mülkiyyətə verilməsi tələbinə dair mülki iş iddiaçıların nümayəndəsinin ərizəsinə əsasən baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-662/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-662/2021
17.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver