Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-7/2025 11.03.2026 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Məmmədova Ayşən Valeh qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh2, nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı kompensasiya ödənilməklə tikilidən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 tərəfindən ünvan 1 ünvanda yerləşən və xüsusi mülkiyyətində olan 0,05 ha torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsini xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddia predmetinin dəyişdirilməsi barədə ərizə verərək,iddia tələbinin həcmini Cavabdeh1 münasibətdə azaldılmasını,onun cavabdehlər siyahısından çıxarılmasını,Cavabdeh2 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsində yerləşən, 16,82 m2 sahəsi olan mağaza kimi istifadə etdiyi tikilidən 2000 manat kompensasiya ödənilməklə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 11 mart 2026-cı il tarixli,2(046)-7/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh2 qarşı inşa edilmiş tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi tələbinə dair Cavabdeh1 qarşı iddiadan imtina qəbul olunmuş,iş üzrə hissəvi icraata xitam verilmişdir. İşin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, atası Ərziman Qasımov xüsusi mülkiyyətində olan və ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsini və həmin torpaq sahəsi üzərində yerləşən əmlak kompleksini xx.xx.2022-ci il tarixdə ona bağışlamışdır. Həmin bağışlama müqaviləsi əsasında sözügedən əmlak kompleksi və həmin kompleksin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına aldıraraq, bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan 0,05 ha torpaq sahəsində qeyri-qanuni, başqa sözlə desək heç bir icazə olmadan qeyri-yaşayış sahəsi inşa etmiş və istismarına başlamışlar. Bunu bildikdən sonra cavabdehlərə müraciət edərək qanunsuz inşa edilmiş tikililəri sökmələrini və mülkiyyətində olan torpaq sahəsini əvvəlki vəziyyətə gətirmələrini tələb etsə də, cavabdehlər buna məhəl qoymamış, öz qanunsuz hərəkətlərini davam etdirmişlər. Müstəqil araşdırma zamanı ona məlum olmuşdur ki, cavabdehlər mübahisəli tikililəri inşa edərkən qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanından icazə almamış, hər hansı layihə təsdiq etdirməmişlər. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətində olan torpaq sahəsindən öz istədiyi kimi istifadə edə bilmir. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh2 iddiaçının atası Ərziman Qasımova müraciət edərək sonuncuya məxsus torpaq sahəsi ilə sərhəd ərazidə kiçik həcmli dükanı olduğunu, həmin dükanda fəaliyyət göstərdiyini, dükan kiçik olduğundan müştəri sayının və dövriyyənin az qaldığını bildirmiş, iddiaçının atasından müvəqqəti olaraq dükanı işlədəcəyi müddət ərzində həmin dükanın arxasında yerləşən və sonuncuya məxsus torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində mövcud olan tikilinin bir hissəsinin istifadəsinə verilməsini xahiş etmiş, dükanın fəaliyyətini dayandıracağı, yaxud mülkiyyətçi olan iddiaçının atasının ilk tələbi ilə ərazidən çıxacağını, tikilinin müqəddəratının həll edilməsini isə sonuncunun ixtiyarına verəcəyini öhdəsinə götürmüşdür (vəd etmişdir). İddiaçının atası qonşuluq və insanlıq münasibətləri naminə cavabdehin təklifini qəbul etmiş, cavabdehə qeyd olunan ərazidə yerləşən sahəsi 16,82 kvadrat metr tikilini və həmin tikilinin yerləşdiyi torpaq sahəsini 2004-cü ildə cavabdehin müvəqqəti istifadəsinə vermişdir. Cavabdehin həmin tikili ilə özünün istifadəsində olan tikili arasında olan divarı demontaj etmiş (sökmüş), tikilidə cari təmir və rekonstruksiya işləri aparılmış, bundan sonra cavabdeh həmin tikilidən istifadə etməyə başlamışdır. Sonradan iddiaçının atası özünə məxsus torpaq sahəsini və üzərindəki tikililəri iddiaçıya bağışlamış, həmin bağışlama müqaviləsinə əsasən torpaq sahəsi və üzərindəki tikililər mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyatdan keçirilərək, sonuncunun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh artıq uzun müddətdir ki, qeyd olunan tikilidən təyinatı üzrə istifadə etmir, qapısına qıfıl vuraraq, tikilinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən, iddiaçıya məxsus hissəsini iddiaçıya təhvil vermir, sərhəddə olan divarı bərpa etmir. Bununla da, mülkiyyətçi kimi iddiaçının hüquqları pozulur, sonuncu mülkiyyətində olan əmlakdan tam şəkildə istifadə edə bilmir. Faktiki olaraq iddiaçının müliyyət hüquqları məhdudlaşdırılmışdır. Qonşuluq münasibətləri, atasının cavabdeh və ümumiyyətlə digər insanlarla davranış tərzini nümunə götürərək cavabdehdən həmin tikilini tərk etməsini xahiş etmişdir. Lakin cavabdeh bütün xahişlərə baxmayaraq, iddiaçıya məxsus torpaq sahəsini və üzərindəki tikilini tərk etmir. İddiaçı yenə də insanlıq naminə, cavadehin həmin ərazidə olan tikilini abadlaşdırdığını, həmin ərazidə uzun illər fəlaiyyət göstərdiyini nəzərə alaraq, yenə də xoşniyyət nümayiş etdirmək məqsədi ilə Cavabdeh2 münasibətdə iddia tələbinin həcmini dəyişdirir. Hesab edir ki, cavabdehə onun mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşən 16,82 kvadrat metr sahəsi olan tikilinin təmirinə və rekonstruksiya işlərinə (divarın sökülməsi, tikililərin birləşdirilməsi və s. bu kimi işlərə) görə kompensasiya ödənilməsi daha ədalətli olardı. Hesab edir ki, verilməsini nəzərdə tutduğu kompensasiya məbləği mübahisənin sülh şəraitində həllinə yardımçı olar. Digər tərəfdən 2004-cü ildən bir-birini tanıyan şəxslər arasında hər hansı narazılıq qalmaz. Hesab edir ki, müvafiq hesablama aparılarkən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşən 16,82 kvadrat metr sahəsi olan tikilinin təmirinə və rekonstruksiya işlərinə (divarın sökülməsi, tikililərin birləşdirilməsi və s. bu kimi işlərə) görə kompensasiya 2004-cü ildə mövcud olmuş bazar qiymətlərinə uyğun hesablanmalıdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə baxışında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi və izahat verərək bildirdi ki, atası Ərziman Qasımov əvvəllər həmin yeri Cavabdeh2 müvəqqəti istifadəsi üçün vermişdir. Cavabdeh2 bilirdiki o yer atasına məxsusdur müvəqqəti işlətmək üçün ona verilmişdir. Sonradan Cavabdeh2 həmin torpaqdan çıxarılmasını tələb etsədə o çıxmamışdır. Həmin torpaq sahəsinə dair çıxarışda texniki səhvlik var idi. Cavabdeh2 bundan istifadə edərək, yəni onların həmin torpağa dair çıxarışın saxta olduğunu düşünərək torpaq sahəsindən çıxmamışdır. Buna görədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh2 2000 manat kompensasiya verilməklə həmin torpaq sahəsindən çıxarılmasını xahiş etdi. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi və izahat verərək bildirdi ki, həmin torpaq sahəsi təmsil etdiyi şəxsə atası Ərziman Məmmədov tərəfindən bağışlama müqaviləsi əsasında verilmişdir. Həmin torpaq sahəsinin üzərində qismən yarımtikili mövcud olmuşdur. Həmin tikilini təmsil etdiyi şəxsin atası Cavabdeh2 müvəqqəti istifadə etmək üçün vermişdir. Ekspert rəyindən də görünür ki təxminən 16 kv.m yaxın tikili mövcuddur. Cavabdeh tərəfindən həmin tikilinin və ona bitişik yarımtikilinin inşaasına sərf etdiyi vəsait ona ödənməklə özbaşına inşa edilmiş tikilidən kompensasiya ödənilməklə çıxarılmasını xahiş etdi.Kompensasiyanın məbləğinin isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında verilmiş şərhin nəzərə alınmasını və məhkəmə tərəfindən müəyyən edilə biləcəyəni bildirib ,iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışında Cavabdeh2 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, həmin torpaq sahəsini ona İddiaçı və atası Ərziman Qasımov verməmişdir. İddiaçının həmin torpaq sahəsində heç bir payı yoxdur. Məhkəmədən iddianı təmin edilməməsini xahiş etdi. Məhkəmə baxışında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, həmin torpaq sahəsini Cavabdeh2 iddiaçı tərəf verməmişdir. Həmin tikili 1997-ci ildən mövcuddur. İddiaçının həmin torpaq sahəsində heç bir payı yoxdur. İddiaçı adına verilmiş xx.xx.2025-ci il tarixli texniki pasporta düzəliş olunaraq Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 13 saylı qərarına əlavə olunmuş sxematik planda satılan ərazidən kənarda qeyd olunmuş və Cavabdeh2 tərəfindən inşa olunmuş mağaza binasının həmin texniki pasportdan çıxarılması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin üzərinə qoyulması tələbi Cavabdeh2 tərəfindən Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuşdur.Odur ki,həmin işə baxılanadək hazırki işə baxmaq olmaz.Məhkəmədən iddianı təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Göyçay rayon İcra hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı qaqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli **********3 saylı çıxarışın surətindən görünür ki, Göyçay şəhəri, Əli Kərim küçəsi, 1-də yerləşən 0,05 ha torpaq sahəsi və sahəsi 145.1 kv.metr olan əmlak xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı qaqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 5.5 kv.m olan yaşayış məntəqəsi torpağı Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, 1. İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi ilə Cavabdeh1 istifadəsində olan ünvan 4 ünvanda yerləşən 0,00082 ha torpaq sahəsi üst-üstə düşür. 2. Cavabdeh X1 istifadəsində olan ünvan 5 ünvanda yerləşən 0,0082 ha torpaq sahəsi üzərində 5,5 kv.metr olan tikili (tam və ya qismən) İddiaçı mülkiyyətində olan Göyçay şəhəri Ə.Kərim küçəsi 1 saylı ünvünda yerləşən 0,05 ha torpaq sahəsi üzərində inşa edilmişdir. 3. Cavabdeh1 istifadəsində olan ünvan 6 ünvanda yerləşən 0,0082 ha torpaq sahəsi üzərində 5,5 kv.metr olan tikili tam olaraq İddiaçı mülkiyyətində olan Göyçay şəhəri Ə.Kərim küçəsi 1 saylı ünvünda yerləşən **********64-12301 reyestr nömrəli Əmlak Kompleksinin texniki pasportunda Ç literi kimi öz əksini tapmışdır. 4. İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi üzərində 145,1 kv.metr ümumi sahəsi olan tikilidən (əmlak kompleksindən) əlavə qeydiyyata alınmamış talvar tikilisi və fərdi yaşayış evi mövcuddur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2023-cü il tarixli, 10/4597 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-1871/2023 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, 1. İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi ilə Cavabdeh1 istifadəsində olan ünvan 4 ünvanda yerləşən 0,00082 ha torpaq sahəsi üst-üstə düşür. 2. Cavabdeh X1 istifadəsində olan ünvan 5 ünvanda yerləşən 0,0082 ha torpaq sahəsi üzərində 5,5 kv.metr olan tikili (tam və ya qismən) İddiaçı mülkiyyətində olan Göyçay şəhəri Ə.Kərim küçəsi 1 saylı ünvünda yerləşən 0,05 ha torpaq sahəsi üzərində inşa edilmişdir. 3. Cavabdeh1 istifadəsində olan ünvan 6 ünvanda yerləşən 0,0082 ha torpaq sahəsi üzərində 5.5 kv.metr olan tikili tam olaraq İddiaçı mülkiyyətində olan olan Göyçay şəhəri Ə.Kərim küçəsi 1 saylı ünvünda yerləşən **********64-12301 reyestr nömrəli Əmlak Kompleksinin texniki pasportunda Ç literi kimi öz əksini tapmışdır. 4. İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 0.05 ha torpaq sahəsi üzərində 145.1 kv.metr ümumi sahəsi olan tikilidən (əmlak kompleksindən) əlavə qeydiyyata alınmamış talvar tikilisi və fərdi yaşayış evi mövcuddur. İşə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manatdır. İşə əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024cü il tarixli qərarından görünür ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi və üçüncü şəxs Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-357/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-357/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 13 saylı qərarına əlavə olunmuş sxematik plan nəzərə alınmaqla xx.xx.2023-cü il tarixli 408-1/5533 inventar nömrəli texniki pasporta düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə iddia tələbi təmin edilmişdir. İşə əlavə edilmiş Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarından görünür ki, üçüncü şəxs Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(107)-578/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə ekspert rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsində yerləşən və hazırda Cavabdeh2 istifadəsində olan 16,82 kv.m sahəsi olan mağaza tikintisi zamanı aparılmış təmir-tikinti işlərinə çəkilən xərclərin məbləği 3660 manat, ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsində yerləşən və 16,82 kv.m sahəsi olan mağazanın bazar dəyərinin müəyyənləşdirilməsi hazırki tarixə bazar dəyəri 20000 manat, ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsində yerləşən və 16,82 kv.m sahəsi olan mağazanın 2004-cü il üçün orta bazar dəyəri 3000-4000 manat və ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsində yerləşən və hazırda Cavabdeh2 istifadəsində olan 16,82 kv.m mağaza tikintisinə oxşar, eyni ölçüdə və eyni ərazidə mağazanın aylıq icarə haqqı 150 manat təşkil edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 21.1-ci maddəsində əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin,istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. "İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumuyey 12 iyul 2016-cı il tarixli qərarında verilmş şərhə görə mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir. Məhkəmənin mövqeyi: İddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin halları ilə müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi üzərində 16,82 kv.metr sahəsi olan mağaza tikilisi Cavabdeh2 tərəfindən istifadə edilir,həmin tikiliyə dair cavabdehin hüquqmüəyyənedici sənədləri yoxdur.Odur ki, iddia qaldırmış İddiaçı mülkiyyətində olan torpaq sahəsi üzərində olan mağaza kimi istifadə edilən tkilidən çıxarılma tələbini irəli sürmək subyektiv hüquqa malik olmuşdur. Mülki qanunvericiliyin tələbinə görə mülkiyyətçi öz əmlakı üzərində sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir, mülkiyyətçi ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə nəzərə alır ki,cavabdehin vəsaiti hesabına təmir olunan mağaza tikilisindən xeyli müddət istifadə etməsi, lakin nəticədə mağazanın dəyərinin qalıcı şəkildə iddiaçının sərəncamına keçməsi, ədalət və vicdanlılıq prinsiplərinə zidd olaraq bir tərəfin əsassız zənginləşməsinə gətirib çıxarar. Belə ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Məsələn, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır.Bununla belə, qanunverici nəzərə almışdır ki, əşya qanunsuz sahibin hakimiyyəti altında olduğu müddətdə ona sərf etdiyi yaxşılaşdırmaların da mülkiyyətçi tərəfindən həmin şəxsə qaytarılması ədalətli tarazlığın təmin edilməsi üçün vacibdir. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan 0,05 ha torpaq sahəsinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməkdə sərbəst olduğundan, habelə həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək hüququna malik olduğundan, pozulmuş mülkiyyət hüququ bərpa edilməli, mülkiyyət hüququnun müdafiəsi təmin edilməli, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi üzərində olan sahəsi 16,82 kv.metr tikilidən kompensasiya ödənilməklə Cavabdeh2 çıxarılmalı, bununla da iddia bu hissədə təmin olunmalıdır. Kompensasiyanın məbləğinə gəldikdə isə,məhkəmə iş üzrə qiymətləndiricinin verdiyi hesabatı nəzərə alır və hesab edir ki,kompensasiyanın məbləği iddiaçının təklif etdiyi 2000 manat məbləğində deyil,3660 manat məbləğində müəyyən olunmalıdır.Məhkəmə kompensasiyanın məbləğini müəyyən edərkən nəzərə almışdır ki,iddiaçı həmin məbləğdə kompensasiyanın ödənilməsinə etirazını bildirməmiş,bununla da razılığını ifadə etmiş olmuşdur. Məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manatdan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, Cavabdeh2 dövlət rüsumu üçün ödənilmiş 100 manat və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat məbləğində pul alınaraq İddiaçı verilməli, Cavabdeh2 100 manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət nəfinə keçirilməli, kompensasiya ödənilməklə tikilidən çıxarılma hissəsində qətnamə eyni vaxtda icra edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh2 3660 manat kompensasiya ödənilməklə o İddiaçı mülkiyyətində olan ünvan 7 ünvanda yerləşən 0,05 ha torpaq sahəsində yerləşən 16,82 m2 sahəsi olan mağaza kimi istifadə etdiyi tikilidən çıxarılsın. Qətnamə kompensasiya ödənilməklə çıxarılma hissədə eyni vaxtda icra edilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh2 dövlət rüsumu üçün ödənilmiş 100 manat və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh2 100 manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov
Məhkəmə qərarları › İş №2(046)-7/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-7/2025
11.03.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver