Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-72/2023 16.03.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (əri) Nümayəndə iştirakı ilə, Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 19.330 manat və 5000 manat mənəvi ziyanın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmədə İddiaçı nümayəndəsi (əri) Nümayəndə iddianı müdafiə edərək tələbi belə əsaslandırmişdır ki, Cavabdeh ünvan 1 ünvanda iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evini əsaslı təmir etməyi öhdəsinə götürmüş, həmin işlərə görə (tərəflər arasında müəyyənləşdirilmiş məbləğdə) xidmət haqqını ödəməyi barədə öhdəlik götürülmüşdür. Görüləcək işlərə görə xidmət haqqının məbləği ilk əvvəl 12000 manat məbləğində, sonradan Cavabdeh həmin məbləğlə razı olmamış, xidmət haqqının artırılmasını xahiş etmişdir. Bu səbəbdən qarşılıqlı razılaşma əsasında görüləcək işlərə görə xidmət haqqının məbləği dəyişdirilərək 19330 manat məbləğində müəyyən edilmişdir. Müxtəlif şəxslər vasitəsi ilə hissə-hissə olmaqla, cəmi 19330 manat məbləğində pul Cavabdeh ödənilmişdir. Belə ki, 12 oktyabr 2018-ci il tarixdə qonşu X1 vasitəsi ilə 5000 (beş min) manat, 14 fevral 2019-cu il tarixdə X2 vasitəsi ilə poçtla 4000 (dörd min) manat və iddiaçı tərəfindən 1430 (bir min dörd yüz) manat, 09 iyun 2019-cu il tarixdə X5 vasitəsi ilə 2000 (iki min) manat, 19 mart 2020-ci il tarixdə onun vasitəsi ilə 1000 (bir min) manat, 11 iyun 2020-ci il tarixdə X4 vasitəsi ilə (poçtla) 1000 (bir min) manat, 09 dekabr 2020-ci il tarixdə onun vasitəsi ilə (qəbz yazıb təhvil götürməklə) 4000 (dörd min) manat, 10 aprel 2021 -ci il tarixdə cavabdehin uşağı xəstəxanada uşağı üçün onun vasitəsi ilə (beş yüz) 500 manat, 15 aprel 2021-ci il tarixdə fəhləsinə yemək pulu kimi onun vasitəsi ilə 100 (bir yüz) manat və 30 aprel 2021-ci il tarixdə Şahin adlı tanışımız vasitəsi ilə 300 (üç yüz) manat Cavabdeh ödənilmişdir. Cavabdeh isə işləri yarımçıq saxlamışdır. 2 ildən artıq müddətdir yarımçıq işlərini görmür, beləliklə cavabdeh 19330 (on doqquz min üç yüz otuz) manat pulu tam həcmdə alsa da üzərinə götürdüyü öhdəliyi icra etməkdən qəsdən boyun qaçırır. Cavabdehin 10 % gördüyü işlər isə qüsurludur, cavabdehin gördüyü işlər sökülüb ev yenidən təmir edilməlidir. Bu səbəbdən ona maddi ziyan dəymişdir. Həmçinin qeyd edir ki, Cavabdeh süründürməçilik etməsi, təmir işlərini vaxtında görməməsi, cüzi olaraq gördüyü işləri isə qüsurlu olması nəticəsində iddiaçıda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, nəticədə o, mənəvi sarsıntı keçirərək mənəvi zərər çəkmişdir. Hesab edir ki, mənəvi zərərin əvəzinin 5000 (beş min) manat məbləğində müəyyən edilməsi ağlabatandır. Buna görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, Nümayəndə ilə ünvan 2 ünvanda tikdirdiyi üçmərtəbəli yaşayış evinin üçüncü mərtəbəsinin əsaslı təmir edilməsi barədə (üçüncü mərtəbədə olan bütün otaqları, hamam, tualetin, mətbəxin, koridorun ilkin işlərindən son dizayn, elektrik çəkilişinin, isti polun quraşadırılması, beton işlərinin aparılması) və binanın digər yerlərində görüləcək işlərlə birlikdə əmək haqqı olaraq 15000 (on beş min) manata razılaşmışdır.. İşə başlamağın müəyyən olunduğu gün özünə məxsus olan bütün perefarator və avadanlıqlarını yeni Ə. Cavad küçəsi, ev 31 ünvanına gətirmiş və işə başlamışdır. Əvvəllər Nümayəndə tez-tez yanında olmuş, gördüyü işlərlə maraqlanmış, ehtiyac olunan mal-materialların alınmasında iştirak etmişdir. Görülmüş işlərin keyfiyyətindən narazılıq etməyən Nümayəndə sonradan materialların alınmasına vəsait göndərmiş, qaynı X3 vasitəsilə işlərinə nəzarət etməyə başlamışdır. Tapşırılmış işin yarıdan çoxunu yerinə yetirərkən, yəni 2020-ci ilin mart ayında Nümayəndə ona zəng edərək, Bakı şəhərində olan yaşayış evinin başqaları tərəfindən yığılmış tavanını söküb yeni dizaynda yığmaq üçün onu Bakı şəhərinə çağırmış, ona işin yarımçıq qaldığını bildirirərkən Bakı şəhərindəki evin də ona məxsus olduğunu bildirmişdir. Bakı şəhərindəki evin tapşırılmış işlərini 10 gün müddətində bitirərək, Göyçay şəhərindəki Ə.Cavad küçəsi 31-də yarımçıq qalmış işləri davam etdirmək üçün geri qayıtmış, (Bakı şəhərində gördüyü işlər üçün 1000 manat əlavə əmək haqqı almış) və işinə davam etmişdir. Bəzi vaxtlarda Nümayəndə icazəsi ilə onun qaynı Mübarizin evində və digər yerlərdə işləmişdir. 2021-ci ilin may ayında Nümayəndə Bakı şəhərindən zəng edərək mətbəxin ölçülərini və şəklini istəmiş, mətbəxin ölçülərini bildirmiş və şəklini çəkmişdir. İnternet olmadığından şəkli ona göndərə bilməmiş, iş yerində və evində internet olmadığından yorğun olduğu üçün və digər mübahisələr üzündən mətbəxin şəklini göndərməyi ləngitmişdir. 2-3 gündən sonra Nümayəndə ona zəng edərək mətbəxin şəklini göndərmədiyinə görə ona qarşı kobud sözlər işləmiş, hədələyərək verdiyi əmək haqlarını və mal-materiala sərf olunmuş vəsaiti məhkəmə vasitəsilə alacağını (başına oyun gəytirəcəyini) söyləyərək hədə-qorxu gəlməyə başlamişdir. Evində yarımçıq qalmış işləri tamamalamaq üçün iş yerinə gedərkən evin giriş qapısının başqa kilidlə bağlandığını görmüş, bunun səbəbini soruşduqda Nümayəndə qovduğunu, işin xoşuna gəlmədiyini, bununla əlaqədar onunla hesablaşacağını bildirmişdir. Özünə məxsus olan avadanlıqları aparmaq istərkən, onları vermək istəmədiyini bildirmişdir. 2021-ci ildə barədəsində “pulun geri qaytarılması və mənəvi zərərə görə pul tələbinə dar” iddia qaldırmış, sonradan “mülki işin saxlanılması, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. 2022-ci ilin mart ayında isə Nümayəndə ikinci dəfə öz həyat yoldaşının adı ilə “pulun geri qaytarılması və mənəvi zərərə görə pul tələbinə dari” iddia qaldırmışdır. Nümayəndə tərəfindən ona verilmiş bütün işlərin təxminən 80 fazini yerinə yetirmişdir. İddiada Nümayəndə ona tapşırılmış işin 10%-ni gördüyünü qeyd etmişdir. Bunun müqabilində onunla razılaşdığı məbləği artan xətlə yüksəldərək, guya ona 19100 manat əmək verilməsi hansı məntiqə sığır ? Alınmış materialların qəbzlərini Nümayəndə şəxsən təqdim etmiş, iki ilə yaxın bir müddətdə ondan Bakı şəhərindəki evində gördüyü işlə birlikdə beş dəfə də cəmi 9600 manat əmək haqqı almışdır. Göyçay şəhər Ə.Cavad küçəsi 31-də ona tapşırılmış işləri tamamlasaydı, o zaman Cəfərzadənin ona 6400 manat borcu olacaqdı. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdeh məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. E-məhkəmə sistemi çıxarışından görünür ki, ünvan 1 saylı fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/5024 saylı rəyindən görünür ki, 1. Göyçay şəhəri Ə.Cavad küçəsində yerləşən mübahisə predmeti olan fərdi yaşayış evində aparılmış təmir-tikinti işlərinin hal-hazırki bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 13695.00 manat məbləğində müəyyən olunur. 2. Mübahisə predmeti olan tikilinin təmir-tikinti işlərində faktiki olaraq hər hansı bir qüsur (divarlarda maillik, suvaq qatının çatlaması, kafel-metlaq qatında çatlamalar vəya aralanmalar və.s) aşkar edilməmişdir. 3. Mülki iş materiallarında olan cavabdeh tərəfindən verilmiş məlumatda nəzərdə tutulan görülmüş işlərin siyahısının fərdi yaşayış evində görülmüş işlərlə qismən üst-üstə düşdüyü müəyyən olunur. Belə ki, cavabdeh tərəfindən verilmiş məlumatda hamam, tualet və mətbəxin döşəməsində isti döşəmənin quraşdırıldığı qeyd olunsada faktiki olaraq 3-cü mərtəbənin dəhliz hissəsinin yalnız 13 kv.m hissəsində isti döşəmənin xətlərinin mövcud olduğu müşahidə olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Cavabdeh İddiaçı mülkiyyətində olan Göyçay şəhəri Ə.Cavad küçəsi 31 saylı fərdi yaşayış evində təmir-tkinti işlərinin görülməsi ilə bağlı razılaşmış, görülən işlərin haqqı olan 19.330 manat pul iddiaçı tərəfindən cavabdehə ödəmişdir. İddiaçı təmir işlərinin keyfiyyətsiz aparılması barədə Cavabdeh irad tutmuş və keyfiyyətsiz təmir işlərinin tamamlanmasını tələb etmişdir. Hazırda iddiaçı mülkiyyətində olan fərdi yaşayış evində cavabdeh tərəfindən aparılmış keyfiyyətsiz təmir-tikinti işlərinə görə ona vurulmuş ziyanı tələb edir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evinin küçə tərəfində təmir-tikinti keyfiyyətsiz aparmışdır. Qeyd edilən fərdi yaşayış evində cavabdeh tərəfindən görülmüş təmir-tikinti işlərinin dəyərinin müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Göyçay şəhəri Ə.Cavad küçəsi 31 saylı fərdi yaşayış evində 13695 manat dəyərində təmir-tikinti işləri görülmüşdür. Buna görə də məhkəmə hesab edir ki, ekspert rəyi əsas götürülməli, iddiaçının iddia ərizəsində tələb etdiyi məbləğdən, ekspert rəyində göstərilmiş məbləğ çıxılmalı, qalan məbləğ cavabdehdən alınaraq iddiaçıya ödənilməldir. (İddiaçının iddia ərizəsində tələb etdiyi məbləğ 19330 manat – ekspertin rəyində göstərilən məbləğ 13695 manat = 5635 manat) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunun mənasından göründüyü kimi, zərər dedikdə hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi (oğlu) Nümayəndə Cavabdeh keyfiyyətsiz təmir-tikinti işlərinin apardığından 19300 manat ziyan dəydiyinə və 5000 manat mənəvi ziyan dəydiyinə dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Bronda İtaliyaya qarşı” işi üzrə qərarda göstərilmişdir ki, hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyəti daha dəqiq müəyyən etmək lazımdır. Məhkəmə sabit pul məbləğində cavabdehdən tutulacaq alimentin miqdarını müəyyən edən zaman uşağın mənafeyini iddiaçının əmlak vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alır. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin konvensiyanın 27-ci maddəsinin 2 bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 162 manat dövlət rüsumunun, 76.35 manatı Cavabdeh alınaraq İddiaçı verilməlidir. İş üzrə 50 manat ekspertiza xərci Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, Cavabdeh 5635 manat ziyan və 76.35 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 5635 manat ziyan və 76.35 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İş üzrə 50 manat ekspertiza xərci Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilsin. Qətnamənin icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Göyçay rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-72/2023
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-72/2023
16.03.2023 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver