Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-725/2025 13.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Qurbanova Gülnaz İntiqam qızının sədrliyi Əliyeva Leyla Bəhər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi barışıq sazişinin təsdiq olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, ərizənin təmin edilməsi, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞŞ/MT00161nömrəli barışıq sazişinin 1-ci, 2-ci və 3-cü bəndlərinin təsdiq edilməsi, xx.xx.2025-ci il tarixdən başlayaraq uşaqların 18 yaşına çatanadək (hər uşağa 265 manat olmaqla, ayda cəmi 530 manat) sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,66 misli həddində sabit pul məbləğində alimentin, ildə bir dəfə olmaqla 200 manat yardımın, həmçinin xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşı tamam olana kimi baxılması üçün ayda 100 manat yardımın Ərizəçi bankdakı kart hesabına ödənilməsi barədə, eyni zamanda tərəflər aralarında ildə bir dəfə məzuniyyətə görə ödənilən müavinət məbləğindən 150 manatın və ildə bir dəfə 13-14-cü adlanan əmək haqqına əlavədən də 33 % pul məbləğinin Maraqlı şəxs tutularaq ona ödənilməsi, mediasiya xərcinə görə ödənilmiş 120 manat pulun, ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini belə əsaslandırmışdır ki, cavabdeh Maraqlı şəxs ilə xx.xx.2020-ci il tarixdə 4 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində rəsmi nigah qeydiyyata alınmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X5 doğulmuşdur. Ailə qurduğu ilk müddətdə cavabdehlə münasibəti normal olmuş, sonradan aralarında olan münasibətlərdə kəskin dəyişiklər baş verdi. Belə ki, cavabdeh ailəsinə, uşaqlarına baxmır. Bu səbəbdən daima aralarında mübahisələr baş verirdi. Bu səbəbdən o, cavabdehlə ayrılmaq qərarına gəlmişdir. Artıq ayrı yaşayırlar. Aliment işi ilə bağlı Mediasiyaya müraciət etmiş, iddiaçı müraciətinə əsasən Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən mediator təyin edilmişdir. O və Maraqlı şəxs xx.xx.2025-ci il tarixində mediasiya prosesində iştirak etmiş və Maraqlı şəxs ilə aralarında “Barışıq Sazişi” imzalanmışdır. Barışıq sazişinə əsasən onunla cavabdeh Maraqlı şəxs xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X5 onun himayəsində qalması, xx.xx.2025-ci il tarixdən başlayaraq uşaqların 18 yaşına çatanadək hər bir uşağa ayda 265 manat olmaqla, ayda cəmi 530 manat alimentin, ildə bir dəfə olmaqla 200 manat yardımın, həmçinin xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşı tamam olana kimi baxılması üçün ayda 100 manat yardımın onun bankdakı kart hesabına ödənilməsi barədə, eyni zamanda tərəflər aralarında ildə bir dəfə məzuniyyətə görə ödənilən müavinət məbləğindən 150 manatın və ildə bir dəfə 13-14-cü adlanan əmək haqqına əlavədən də 33 % ona ödənilməsi barədə razılığa gəlmişlər. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icrası olunmalıdır. Cavabdeh Maraqlı şəxs ilə aralarında xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X2 onun himayəsində qalması, xx.xx.2025-ci il tarixdən başlayaraq uşaqların 18 yaşına çatanadək hər bir uşağa ayda 265 manat olmaqla, ayda cəmi 530 manat alimentin, ildə bir dəfə olmaqla 200 manat yardımın, həmçinin xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşı tamam olana kimi baxılması üçün ayda 100 manat yardımın onun bankdakı kart hesabına ödənilməsi barədə, eyni zamanda tərəflər aralarında ildə bir dəfə məzuniyyətə görə ödənilən müavinət məbləğindən 150 manatın və ildə bir dəfə 13-14-cü adlanan əmək haqqına əlavədən də 33 % ona ödənilməsinə razılaşmasına baxmayaraq bu gün aliment ödəməkdən boyun qaçırır. Telefonla maraqlı şəxslə əlaqə saxlamış ona məhkəməyə müraciət etməyi bildirmişdir. Göründüyü kimi artıq barışıq sazişinin könüllü icrası üçün Mediasiya haqqında Azərbayca Respublikasının Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilən xüsusatları təsdiq edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş maraqlı Maraqlı şəxs оğlu məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Yazılı sübut qismində işə əlavə edilmiş AZ-İİ № 390389 sayl nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X9 arasında nikah xx.xx.2020-ci il tarixdə 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 225 saylı akt qeydi ilə bağlnmışdır. Doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2020-ci il tarixdə X4 və xx.xx.2023-cü il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış və mediator X6 tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki: 1.’Tərəflər” aralarında birgə nikahlarından xx.xx.2020-ci ildə anadan olmuş X3 və xx.xx.2023-cü ildə anadan olmuş X2 Ərizəçi himayəsində qalması barədə razılığa gəlirlər. 2.”Tərəflər” aralarında xx.xx.2020-ci ildə anadan olmuş X3 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X1 üçün, onların 18 yaşı tamam olana kimi, xx.xx.2025-ci il tarixdən başlamaqla hər bir uşağa 265 manat olmaqla cəmi ayda 530 manat alimentin və ildə bir dəfə olmaqla 200 manat maddi yardımın, həmçinin Dərya İbrahimovanın 3 yaşı tamam olana kimi baxılması üçün ayda 100 manat yardımın Maraqlı şəxs Ərizəçi bankdakı kart hesabına ödənilməsi barədə razılığa gəlirlər.
3. ”Tərəflər” eyni zamanda aralarında ildə bir dəfə məzuniyyətə görə ödənilən müavinat məbləğindən 150 manatın və ildə bir dəfə 13-14-cü adlanan əmək haqqına əlavədən də 33 faiz Ərizəçi xeyrinə ödənilməsi barədə razılığa gəlirlər. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzindən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 100 məbləğində pul ərizəçi tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.1 -ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025ci il tarixində barışıq sazışı imzalanmışdır. Həmin sazişin şərtlərinə Maraqlı şəxs tərəfindən könüllü icrasından imtina edilmişdir. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, Maraqlı şəxs barışıq sazişinin aliment tələbinə dair hissə üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə xx.xx.2025-ci il tarixli barışıq sazişinin 1-ci, 2-ci və 3-cü bəndləri məhkəmə tərəfindən təsdiq edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi Habi lqızı ilə Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin 1-ci, 2-ci və 3-cü bəndinin aşağıdakı şərti təsdiq edilsin: 1.’Tərəflər” aralarında birgə nikahlarından xx.xx.2020-ci ildə anadan olmuş X3 və xx.xx.2023-cü ildə anadan olmuş X2 Ərizəçi himayəsində qalması barədə razılığa gəlirlər. 2.”Tərəflər” aralarında xx.xx.2020-ci ildə anadan olmuş X3 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X1 üçün, onların 18 yaşı tamam olana kimi, xx.xx.2025-ci il tarixdən başlamaqla hər bir uşağa 265 manat olmaqla cəmi ayda 530 manat alimentin və ildə bir dəfə olmaqla 200 manat maddi yardımın, həmçinin Dərya İbrahimovanın 3 yaşı tamam olana kimi baxılması üçün ayda 100 manat yardımın Maraqlı şəxs Ərizəçi bankdakı kart hesabına ödənilməsi barədə razılığa gəlirlər.
3. ”Tərəflər” eyni zamanda aralarında ildə bir dəfə məzuniyyətə görə ödənilən müavinat məbləğindən 150 manatın və ildə bir dəfə 13-14-cü adlanan əmək haqqına əlavədən də 33 faiz Ərizəçi xeyrinə ödənilməsi barədə razılığa gəlirlər. Maraqlı şəxs ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat, mediasiya xərcinə görə 120 (yüz iyirmi) manat tutularaq Ərizəçi Habi lqızının xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova