Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-75/2022 04.02.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "Konstruktor Test MMC-yə” qarşı əmək müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Göyçay rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Konstruktor Test MMC ilə bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Konstruktor Test MMC ilə aralarında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, əmək müqaviləsi bildirişinin ləğv edilməsi ilə bağlı öhdəliyin X11 Xidmətninin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddianın təmin edilməsini və məhkəmə baxışının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı İddia tələbini belə əsaslandırmışdır ki, hər hansı əmək müqaviləsi bağlamadığı halda qanunsuz olaraq barəsində əmək müqaviləsi tərtib edilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti elektron sisteminə bu barədə məlumatlar daxil etmişdir. Bu fakt ona 2020-ci ilin əvvəlində məlum olmuşdur və aidiyyəti qurumlara şikayət ərizəsi ilə müraciət etmişdir. 09.07.2020-ci il tarixli 16 saylı X11nin regional bölməsinin məktubunda məlum olmuşdur ki, bu qanunsuz əməlləri törədən X8 olmuş və o vəfat etmişdir. Məsələ ilə bağlı topladığı bütün materiallarla Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin verdiyi qərarın mahiyyətindən belə görünür ki, “Konstruktor Test" MMC-nin ona qarşı qanunsuz əmələ yol verməsinə baxmayaraq bu məsələ ilə bağlı məhkəmə aidiyyatı dəyişdirilməlidir və işə Göyçay rayon məhkəməsində baxılmalıdır. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Konstruktor Test MMC-yə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə cavabdehin hüquqi ünvanının yerləşdiyi yer üzrə məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X9 oğlu izahatında göstərmişdir ki, rəsmi portaldan işdən çıxarılması kimi öhdəliyin Xidmətin üzərinə qoyulması tələbi qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, İddiaçı ilə "Konstruktor Test MMC” arasında bağlanmış, qüvvədə olan, xitam verilməmiş əmək müqaviləsi mövcud olduğu məlumdur. Həmin müqavilə işəgötürən ilə işçi arasında müvafiq qaydada xitam verilmə və bundan sonra əmək müqaviləsinə xitam verilməsi barədə elektron sistemdə işə götürən tərəfindən müvafiq qeydlər aparılmalıdır. Göründüyü kimi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin X2 sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifənin icra edilməsi mümkün deyildirsə və məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməmişdirsə, X11 Xidməti müstəqil tələb irəli sürməyən üçünçü şəxs qismində işə cəlb olunmaqla əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin X2 sisteminə daxil edilməsi Xidmətə həvalə edilə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş 04.03.2020-ci il tarixdə verilmiş AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1985-ci ildə Quba rayonu, Xucbala kəndində doğulmuşdur, Quba rayonu, Xucbala Ərazi Dairəsi, Xucbala kəndində qeydiyyatdadır. E-məhkəmə sistemi çıxarışından və məhkəməyə təqdim edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1303/2021 saylı 27.01.2021-ci il tarixli qanuni qüvvəsin almış məhkəmə qərardadı ilə müəyyən edilmiş sübutlardan görünür ki, **********3 №li 14.12.2020-ci il tarixli məktubla məhkəməyə göndərilmiş İddiaçı adına hüquqi şəxs "xxxx" MMC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X2 sisteminə (MEİS) daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə “Məlumat” dan müəyyən olunur ki, "xxxx" MMC (işəgötürən VÖEN **********) ilə İddiaçı arasında 02.09.2018-ci il tarixdə bağlanmış müqavilə qüvvədədir. Məhkəməyə təqdim edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1303/2021 saylı 27.01.2021-ci il tarixli qanuni qüvvəsin almış məhkəmə qərardadı ilə müəyyən edilmiş sübutlardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun SosialSığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən **********1 №li 11.12.2020-ci il tarixli məktubla məhkəməyə göndərilmiş məcburi dövlət sosial sığorta haqlarının hesablanıb ödənilməsi haqqında arayışda "xxxx" MMC-nin (SUN: **********0) “X2 Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində “Sığortaolunanların hesablan” bölümündə İddiaçı (SSN **********174) 01.10.2017-01.12.2017, 01.01.2018-01.02.2018-ci illər üzrə hesablanmış əmək haqqı 480 manat qeyd olunmuşdur. Məhkəməyə təqdim edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1303/2021 saylı 27.01.2021-ci il tarixli qanuni qüvvəsin almış məhkəmə qərardadı ilə müəyyən edilmiş sübutlardan görünür ki, X11 Xidməti 16 saylı region üzrə X11 tərəfindən **********6 №li 09.07.2020-ci il tarixli cavab məktubunda araşdırmanın aparılması məqsədi ilə sahibkar X7 (VÖEN **********) yaşadığı ünvana **********2 nömrəli, 09.06.2020-ci il tarixli məktubla 19.06.2020-ci il tarixdə Şöbəyə dəvət olunması barədə məktub göndərildiyi, 23.06.2020-ci il tarixdə “Azərpoçt”un Zaqatala rayon poçt X1 öldüyü barədə qəbzə qeyd edilərək, məktubun geri qaytarıldığı, sahibkar X7 öldüyünü nəzərə alaraq, müraciətinin araşdırılmadan saxlanıldığı qeyd olunmuşdur. Məhkəməyə təqdim edilmiş Konstruktor TEST” MMC-nin 23 fevral 2018-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC təsisçisi X4 Aydın Əjdər oğlunu Cəmiyyətə qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsinə təyin etmişdir. Məhkəməyə təqdim edilmiş Bakı şəhəri 50 saylı notariat kontorunun xüsusi notariusu X12 tərəfindən 12.06.2017-ci il tarixdə təsdiq edilmiş etibarnamədən görünür ki, Qanuni nümayəndə2 "xxxx" MMC üzərində təsisçilik hüquqlarını Qanuni nümayəndə3 etibar etmişdir. E-məhkəmə sistemi çıxarışdan görünür ki, "xxxx" MMC-nin təmsilçilik funksiyasına malik direktoru Qanuni nümayəndə1 08.09.2018-ci il tarixdə ölkə ərazisini tərk etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh "Konstruktor Test MMC” arasında 02.09.2018-ci il tarixdə əmək müqaviləsi bağlanılmışdır və iddiaçı həmin cəmiyyətdə əmək müqaviləsi üzrə "köməkçi fəhlə” vəzifəsinə işə qəbul edilmişdir. Müqavilə müddətsiz bağlanılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, hazırki vaxtadək tərəflər arasında bağlanmış əmək müqaviləsi qüvvədədir. Məhkəmə verilmiş iddia ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin "a” yarımbəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilir. Həmin Məcəllənin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işçi onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə günü ərizəsində konkret göstərdiyi halda, işəgötürən əmək müqaviləsinə xitam verə bilər. Əmək müqaviləsinə həmin gün xitam verilmədiyi halda, işəgötürən bunu ən geci bir təqvim ayı ərzində etməlidir. Məhkəmə qeyd edir ki, işəgötürən əmək müqaviləsinə xitam verməli olduğu halda bunu etmədiyi üçün, o, Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə tələbi tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə tələb əsaslı olduğu üçün, həmin müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin X2 sisteminə daxil edilməsi barədə tələb də əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5-1-ci madəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının X2 sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalıdır və həmin qeydiyyat müvafiq icra hakimiyytəi orqanı olan X11 Xidməti tərəfindən aparılır. Belə olan halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınması AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti üzərinə qoyulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı ilə Konstruktor Test MMC arasında bağlanılmış 02.09.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilsin. Cavabdeh Konstruktor Test MMC ilə İddiaçı arasında bağlanmış 02.09.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair məlumatın elektron informasiya sistemi vasitəsi ilə «Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-75/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-75/2022
04.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver