Məhkəmə qərarları › İş №2(046)-778/2023

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-778/2023

18.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-778/2023 18.05.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış 883 manat borcun azaldılaraq 200 manat məyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanda yaşadığı evin qaz sayğacında nöqsan olduğundan 2023-cü ilin yanvar ayının 28-də az istismar idarəsinin Göyçay xidmət sahəsinin və X5 idarəsinin əməkdaşları sayğacda yaranmış nasazlıqla əlaqədar sayğacdan kənar qoşulma aşkar etmişlər. 2023-cü ilin yanvar ayının 5-dən 28 yanvar 2023-cü il tarixə kimi sayğacdan kənar qoşulma apararaq enerjidən istifadə etmişdir. 12 aprel 2022-ci il tarixdə Göyçay xidmət sahəsinin və X5 idarəsinin əməkdaşları yaşadığı evə baxış keçirərkən sayğacdan kənar qoşulmam aşkar edərək itirilmiş enerjinin bərpası barədə akt tertib edərək 883 manat dəyərində hesablama aparılmışdır. Halbu ki, qeyd etdiyi kimi sayğacadan kənar qoşulma tərəfindən 05 yanvar 2023-cü il tarixdən 28 yanvar 2023-cü il tarixə kimi aparılmışdır. Buna görə də iddianın təmin edilməsini xahiş edir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək göstərmişdir ki, 28 yanvar 2023-cü il tarixdə Azərişıq” ASC-nin təsis etdiyi “Mərkəzi Aran” RETSİ-nin Balans bölməsinin rəhbəri Aydın Balaşov, aparıcı mühəndis Elşən Ədilov və Göyçay ESŞnin rəisi Tural Məmmədov tərəfindən Göyçay rayonunda yaşayan elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən X1ydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış keçirilən zaman abonentin fərdi yaşayış evində sayğac sxemindən kənar faza xəttindən istifadə etdiyi, kənar xətt giriş xəttinin sayğaca qədərki hissəsindən izolyasiyanı pozmaqla 1 x 1 6 mm2 kabel xətti vasitəsil ilə çəkildiyi, kənar xətdən keçən yükün Pkən =4,4 kvt, sayğacdan keçən yükün Psay=0 (sıfır) olduğu müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Goranboy EŞ-nin “Poroqram bazasında **********00617 saylı istehlakçı kodu ilə qeydiyyatda olan İddiaçı barəsində “X1ydalan”nın pozulması haqqında AKT R № 263002 nömrəli Akt tərtib edilmişdir. Aktın “tələb hissəsində” hissəsində “kənar xətt ləğv edilsin. Giriş xətti gözlə görünən hissə ilə çəkilsin” qeydiyyatı aparılmışdır. Akt enerjitəchizatı müəssisəsinin əməkdaşları və İddiaçı tərəfindən imzalanmışdır. İddiaçı tərəfindən elektrik enerjisindən “kənar xətt” vasitəsi ilə qanunsuz istifadə edilməsi faktının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. İddiaçı barəsində tərtib edilmiş AKT R № 263002 nömrəli akta əsasən “Mərkəzi Aran” RETS- də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya ’’tərəfindən sutkanın 24 saatı nəzərə alınmaqla 90 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 864,89 manat təşkil edən 6653 kvt saat miqdarında qanunsuz istifadə nəticəsində itirilmiş elektrik enerjisi bərpa edilmişdir.Hesabat aşağıdakı qaydada aparılmışdır: P =4,4 kvt W=4,4 kvt x24 saat x 90 gün x 0,7= 6653 kvt saat 6653 kvt saat x 0,13=864,89 manat Cəmi: 864,89 manat İddiaçı barəsində aşkar edilmiş eneji pozuntularına görə akt tərtib edilərək müvafiq sənədləşdirmə aparılarkən ona qarşı hər hansı bir hüquqa zidd və ya qərəzli hərəkətlərə yol verilməmişdir. Akt və ona əsasən aparılmış hesabatlar “Qaydalar”ın tələblərinə uyğun olaraq düzgün tərtib edilmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş 28 yanvar 2023-cü il tarixli 263002 nömrəli Azərişıq” ASCnin təsis etdiyi “Mərkəzi Aran” RETSİ-nin Balans bölməsinin rəhbəri Aydın Balaşov, aparıcı mühəndis Elşən Ədilov və Göyçay ESŞ-nin rəisi Tural Məmmədov tərəfindən tərtib edilmiş aktdan görünür ki, İddiaçı yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış keçirilən zaman abonentin fərdi yaşayış evində sayğac sxemindən kənar faza xəttindən istifadə etdiyi, kənar xətt giriş xəttinin sayğaca qədərki hissəsindən izolyasiyanı pozmaqla 1 x 1 6 mm2 kabel xətti vasitəsil ilə çəkildiyi, kənar xətdən keçən yükün Pkən =4,4 kvt, sayğacdan keçən yükün Psay=0 (sıfır) olduğu müəyyən edilmişdir. Aktın “tələb hissəsində” hissəsində “kənar xətt ləğv edilsin. Giriş xətti gözlə görünən hissə ilə çəkilsin” qeydiyyatı aparılmışdır. Məhkəməyə təqdim edimiş sübutlarla müəyyən ediliri ki, 28 yanvar 2023-cü il tarixdə Azərişıq” ASC-nin təsis etdiyi “Mərkəzi Aran” RETSİ-nin Balans bölməsinin rəhbəri Aydın Balaşov, aparıcı mühəndis Elşən Ədilov və Göyçay ESŞ-nin rəisi Tural Məmmədov tərəfindən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilmiş, Baxış keçirilən zaman abonentin fərdi yaşayış evində sayğac sxemindən kənar faza xəttindən istifadə etdiyi, kənar xətt giriş xəttinin sayğaca qədərki hissəsindən izolyasiyanı pozmaqla 1 x 1 6 mm2 kabel xətti vasitəsil ilə çəkildiyi, kənar xətdən keçən yükün Pkən =4,4 kvt, sayğacdan keçən yükün Psay=0 (sıfır) olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı elektrik enerjisindən qanunsuz istifadə müddəti 30 gün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1ydaları»nın (bundan sonra Qaydalar) 8.14-ci bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Qanunun mənasından göründüyü kimi enerjitəchizatı müəssisəsi hər ay sayğaca baxış keçirir, enerjidən istifadəyə dair müvafiq ödəmə sənədi verir. Bu hal İddiaçı tərəfindən baş vermiş pozuntunun 90 gün müddətində deyil, 30 gün müddətində müəyyən edilməsinə dəlalət edir. Belə olduğu halda 28 yanvar 2023-cü il tarixli 263002 nömrəli akta əsasən hesablanmış 883 manat, azaldılaraq 200 manat müyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. 28 yanvar 2023-cü il tarixli 263002 nömrəli akta əsasən hesablanmış 883 manat azaldılaraq 200 manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay rayon məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar