Məhkəmə qərarları › İş №2(046)-786/2025

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-786/2025

13.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-786/2025 13.02.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanova Gülnaz İntiqam qızı, İddiaçı Cavabdeh İB-nə qarşı cərimə borcunun cərimə silinməsi tələbinə dair iddia ərizəsinin icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 172 manat 80 qəpik cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıdakı əsaslara görə məhkəməyə daxil olmuş nümayəndə kimi göstərilmiş Nümayəndə tərəfindən imzalanmış iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən imzalanmış, lakin onun iddia ərizəsini imzalamaq səlahiyyətini nəzərdə tutan sənəd (etibarnamə) iddia ərizəsinə əlavə edilməmişdir. İddia ərizəsinə xx.xx.2024-cü il tarixli etibarnamə əlavə edilsə də, həmin etibarnamədə iddia ərizəsini imzalamaq səlahiyyəti nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə ərizənin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq məhkəmə belə bir nəticəyə gəlir ki, ərizənin buna səlahiyyəti olan şəxs tərəfindən imzalanması ərizəyə əlavə edilmiş sənədlərlə müəyyən olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanı aradan qaldırıb təkrarən ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 263,264,268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb Göyçay rayon Məhkəməsi qərara aldı: İddiaçı Cavabdeh İB-nə qarşı cərimə borcunun cərimə silinməsi tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Göyçay Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar