Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-827/2024 05.06.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçının Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 bağlanılmış xx.xx.2021-ci il tarixli, 4Ə-282 saylı bağışlama müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. işin halları: İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, atasından miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində ümumi-paylı mülkiyyət hüququ xx.xx.2020-ci ildə, **********45-10301 reyestr nömrəsilə dövlət qeydiyyatına alınaraq, adına çıxarış verilmişdir. Hüququ dövlət qeydiyyatında alındığı dövrdə arvadı və uşaqları ilə birlikdə Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən, uzun müddət istifadə etdiyi bələdiyyə mülkiyyətində olan 1.5 ha torpaq sahəsi üzərində 2009-cu ildə inşa etdirdiyi fərdi yaşayış evində yaşamışdır. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində ümumi-paylı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına baxmayaraq, Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən, uzun müddət istifadə etdiyi bələdiyyə mülkiyyətində olan 1.5 ha torpaq sahəsində təsərrüfatla məşğul olmağı ilə əlaqədar olaraq Göyçay rayonu Qarabaqqal kəndində yerləşən evdə yaşamışdır. Göyçay rayonu Qarabaqqal kəndində yerləşən, eyni təsərrüfatda yaşadığı anası X1 və digər şəxslər mərhum qardaşının arvadı Cavabdeh2 kənddə yaşamaq istəmədiyi üçün ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini Cavabdeh2 bağışlamağını, qarşılığında isə onların Göyçay rayonu Qarabaqqal kəndində yerləşən evini ona bağışlayacaqlarını təklif etmişlər. Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən, bələdiyyə mülkiyyətində olan 1.5 ha torpaq sahəsində təsərrüfatla məşğul olmağını, həmçinin, həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin onun üçün daha əlverişli olacağını düşünərək, Cavabdeh1 bağlanılmış xx.xx.2021-ci il tarixli, 4Ə-282 saylı bağışlama müqaviləsi əsasında ünvan 2 ünvanda yerləşən üzərində ümumi-paylı mülkiyyət hüququ qeydiyyata alınmış fərdi yaşayış evini Cavabdeh2 bağışlamışdır. Həmin bağışlama müqaviləsi bağlanıldıqdan sonra Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən fərdi yaşayış evi ilə bağlı sənədləşmə aparılması üçün hazırkı iş üzrə cavabdeh ona bir müddət vaxt verməyini xahiş etmişdir.Cavabdehin mərhum qardaşının həyat yoldaşı olduğunu və anasının söz verməsinə etibar edərək gözləmişdir. Bu müddət ərzində Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı ilə bağlı ərizə ilə DƏDKR PHŞ-nın 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir. Həmin tarixdən 2023-cü ilin noyabr ayına kimi sözügedən fərdi yaşayış evində ailə olaraq birgə yaşamışdır. Göyçay rayonu Qarabaqqal kəndində yerləşən, eyni təsərrüfatda yaşadığı anası X1, Cavabdeh2 və digər şəxslər 2023-cü ilin noyabr ayında Göyçay rayonu Qarabaqqal kəndi ərazisində yerləşən fərdi yaşayış evini ona verməyəcəklərini bildirmişlər.Narazılığını bildirdikdə isə dava salıb onu evdən qovmuşlar. Evdən qovulduqdan sonra Cavabdeh2 Cavabdeh1 bağlanılmış xx.xx.2021 -ci il tarixli, 4Ə- 282 saylı bağışlama müqaviləsinin etibarsız olduğunu bildirərək, ondan ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini dərhal geri qaytarmasını tələb etdikdə, müqavilənin bağlanılmasından 1 il keçdiyini, nəinki müqavilə bağlanan zaman ümumiyyətlə heç vaxt kənddəki evin ona verəcəyi niyyətində olmadığını, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini kənddəki evdən notarial qaydada imtina edəcəyi halda qaytaracağını bildirmişdir.Bu hadisədən sonra ona məlum olmuşdur ki, Cavabdeh2 əslində onu aldadaraq, evini əlindən almaq niyyətində olmuşdur. məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh2 iddiaçının qardaşı arvadıdır. İddiaçının atasından miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi üzərində ümumi-paylı mülkiyyət hüququ xx.xx.2020-ci ildə, **********45-10301 reyestr nömrəsilə dövlət qeydiyyatına alınmışdır. Həmin dövrdə iddiaçı ailə üzvləri ilə birlikdə Göyçay rayon Qarabaqqal kəndində yaşamışdır. İddiaçı cavabdeh ilə razılaşmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini cavabdehə bağışlayacaq, cavabdeh isə Göyçay rayon Qarabaqqal kəndində yerləşən fərdi yaşayış evini iddiaçıya bağışlayacaq. İddiaçı vədinə əməl etmiş, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini cavabdehə bağışlamışdır.Cavabdeh isə iddiaçını aldatmış, Göyçay rayon Qarabaqqal kəndində yerləşən fərdi yaşayış evini iddiaçıya bağışlamamışdır. Bununla da iddiaçının hüquqları pozulmuşdur. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı öz iradəsi ilə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən və torpaq sahəsindən ibarət özünə məxsus hissəsini cavabdehə bağışlamışdır. Cavabdeh tərəfindən iddiaçıya heç bir fiziki zorakılığ olmamış, heç bir vəd verilməmişdir. Eləcə də bağışlanma müqaviləsi şərtlə bağlanmamışdır. Bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi ücün qanunda nəzərdə tutulan halların məhkəmə baxışı zamanı müəyyən edilmədiyini nəzərə alaraq iddianın rədd edilməsini xahiş edir. İş üzrə digər Cavabdeh1na məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, natariat orqanının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə, iddia ərizəsində Cavabdeh1 cavabdeh kimi qeyd edilməsinə baxmayaraq natariat kontoruna qarş hec bir tələb irəli sürülmədiyini nəzərə alaraq, notariat kontorunun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-282 nömrəli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, İddiaçı ünvan 2 ünvanında 0.0455 ha torpaq sahəsində yerləşən 195.3 kv.m fərdi yaşayış evinin 5/8 (1222.0625 kv.m) hissəsini və torpaq sahəsinin paylı mülkiyyət üzrə özünə məxsus torpaq sahəsinin 3/4 (0.034125) hissəsini Cavabdeh2 bağışlamışdır. tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 339.3 Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: Maddə 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə: Maddə 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1 sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Maddə 80 məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81 qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217 məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında 0.0455 ha torpaq sahəsində yerləşən 195.3 kv.m fərdi yaşayış evinin 5/8 (1222.0625 kv.m) hissəsini və torpaq sahəsinin paylı mülkiyyət üzrə özünə məxsus torpaq sahəsinin 3/4 (0.034125) hissəsini Cavabdeh2 bağışlanma müqaviləsinə əsasən bağışlamışdır. Hazırda İddiaçı cavabdeh tərəfindən aldadıldığını iddia edir və həmin bağışlanma müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. İşin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən bağlışlanma müqaviləsi qanunda nəzərdə tutulmuş qaydada bağlanmış və notarial qaydada təsdiq olunmuşdur. Bağışlanma müqaviləsi şərt ilə bağlanmamışdır. Qeyd edilən əqd birtərəfli əqdir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi qeyd edilən bağışlanma müqaviləsinin iddiaçı tərəfindən bağlandığı zaman cavabdeh tərəfindən iddiaçının aldandığına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin qeyd edilən müqavilənin aldatma yolu ilə bağlandığı barədə göstərdiyi xüsusatlar, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı, iddia ərizəsində Cavabdeh1 cavabdeh qismində qeyd edərək tələb irəli sürməsinə baxmayaraq, Cavabdeh1 tərəfindən onun hansı hüquqularının pozulduğuna dair halları iddia ərizəsində qeyd etməmişdir. Eləcə də məhkəmə baxışı zamanı Cavabdeh1 bağışlanma müqaviləsi təsdiq edilərkən hər hansı qanun pozuntusuna yol verdiyi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçının Cavabdeh2 və Cavabdeh1na qarşı Cavabdeh1 bağlanılmış xx.xx.2021ci il tarixli, 4Ə-282 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh2 və Cavabdeh1na qarşı Cavabdeh1 bağlanılmış xx.xx.2021-ci il tarixli, 4Ə-282 saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-827/2024
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-827/2024
05.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver