Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-853/2020 26.10.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədov Səbuhi Mətləb oğlunun katibliyi, İddiaçı və Cavabdeh İB-in nümayəndəsi Ömərov Ramil Şaiq oğlunun iştirakı ilə, cərimə borcunun və yeni quraşdırılmış qaz sayğacı dəyərinin silinməsi tələbinə dair ilkin və qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Göyçay şəhərində xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq, Cavabdeh Ağsu X2 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akta əsasən hesablanmış 216 manat cərimənin və 68 manat yeni quraşdırılmış sayğacın dəyərinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq cavabdehdən evində istifadə olunmuş təbii qaza görə yaranmış 592.80 manat borc məbləğinin, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 216 manat cərimə olmaqla ümumilikdə 808.80 manat məbləğin, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı manat pul məbləğinin tutularaq Cavabdeh İB-in hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə və qarşılıqlı iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, Göyçay rayonunun Potu-Şıxlı yaşayır, təqdim olunmuş bildirişlər əsasında aylıq istifadə etdiyi qazın dəyərini tam ödəyir. Cavabdeh İB Göyçay rayon şöbəsinin əməkdaşları evinə quraşdırılmış qaz sayğacını aparmış və bu barədə akt tərtib etmişlər. Evindən çıxarılmış sayğac dövlət yoxlanılmasına göndərilmiş, sayğaca kənar müdaxilə olduğu aşkar edilmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə dəymiş ziyan barədə ona bildiriş verilmiş, ondan yeni sayğacın quraşdırılması üçün 68 manat ödəniş tələb edilmişdir. Onun tərəfindən qaz sayğacına heç bir müdaxilə edilməmişdir. Qaz sayğacı evindən kənarda yerləşir. Qarşılıqlı iddianı isə qismən qəbul edir, ona görə ki, cavabdehə qazdan istifadə etdiyinə görə yaranmış borcunu ödəyəcəyinə öhdəsinə götürür. Buna görə də iddianın təmin qarşılıqlı iddianın isə qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İB-nin nümayəndəsi Ömərov Ramil Şaiq oğlu qarşılıqlı iddia ərizəsində tələbini belə əsaslandırmışdır ki, Cavabdeh Ağsu X2 idarəsinin Göyçay Xidmət sahəsinin mütəxəssisləri xx.xx.2020-ci il tarixdə iddiaçının yaşadığı evdə quraşdırılmış məişət qaz sayğacını götürərək növbədənkənar yoxlamaya göndərmişlər. Bununla bağlı xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Mənzildən açılmış ELSTER G-4 markalı ******* nömrəli qaz sayğacı növbədənkənar yoxlamaya göndərilmiş, tərtib edilmiş akta əsasən sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin Akta əsasən iddiaçının evində istifadə etdiyi qaz işlədici avadandıqlar və onların parametrlərinə dair xx.xx.2020-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktı tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin aktlara əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İddiaçı abonent koduna 2160 m3 – 216 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Bundan başqa hazırda İddiaçı qazdan istifadəyə görə 592.80 manat olmaqla, ümumilikdə 808.80 manat borcu vardır. Buna görə də ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus Göyçay rayonunun Potu-Şıxlı kəndində yerləşən fərdi yaşayış evindən qaz sayğacı sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edildiyi üçün yeni qaz sayğacı ilə əvəz edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən Göyçay rayonunun Potu-Şıxlı kəndində fərdi yaşayış evinə quraşdırılan qaz sayğacı çıxarılaraq yoxlamaya aparılmış, yoxlama zamanı sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. Məhkəməyə təqdim edilmiş Cavabdeh Ağsu RQİİ Göyçay Xidmət Sahəsinin xx.xx.2020-ci il tarixli bildirişindən görünür ki, abonent İddiaçı 216 manat dəyərində itirilmiş qazın həcmi hesablanmış, ümumilikdə xx.xx.2020-ci il tarixə Göyçay Xidmət Sahəsinə 627.60 manat qaz pulu borcu olduğu qeyd edilir. Həmçinin 68 manat sayğacın dəyəri tərəfindən ödənilməli olduğu bildirilmişdir. İddiaçı həmin borcu 5 (beş) gün müddət ərzində ödəməsi xəbərdarlıq edilmiş, əks təqdirdə mənzilinə təbii qazın verilişinin dayandırılacağı bildirilmişdir. Cavabdeh” İB tərəfindən İddiaçı 216 manat məbləğində dəymiş zərər hesablanmışdır. İddiaçı adına tərtib edilmiş abonentin saldosundan görünür ki, İddiaçı ümumilikdə qazdan istifadəyə görə 808.80 manat borcu olduğu qeyd edilmişdir. Həmin borcun 216 manatı itirilmiş qazın bərpası üçün hesablanmış vəsait, 592.80 manat isə aylar üzrə qazdan istifadəyə görə yaranmış borcdur. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından göründüyü kimi tərəflər arasında təbii qazdan istifadə qaydaları ilə bağlı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların: 6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: 6.1.1. istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.3. istehlakçının qaz qurğusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.5. qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda; 6.1.6. məhkəmənin qərarı ilə; Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh İB-i arasında təbii qazın istifadəsinə dair müqavilə bağlanmış, İddiaçı həmin müqavilə əsasında yaşadığı Göyçay rayonunun Potu-Şıxlı kəndində qazdan istifadə etmiş, quraşdırılmış sayğac götürülərək yoxlamaya göndərilmiş, həmin vaxt qaz sayğacı yenisi ilə əvəz edilmiş və buna görə İddiaçı 68 manat məbləğində pul hesablanmışdır. Tərtib edilmiş xx.xx.2020ci il tarixli Akta əsasən İddiaçı evində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair invertar aktı tərtib edilmişdir. Həmin akta əsasən 216 manat məbləğində itirilmiş qazın dəyəri ziyan kimi və 68 manat yeni sayğacın dəyəri hesablanaraq İddiaçı abonent koduna vurulmuşdur. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB cavabdeh İddiaçı dəymiş zərərin əvəzinin ödənilməsini və yeni sayğacın quraşdırılması üçün pul tələb etməkdə haqlı deyildir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə İddiaçı cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Hazırkı vəziyyətdə qaz sayğacının iddiaçının təqsirli hərəkətləri nəticəsində sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunması müəyyən edilməmişdir. Eyni zamanda Cavabdeh İB-in nümayəndəsi qaz sayğacının İddiaçı təqsirli hərəkətləri nəticəsində sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edilməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Sayğacda aşkar edilmiş qüsurların istehlakçının təqsirli hərəkətləri nəticəsində yarandığı müəyyən edilmədiyi halda, kifayət qədər əsas olmadan itirilmiş qazın bərpası üçün hesablanmış maddi ziyanın İddiaçı tutulması qərara alınmışdır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ilkin iddia üzrə Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı hesablanmış 216 manat borc məbləği və yeni quraşdırılmış sayğaca görə 68 manat pul silinməli, qarşılıqlı iddia qismən təmin olunmalı, İddiaçı 592.80 manat istehlak edilmiş qazın dəyəri alınaraq Cavabdeh İB-nə verilməli, qalan hissədə iddia və qarşılıqlı iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qarşılıqlı iddia tələbi qismən təmin olunduğuna görə iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı cavabdeh İddiaçı alınaraq Cavabdeh İB-nə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı abonent koduna hesablanmış 216 manat borc məbləği və yeni quraşdırılmış sayğaca görə 68 manat pul silinsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı qazdan istifadəyə görə hesablanmış 592.80 manat alınaraq Cavabdeh İB-nin hesabına ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı cavabdeh İddiaçı alınaraq Cavabdeh İB-nə ödənilsin. Qətnamənin ilkin iddia üzrə icrası, yəni 216 manat məbləğində borc və sayğaca görə hesablanmış 68 manat hissədə cavabdehin hüquqi ünvanının olduğu yer üzrə Bakı şəhəri Xətai İcra və Probasiya Şöbəsinə, qarşılıqlı iddia üzrə icrası, yəni qazdan istifadəyə görə yaranmış 592.80 manat hissədə cavabdehin yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-853/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-853/2020
26.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver