Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-854/2021 18.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2nə qarşı «akta əsasən hesablanmış pulun hesabdan silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Göyçay rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2nə qarşı «akta əsasən hesablanmış pulun hesabdan silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 yanvar 2021-ci il tarixli 206855 nömrəli akt nəticəsində hesablanmış 1.141 manat borcun iddiaçı X3 **********00897 nömrəli abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 26 yanvar 2021-ci il tarixli 206855 nömrəli akta əsasən hesablanmış 1.129 manat borcun onun **********00897 nömrəli abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Göyçay rayonu Potu kəndində yaşayır. Potu kəndi ərazisində özünə məxsus fərdi yaşayış evinə elektrik xətti çəkdirmiş, abonent kodu almış və cavabdehlə bu barədə müqavilə bağlamışdır. Vaxtlı-vaxtında Cavabdeh2 əməkdaşının sayğaca baxış keçirdikdən sonra ona təqdim etdiyi bildirişə uyğun olaraq X2yə görə ödənişlər etmişdir. Bildirmək istəyir ki, cavabdeh "xxxx" ASC-nin və Cavabdeh2 əməkdaşları tərəfindən barəsində 26 yanvar 2021-ci il tarixli 206855 nömrəli akt tərtib edilmiş, qanunsuz olaraq istifadə olunmuş elektrik enerjisinə görə cərimə hesablanmış və ona təqdim olunan bilidirişdə (**********00897) abonent kodunun qarşısına 1.141 manat borc yazılmışdır. Hesab edir ki, hazırkı iddia ərizəsinə əsasən cavabdehlər tərəfindən tərtib edilmiş 26 vanvar 2021-ci il tarixli 206855 nömrəli akt əsasında hesablanmış 1.141 manat pul hesabından silinməlidir. Belə ki, cavabdeh təşkilat tərəfindən ona ünvanlanmış məktuba əlavə edilmiş aktda qeyd olunur ki, ona məxsus fərdi yaşayış evinə verilən elektrik enerjisini qeyd edən sayğacın alt qapaq möhürü şübhəlidir. Sayğacın qeyd etdiyi yüklə faktiki yük arasında kəskin fərq vardır. Bu əsasa görə cavabdeh təşkilat tərəfindən akt tərtib edilmiş və istifadə olunmuş elektrik enerjisinə görə cərimə hesablanmış və ona təqdim olunan bilidirişdə (**********00897) abonent kodunun qarşısına 1.141 manat borc yazılmışdır. İlk əvvəl qeyd edir ki, evinə keçən elektrik enerjisini qeyd edən sayğac enerji təchizatı müəssisəsinin cavabdehlik daşıdığı ərazidə quraşdırıldığından sayğacla əlaqəli nöqsan və çatışmazlıqlardan ötrü istehlakçı məsuliyyət daşıya bilməz. Bu səbəbdən hesab edir ki, onun tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, onun təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, ona əlavə pul hesablanması yolverilməzdir. Cavabdeh2 əməkdaşının 13.02.2021-ci il tarixdə sayğaca baxış keçirdikdən sonra ona təqdim etdiyi bildirişdə onun X2yə gorə olan qalıq borcunun (17.01.2021-ci il tarixdə 30 manat məbləğində ödəniş həyata keçirildikdən sonra) 31 manat 57 qəik kimi göstərilmişdir. 10 gün sonra ona məktub göndərilmiş, məktubda 1.141 manat borcunun olması, həmin borcun 26 fevral 2021-ci il tarixədək ödənilmədiyi təqdirdə heç bir xəbərdarlıq edilmədən ona məxsus fərdi yaşayış evinə verilən elektrik enerjisinin dayandırılacağı qeyd edilmişdir. Yaşadığı evdə soyuducu, televizor və otaqlarda işıqlandırmadan başqa X2 etmir, evdə sadaladığı məişət cihazlarından başqa heç bir əlavə cihazdan istifadə etmir. Uzun müddətdir ki, yaşadığı evdə ayda 30-40 manat dəyərində elektrik enerjisi sərf edilir. Lakin hər ay ödəniş etdiyi halda birdən-birə yaşadığı evə verilən elektrik enerjisinə görə 1.141 manat borcunun olması anlaşılan deyil. Qeyd etməyi vacib bilir ki, «Mərkəzi Aran» RETSİnin cavab məktubunda cavabdeh Potu kəndi ərazisində ona məxsus fərdi yaşayış evində quraşdırılmış sayğacda qüsurun olmasına baxmayaraq aktda iddiaçının sayğacdan kənar şəkildə X2 etməsi, yaxud da sayğacın göstəricilərinin işləməməsi barədə heç bir fikir ifadə edilmir. Belə olan halda qeyd edilməlidir ki, sayğacda hər hansı bir qüsurun olması bunun bütün hallarda istehlakçının elektrik enerjisindən sayğacdan kənar istifadə etməsi nəticəsinə gəlməyə əsas vermir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC məhkəməyə iddiaya etiraz göndərərək, göstərmişdir ki, İddiaçı "xxxx" ASC-yə qarşı akt nəticəsində hesablanmış pulun hesabdan silinməsi tələbinə dair iddiasını aşağıdakı səbəblərdən qanunsuz və əsassız hesab edir. Belə ki, 21 fevral 2020-ci il tarixdə "xxxx" ASC-nin təsis etdiyi «Mərkəzi Aran» RETSİ-nin struktur tərkibində fəaliyyət göstərən Göyçay EŞ-nin əməkdaşları Aydın Balaşov və Elşən Ədilov tərəfindən saat 17:50-18:45 radələrində Cavabdeh2 xidməti ərazisinə daxil olan Potu kəndində yaşayan və fəaliyyət göstərən elektrik enerjisi istehlakçıları (məişət abonentləri) tərəfindən X1ydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən İddiaçı da yaşadığı fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış keçirilən zaman sayğacın alt qapaq möhürünün şübhəli olduğu, sayğacın qeyd etdiyi yüklə faktiki yük arasında kəskin fərq olduğu müəyyən edilmişdir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Göyçay EŞ-nin Poroqram bazasında **********00897 saylı istehlakçı kodu ilə qeydiyyatda olan İddiaçı barəsində «X1ydaları»nın pozulması haqqında R seriyalı 206855 saylı akt tərtib edilmişdir. Aktın «Pozuntunun qısa məzmunu» hissəsində sayğacın giriş-çıxışından ölçülən yükün Pfakt= 4,4 Kvt təşkil etdiyi barədə qeydiyyat aparılmışdır. Enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən pozuntu faktının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. Aktın «tələb» hissəsində «Sayğac yenisi ilə əvəz edilsin, çıxarılan sayğacın bütün parametrlərinə laboratoriya şəraitində rəy verilsin» qeydiyyatı aparılmışdır. Akt enerjitəchizatı müəssisəsinin əməkdaşları Aydın Balaşov, Elşən Ədilov və Ələddin Muradov tərəfindən imzalanmışdır. İddiaçı sayğaca baxış keçirilməsində və aktın tərtibatında iştirak etmiş nümayəndəsi Sərkar Əfəndiyev akta imza etməkdən imtina etmişdir. Onun akta imza etməkdən imtina etməsi barədə enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən aktın müvafiq hissəsində imza edilməklə qeydiyyat aparılmışdır. «Mərkəzi Aran» RETSİ-nin Sayğacquraşdırma bölməsinin Göyçay EŞ-si üzrə texniki A.Məmmədov tərəfindən 26.01.2021-ci il tarixdə iddiaçının yaşadığı evdə istismarda olmuş VİKO-M 580 DBOT tipli, zavod nömrəsi ******* olan elektrik hesablama sayğacı yeni M 550 tipli zavod nömrəsi 18780129 olan elektrik hesablama sayğacı ilə əvəz edilərək iddiaçının istifadəsinə verilmişdir. Sayğacın dəyişdirilməsi barədə 26.01.2021-ci il tarixli «məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında» ******* №-li Protokol tərtib edilərək A.Məmmədov və İddiaçı tərəfindən imzalanmışdır. Protokolun «qeyd» hissəsində 206855 saylı akta əsasən sayğac yenisi ilə əvəz olundu. Çıxarılan sayğac paketə qoyuldu, ******* saylı möhürlə möhürləndi, 27.01.2021-ci il tarixdə 16:00-a kimi laboratoriyada iştirak edə bilərsiniz. ***-***-**-**» qeydiyyatı aparılmışdır. Qüsurlu elektrik hesablama sayğacı 16 fevral 2021-ci il tarixdə «Mərkəzi Aran» RETSİ-nin Sayğacquraşdırma bölməsində Laboratoriya şəraitində yoxlanılaraq «Sayğacların və cəryan transformatorlarının yoxlanılması» barədə 212255 saylı protokol tərtib edilmişdir. Protokolun «Yoxlamanın nəticəsi» hissəsində «Sayğac stentdə 4,3 «A» yük verildi, sayğac isə 1,1 «A» yük qeyd edir Xəta 74 %», «yoxlama zamanı aşkar olunan qüsurlar hissəsində» isə «Sayğacın zavod möhürləri müdaxiləlidir (Çıxarılıb və yenisi ilə dəyişilib) mikrosxemə müdaxilə olunub. Sayğac keçən yükü 74 % xəta ilə qeyd etdiyi» qeydiyyatları aparılmışdır. İddaçı İddiaçı sayğacın yoxlanılmasında iştirak etməmişdir. «Mərkəzi Aran» RETSİ-də fəaliyyət göstərən «Aktlar üzrə Komissiya» tərəfindən 21.11.2020-ci il tarixli R seriyalı 206855 saylı akta əsasən «Sayğacın möhürlərinə müdaxilə olunduğu və sayğac keçən yükü 74 % xəta ilə qeyd etdiyi üçün» yenidən hesablama aparılaraq dəyəri 1.129 manat 92 qəpik təşkil edən 10272 kvt.saat miqdarında itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Hesablama aşağıdakı qaydada aparılmışdır: W=(17548-13939) x 74 %/26%=10272 Kvts 10272x0,11=1129,92 man. Bildirir ki, İddiaçı barəsində «EEİQ»-nin tələblərinə uyğun olaraq akt tərtib edilərkən və həmin akt əsasında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılarkən ona qarşı hər-hansı bir hüquqa zidd və qərəzli hərəkətlərə yol verilməmişdir. Belə ki, «X1ydaları»nın 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X2 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X2yə görə yenidən hesablaşma aparmağa borcludur. Göstərilənlərə əsasən hesab edir ki, İddiaçı iddia tələbi əsassızdır və buna görə də tamamilə rədd olunmalıdır. Cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh2nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı yaşadığı Göyçay rayonu Potu kəndində yerləşən evə (ünvana) verilən elektrik enerjisinin sərfiyyatının hesablanması üçün sayğac quraşdırılmışdır. İddiaçıya **********00897 abonent kodu verilmişdir. 26 yanvar 2021-ci il tarixdə tərtib edilmiş R seriyalı 206855 saylı aktda qeyd olunmuşdur ki, qeyd olunan ünvanda EEİQ-yə riayət olunub-olunmaması yoxlanılması məqsədi ilə elektrik sayğacına baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, sayğacın alt qapaq möhürü şübhəlidir. Sayğacın qeyd etdiyi yüklə faktiki yük arasında kəskin fərq vardır. Sayğacın giriş-çıxışından ölçülən yük hesablanaraq, qeyd edilmişdir. Aktla tələb edilmişdir ki, sayğac yenisi ilə əvəz edilsin, çıxarılan sayğacın bütün parametrlərinə laboratoriyaya şəraitində rəy verilsin. Akt tərtib olunarkən abonentin və hal şahidlərinin iştirakı təmin edilməmişdir. «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «X1ydaları»nın 8.17-ci maddəsinin tələblərinə əsasən istehsalçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qopardıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəhcizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən istehlakçının (məişət abonenti istina olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Həmin Qaydaların 8.32-ci bəndinin tələblərinə görə məişət abonenti (mənzillər üçün hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X2 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verdiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacınının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanılması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X2yə görə yenidən hesablaşma aparmağa borcludur. Qeyd edilən Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İşin faktiki hallarından göründüyü kimi, akt tərtib olunarkən qanunvericiliyin tələbləri pozulmuş, məişət abonentinin və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Bundan başqa, hesablaşma elektrik sayğacı məişət abonentinin cavabdeh olduğu ərazidə, yəni cavabdehin həyətyanı sahəsində, yaxud evin daxilində deyil, fərdi yaşayış evindən kənarda (küçədə) quraşdırıldığı halda, cavabdeh aktda qeyd olunanları əsas gətirərək iddiaçıya itirilmiş enerjiyə görə 1.129 manat 92 qəpik hesablaması əsaslı hesab edilə bilməz. Bu səbəbdən, iddia əsaslı olduğundan təmin edilməli, abonentə əsassız hesablanmış 1.129 manat 92 qəpik borc abonentin kodundan silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 26 yanvar 2021-ci il tarixdə tərtib edilmiş R seriyalı 206855 saylı akta əsasən Göyçay rayonu Potu kəndi ünvanı üzrə abunəçi İddiaçı adına olan **********00897 saylı abunə koduna hesablanmış 1.129 manat elektrik enerjisi borcu əsassız sayılaraq silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 26 yanvar 2021-ci il tarixdə tərtib edilmiş R seriyalı 206855 saylı akta əsasən Göyçay rayonu Potu kəndi ünvanı üzrə abunəçi İddiaçı adına olan **********00897 saylı abunə koduna hesablanmış 1.129 manat elektrik enerjisi borcu əsassız sayılaraq silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-854/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-854/2021
18.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver