Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-863/2021 19.10.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı Cavabdeh İB-nin qarşı əsassız hesablanmış cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 19.10.2021-ci il tarixdə Göyçay şəhərində açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Azəriqaz İB-nin ona qarşı əsassız hesablanmış cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər 19.10.2021-ci il tarixə təyin edilmiş məhkəmə baxışına çağırılmalarına baxmayaraq gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə mülki iş baxılmamış saxlanılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA A L D İ: İddiaçı Cavabdeh İB-ə qarşı hesablanmış cərimə borcunun silinməsi tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Göyçay rayon məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-863/2021
Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-863/2021
19.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver