Məhkəmə qərarları › İş №2(046)-87/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-87/2022

08.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-87/2022 08.02.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş protokola əsasən ona hesablanmış 995.87 manat pulun abonent hesabından silinməsina dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanda yaşayır, ünvan 1ektrik xətti çəkdirmiş, abonent kodu almış və cavabdehlə bu barədə müqavilə bağlamışdır. Cavabdeh "xxxx" ASC-nin və Cavabdeh2 əməkdaşları tərəfindən barəsində 19 fevral 2021-ci il tarixli, 212267 nömrəli protokol tərtib edilmiş, qanunsuz olaraq istifadə olunmuş elektrik enerjisinə görə cərimə hesablanmış və ona təqdim olunan bilidirişdə (**********07255) abonent koduna qarşısına 995.87 manat borc yazılmışdır. Cavabdeh təşkilat tərəfindən ona təqdim edilmiş protokolda qeyd olunur ki, ona məxsus fərdi yaşayış evinə verilən elektrik enerjisini qeyd edən sayğacın möhürü yoxdur, gövdənin üst tərəfindən üst qapaqla korpusun arasından və hesab mexanizminin rəqəmlərində müdaxilə izləri aşkar olunub. Bu əsasa görə cavabdeh təşkilat tərəfindən protokol tərtib edilmiş və istifadə olunmuş elektrik enerjisinə görə cərimə hesablanmış və ona təqdim olunan bilidirişdə (**********07255) abonent kodumun qarşısına 995.87 manat borc yazılmışdır. İlk əvvəl qeyd edir ki, evinə keçən elektrik enerjisini qeyd edən sayqac enerji təchizatı - müəssisəsinin cavabdehlik daşıdığı ərazidə quraşdırıldığından sayğacla əlaqəli nöqsan və çatışmazlıqlardan ötrü istehlakçı məsuliyyət daşıya bilməz. Cavabdeh2 əməkdaşının 09.03.2021-ci il tarixdə sayğaca baxış keçirdikdən - sonra ona təqdim etdiyi bildirişdə elektrik enerjisindən istifadəyə gorə olan qalıq borcunun (17.02.2021-ci il tarixdə 10 manata- məbləğində ödəniş həyata keçirildikdən sonra) 14.73 manat kimi göstərilmişdir. Həmin vaxtdan 1 ay sonra mənə bildiriş təqdim edilmiş, bildirişdə 995.87 manat borcu olması, həmin borcun qanun yeridiklə - müəyyən edilmiş müddətdə ödənilmədiyi təqdirdə ona məxsus fərdi yaşayış evinə verilən elektrik enerjisinin dayandırılacağı qeyd edilmişdir. Yaşadığı evdə soyuducu, televizor və otaqlarda işıqlandırmadan başqa, elektrik enerjisindən istifadə etmir. Buna görə də tələbinin təmin edilməsin xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək göstərmişdir ki, İddiaçı 19 fevral 2021-ci il tarixli,212267 nömrəli protokol nəticəsində hesablanmış 995,87 (doqquz yüz doxsan beş manat,səksən yeddi qəpik) manat borcun İddiaçı **********07255 №-li abonent hesabından silinməsi tələbinə dair” iddiasını aşağıdakı səbəblərdən qanunsuz və əsassız hesab edir, belə ki, 19.02.2021-ci il tarixidə “Mərkəzi Aran” RETSİnin Sayğacquraşdırma bölməsinin Cavabdeh2 üzrə texniki Tahirov.E tərəfindən İddiaçı məxsus fərdi yaşayış evində istismarda olmuş ÜG 68 07 tipli, zavod nömrəsi ********* olan elektrik hesablama sayğacı yeni M 550 tipli, zavod nömrəsi 18732045 olan elektrik hesablama sayğacı ilə əvəz edilmişdir. Elektrik hesablama sayğacının yenisi ilə əvəz edilməsi barədə “Məişət istehlakçıları”nda sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında ******* №- li Protokol tərtib edilərək Göyçay EŞ-nin texniki Tahirov.E tərəfindən imzalanmışdır. Çıxarılan elektrik hesablama sayğacının Laboratoriya şəraitində yoxlanışa göndərilməsi və abonentin həmin yoxlamada iştirak etməsi E.Tahirov tərəfindən İddiaçı izah edilmişdir. Sayğacın “qeyd” hissəsində “yarım elektron tipli sayğac çıxarıldı,yeni elektron sayğacla əvəz olunmuş, qeydiyyatı aparılmışdır. Göstərilən elektrik hesablama sayğacı 19 fevral 2021-ci il tarixdə “Mərkəzi Aran” RETSİ-nin Sayğac quraşdırma bölməsinin Laboratoriyasında yoxlanılmışdır. İddiaçı sayğacın yoxlanışında iştirak etməmişdir.Yoxlama zamanı “Sayğacın DSM möhürü yoxdur.Gövdənin üst tərəfindən üst qapaqla korpusun arasında və hesab mexanizminin rəqəmlərində müdaxilə izləri aşkar olunmuşdur. “Mərkəzi Aran” RETSİ-də fəaliyyət göstərən “Aktlar üzrə Komissiya” tərəfindən “qüsur aşkar edilməsi barədə” tərtib olunmuş “Sayğacların və cərəyan transformatorlarının yoxlanması”na dair 212267 №-li Protokola əsasən yenidən hesablama aparılaraq dəyəri 996,14 manat təşkil edən 9274 kvt.saat miqdarında itilmiş elektrik enerjisi bərpa edilmişdir. Hesablamalar aparılmışdır. P=9,2 Kvt ,W=9,2 Kvt x 24s x 60 g x 0,07=9274 Kvts 600 Kvts x 07= 42 man 8674 Kvts x 0,11=954,14 man Cəmi: 42 man+954,14 man=996,14 man. “EEİQ”-nın 7.6-cı bəndinin tələblərinə əsasən “Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.” İddiaçı elektrik enerjisindən istifadəyə görə hesabat aparılarkən Enerjitəchizatı müəssisə tərəfindən ona qarşı hər-hansı bir hüquqa zidd və ya qərəzli hərəkətlərə yol verilməmişdir. Hesabat “Qaydalar”ın tələblərinə uyğun olaraq düzgün aparılmışdır. Belə ki, “EEİQ”-nın“ 8.32-ci bəndində "Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Buna görə də iddianın rədd edilməsin xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş ******* saylı Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi yoxlanılması və quraşdırılması haqqında protokoldan görünür ki, İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evini elektrik enerjisi ilə təmin edən DG6808 tipli, 60065491 zavod nömrəli sayğac, MP560 tipli, 18732045 zavod nömrəli sayğac ilə əvəz edilmişdir. Məhkəməyə təqdim edilmiş Sayğacların və cərəyan transformatorların yoxlanması haqqında 212267 saylı protokoldan görünür ki, DG6808 tipli, 60065491 zavod nömrəli sayğac laboratoriya şəraitində yoxlanılmış, sayğacın DSM möhürü olmamış, Sayğacın DSM möhürü yoxdur.Gövdənin üst tərəfindən üst qapaqla korpusun arasında və hesab mexanizminin rəqəmlərində müdaxilə izləri aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın (bundan sonra Qaydalar) 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus Göyçay şəhəri Vidadi küçəsi 5 saylı evdə yerləşən DG6808 tipli, 60065491 zavod nömrəli sayğac 01.02.2021ci il tarixdə yenisi ilə əvəz edilmiş, bu barədə müvafiq protokol tərtib edilmişdir. DG6808 tipli, 60065491 zavod nömrəli sayğac 19.02.2021-ci il tarixdə laboratoriya şəraitində araşdırılmış, sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması zamanı məişət abonenti olan İddiaçı iştirakı təmin edilməmiş və ikitərəfli aktla sənədləşdirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Buna görə də məhkəmə hesab edir ki, "xxxx" ASC-nin elektrik enerjisindən istifadə Qaydalarının pozulmasını əsas götürərək İddiaçı 995.87 manat ziyan tələb etməkdə haqlı deyildir. İddiaçı hesablanmış 995.87 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin İddiaçı elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 19.02.2021-ci il tarixli 212267 saylı protokola əsasən hesablanmış 995.87 manat borc pul silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay rayon məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar