Məhkəmə qərarları › İş №2(046)-873/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-873/2022

15.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-873/2022 15.08.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (arvadı) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı cərimə borcunun və 68 manat məbləğində sayğacın dəyərinin silinməsi tələbinə və qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ağsu X2 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akta əsasən ona hesablanmış 216 manat cərimənin və yeni qaz sayğacına görə hesablanmış 68 manatın silinməsi barədə qətnamə edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq cavabdehdən evində istifadə olunmuş təbii qaza görə yaranmış 202.74 manat borc məbləğinin, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 216 manat itirilmiş qazın dəyərinin və ödənilmiş 30 manat dövlət rüsumun, 0.40 manat xidmət haqqı tutularaq Cavabdeh İB-in hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İlkin iddia üzrə iddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay şəhəri S.Vurğun küçəsində yaşayır. Fərdi yaşayış evinə Cavabdeh İB-nin əməkdaşları evinə quraşdırılmış qaz sayğacını aparmış və bu barədə akt tərtib etmişlər. Evindən çıxarılmış sayğac dövlət yoxlanılmasına göndərilmiş, sayğaca kənar müdaxilə olduğu aşkar edilmişdir. Buna görə də 216 manat məbləğində cərimə edilmiş və 68 manat yeni sayğacın dəyəri hesablanmışdır. Halbuki, sayğaca heç bir müdaxilə etməmişdir. Buna görə də iddianın təmin olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi elə əsaslandırmışdır ki, Cavabdeh Ağsu X2 idarəsinin Göyçay Xidmət sahəsinin mütəxəssisləri iddiaçının yaşadığı evdə quraşdırılmış məişət qaz sayğacını götürərək növbədənkənar yoxlamaya göndərmişlər. Bununla bağlı akt tərtib edilmişdir. Evdən açılmış qaz sayğacı növbədənkənar yoxlamaya göndərilmiş, sayğaca kənar müdaxilə edildiyi aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin Akta əsasən iddiaçının evində istifadə etdiyi qaz işlədici avadandıqlar və onların parametrlərinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktı tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin aktlara əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İddiaçı abonent koduna 2160 m3 – 216 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Bundan başqa hazırda İddiaçı qazdan istifadəyə görə 202.74 manat borcu vardır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İş üzrə ilkin İddiaçı nümayəndəsi (arvadı) Nümayəndə ilkin iddianı müdafiə etmiş, qarşılıqlı iddianı isə qismən qəbul etmiş, ona görə ki, cavabdehə qazdan istifadə etdiyinə görə yaranmış borcunu ödəyəcəyinə öhdəsinə götürür. Buna görə də iddianın təmin, qarşılıqlı iddianın isə qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ilkin iddia tam, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: Məhkəməyə təqdim edilmiş Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus Göyçay şəhəri S.Vurğun küçəsində yerləşən fərdi yaşayış evindən qaz sayğacına müdaxilə edildiyi aşkar edildiyi üçün, qaz sayğacı dövlət yoxlamasına göndərilmiş. Məhkəməyə təqdim edilmiş ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları istehlakçı İddiaçı məxsus Göyçay şəhəri S.Vurğun küçəsində yerləşən fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğaca kənar müdaxilə edildiyi aşkar edilmişdir Məhkəməyə təqdim edilmiş Cavabdeh Ağsu RQİİ Göyçay Xidmət Sahəsinin xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, abonent İddiaçı 216 manat dəyərində itirilmiş qazın həcmi hesablanmış, həmçinin 68 manat sayğacın dəyəri tərəfindən ödənilməli olduğu bildirilmişdir. İddiaçı həmin borcu 5 (beş) gün müddət ərzində ödəməsi xəbərdarlıq edilmiş, əks təqdirdə evinə təbii qazın verilişinin dayandırılacağı bildirilmişdir. İddiaçının adına tərtib edilmiş abonentin saldosundan görünür ki, İddiaçının 216 manatı itirilmiş qazın bərpası üçün hesablanmış vəsait, 202.74 manat isə aylar üzrə qazdan istifadəyə görə yaranmış borcdur. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların: 6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: 6.1.1. istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.3. istehlakçının qaz qurğusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.5. qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda; 6.1.6. məhkəmənin qərarı ilə; “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il № 80 saylı Qərarının 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq "affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki,İddiaçı ilə Azəriqaz İB-i arasında təbii qazın istifadəsinə dair müqavilə bağlanmış, İddiaçı həmin müqavilə əsasında yaşadığı evdə qazdan istifadə etmiş, quraşdırılmış sayğac götürülərək yoxlamaya göndərilmiş, həmin vaxt qaz sayğacı yenisi ilə əvəz edilmiş və buna görə İddiaçı 65 manat məbləğində pul hesablanmışdır. Tərtib edilmiş akta əsasən İddiaçı evində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair invertar aktı tərtib edilmişdir. Həmin akta əsasən 216 manat məbləğində itirilmiş qazın dəyəri ziyan kimi hesablanaraq İddiaçı abonent koduna vurulmuşdur. Buna görə də İddiaçı yaşayış sahəsinə quraşdırılmış qaz sayğacının həyətindən kənarda quraşdırıldığı və heç bir müvafiq örtüklə örtülmədiyi müəyyən edilmişdir. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə İddiaçı cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan qarşılıqlı iddia üzrə iddiaçı özü daşıyır. Hazırkı vəziyyətdə qaz sayğacının ilkin iddia üzrə iddiaçının təqsirli hərəkətləri nəticəsində sayğacda qüsurların aşkar olunması müəyyən edilməmişdir. Eyni zamanda qaz sayğacının İddiaçı təqsirli hərəkətləri nəticəsində sayğacın istismara yararsız olması barədə heç bir mötəbər sübut müəyyən olunmamışdır. Sayğacda aşkar edilmiş qüsurların istehlakçının təqsirli hərəkətləri nəticəsində yarandığı müəyyən edilmədiyi halda, kifayət qədər əsas olmadan itirilmiş qazın bərpası üçün hesablanmış maddi ziyanın İddiaçı tutulması, yeni qaz sayğacının İddiaçı oğlunun vəsaiti hesabına quraşdırılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB cavabdeh İddiaçı dəymiş zərərin əvəzinin ödənilməsini və yeni sayğacın quraşdırılması üçün pul tələb etməkdə haqlı deyildir Bundan başqa Məhkəmə hesab edir ki, İddiaçı qazdan istifadəyə görə aylar üzrə Cavabdeh İB-nə ödənilməmiş 202.74 manat alınaraq Cavabdeh İB-nə verilməsinə dair qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ilkin iddia təmin edilməli, Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı hesablanmış 216 manat borc məbləği və yeni quraşdırılmış sayğaca görə 65 manat pul silinməli, qarşılıqlı iddia qismən təmin olunmalı, İddiaçı 202.74 manat dəyərində istehlak edilmiş qazın dəyəri alınaraq Cavabdeh İB-nə verilməli, qalan hissədə qarşılıqlı iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qarşılıqlı iddia tələbi qismən təmin olunduğuna görə iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı İddiaçı alınaraq Cavabdeh İB-nə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlkin iddia təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı abonent koduna hesablanmış 216 manat məbləğində borc və yeni quraşdırılmış sayğaca görə 68 manat məbləğində pul silinsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı qazdan istifadəyə görə 202.74 məbləğində pul alınaraq Cavabdeh İB-nin hesabına ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı İddiaçı alınaraq Cavabdeh İBnə ödənilsin. Qətnamənin ilkin iddia üzrə icrası, yəni 216 borc və sayğaca görə hesablanmış 68 manat hissədə cavabdehin hüquqi ünvanının olduğu yer üzrə Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə, qarşılıqlı iddia üzrə icrası, yəni qazdan istifadəyə görə yaranmış 202.74 manat, 30 manat dövlət rüsumuna və 0.40 manat xidmət haqqına dair hissədə cavabdehin yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar