Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-892/2021 17.06.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh İB-in nümayəndəsi X2 iştirakı ilə, cərimə borcunun silinməsi tələbinə və qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Göyçay şəhərində 17 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ağsu X3 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akta əsasən onun hesablanmış 72 manat cərimənin silinməsi barədə qətnamə edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq cavabdehdən evində istifadə olunmuş təbii qaza görə yaranmış 218.1 borc məbləğinin, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 72 manat itirilmiş qazın dəyərinin və ödənilmiş 20 manat dövlət rüsumun, 40 qəpik xidmət haqqı tutularaq Cavabdeh İB-in hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin müdafiə və qarşılıqlı iddianı isə qismən qəbul edərək tələbi belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır, Cavabdeh İB Göyçay rayon şöbəsinin əməkdaşları evinə quraşdırılmış sayğacı yenisi ilə əvəz etmişlər və barədə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31.08.2020-ci il tarixdə akt tərtib etmişlər. Bundan sonra 23.09.2020-ci il tarixdə dəymiş ziyan barədə ona bildiriş verilmiş, ondan 72 manat ödəniş tələb edilmişdir. Onun tərəfindən qaz sayğacına heç bir müdaxilə edilməmişdir. Qaz sayğacı evindən kənarda yerləşir. Qarşılıqlı iddianı isə qismən qəbul edir, ona görə ki, cavabdehə qazdan istifadə etdiyinə görə yaranmış borcunu ödəyəcəyinə öhdəsinə götürür. Buna görə də iddianın təmin qarşılıqlı iddianın isə qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İB qarşılıqlı iddia ərisəzində tələbini belə əsaslandırmışdır, Cavabdeh Ağsu X3 idarəsinin Göyçay Xidmət sahəsinin mütəxəssisləri iddiaçının yaşadığı evdə quraşdırılmış məişət qaz sayğacını götürərək növbədənkənar yoxlamaya göndərmişlər. Bununla bağlı 16.03.2020-ci il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Evdən açılmış ELSTER-G4 markalı ******* nömrəli qaz sayğacı növbədənkənar yoxlamaya göndərilmiş, tərtib edilmiş 31.08.2020-ci il akta əsasən sayğacın keçən qazın sərfini qeyd etmədiyi aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin Akta əsasən iddiaçının evində istifadə etdiyi qaz işlədici avadandıqlar və onların parametrlərinə dair 31.08.2020-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktı tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin aktlara əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İddiaçı abonent koduna 720 m3 – 72 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Bundan başqa hazırda İddiaçı qazdan istifadəyə görə 218.1 olmaqla, ümumilikdə 290.1 manat borcu vardır. Buna görə də ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 16.03.2020-ci il tarixli aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qaz sayğacı yeni qaz sayğacı ilə əvəz edilmişdir. Məhkəməyə təqdim edilmiş 31.08.2020-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən ünvan 1 ünvanında quraşdırılan qaz sayğacı çıxarılaraq yoxlamaya aparılmış, yoxlama zamanı sayğacın keçən qazın sərfini qeyd etmədiyi aşkar olunmuşdur. Məhkəməyə təqdim edilmiş Cavabdeh Ağsu RQİİ Göyçay Xidmət Sahəsinin 23.09.2020-ci il tarixli bildirişindən görünür ki, abonent İddiaçı 72 manat dəyərində itirilmiş qazın həcmi hesablanmış, ümumilikdə 23.09.2020-ci il tarixə Göyçay Xidmət Sahəsinə 150.6 manat qaz pulu borcu olduğu qeyd edilmişdir. İddiaçı həmin borcu 5 (beş) gün müddət ərzində ödəməsi xəbərdarlıq edilmiş, əks təqdirdə mənzilinə təbii qazın verilişinin dayandırılacağı bildirilmişdir. İddiaçı adına tərtib edilmiş abonentin saldosundan görünür ki, İddiaçı ümumilikdə qazdan istifadəyə görə 290.1 manat borcu olduğu qeyd edilmişdir. Həmin borcun 72 manatı itirilmiş qazın bərpası üçün hesablanmış vəsait, 218.1 isə qazdan aylar üzrə qazdan istifadəyə görə yaranmış borcdur. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ilkin iddia tam, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından göründüyü kimi tərəflər arasında təbii qazdan istifadə qaydaları ilə bağlı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların: 6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: 6.1.1. istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.3. istehlakçının qaz qurğusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.5. qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda; 6.1.6. məhkəmənin qərarı ilə; Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh İB-i arasında təbii qazın istifadəsinə dair müqavilə bağlanmış, İddiaçı həmin müqavilə əsasında yaşadığı ünvan 1 ünvanında qazdan istifadə etmiş, quraşdırılmış sayğac götürülərək yoxlamaya göndərilmiş, həmin vaxt qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Tərtib edilmiş 31.08.2020-ci il tarixli Akta əsasən İddiaçı evində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair invertar aktı tərtib edilmişdir. Həmin akta əsasən 72 manat məbləğində itirilmiş qazın dəyəri ziyan kimi hesablanaraq İddiaçı abonent koduna vurulmuşdur. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB cavabdeh İddiaçı dəymiş zərərin əvəzinin ödənilməsini üçün pul tələb etməkdə haqlı deyildir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sənədlərlə İddiaçı yaşayış sahəsinə quraşdırılmış qaz sayğacının həyətindən kənarda quraşdırıldığı və heç bir müvafiq örtüklə örtülmədiyi müəyyən edilmişdir. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə İddiaçı cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Hazırkı vəziyyətdə qaz sayğacının iddiaçının təqsirli hərəkətləri nəticəsində sayğacın keçən qazın sərfini qeyd etmədiyi aşkar olunması müəyyən edilməmişdir. Eyni zamanda qaz sayğacının İddiaçı təqsirli hərəkətləri nəticəsində sayğacın keçən qazın sərfini qeyd etmədiyi aşkar olunması barədə heç bir mötəbər sübut müəyyən olunmamışdır. Sayğacda aşkar edilmiş qüsurların istehlakçının təqsirli hərəkətləri nəticəsində yarandığı müəyyən edilmədiyi halda, kifayət qədər əsas olmadan itirilmiş qazın bərpası üçün hesablanmış maddi ziyanın İddiaçı tutulması, yeni qaz sayğacının İddiaçı vəsaiti hesabına quraşdırılması qərara alınmışdır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ilkin iddia təmin edilməli, Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı hesablanmış 72 manat borc məbləği silinməli, qarşılıqlı iddia qismən təmin olunmalı, İddiaçı 218.1 istehlak edilmiş qazın dəyəri alınaraq Cavabdeh İB-nə verilməli, qalan hissədə qarşılıqlı iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qarşılıqlı iddia tələbi qismən təmin olunduğuna görə iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı İddiaçı alınaraq Cavabdeh İB-nə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İlkin iddia təmin edilsin. Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı abonent koduna hesablanmış 72 manat məbləğində borc silinsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı qazdan istifadəyə görə 218.1 manat məbləğində pul və qarşılıqlı iddia üzrə ödənilmiş 20 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı alınaraq Cavabdeh İB-nin hesabına ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamənin ilkin iddia üzrə icrası, yəni 72 manat məbləğində borc hissədə cavabdehin hüquqi ünvanının olduğu yer üzrə Bakı şəhəri Xətai İcra və Probasiya Şöbəsinə, qarşılıqlı iddia üzrə icrası, yəni qazdan istifadəyə görə yaranmış 218.1 manat hissədə cavabdehin yaşadığı ərazi üzrə Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-892/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-892/2021
17.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver