Məhkəmə qərarları › İş №2(046)-894/2022

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-894/2022

30.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-894/2022 30.08.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, cavabdehlər X5, X3 və X14 qarşı miras qalmış əmlakın qəbul edilməsinin müəyyən edilməsi və miras əmlaka dair vərəsəlik hüququnun tanınması tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X6 miras qalmış, ünvan 1 ünvanda yerləşən 1 otaqlı fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı iddianı müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, 23 sentyabr 1988-ci il tarixdə mərhum X15 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikah xx.xx.1988-ci il tarixdə X18, xx.xx.1989-cu il tarixdə X10 və xx.xx.1990-cı il tarixdə Əhmədova (Nəsrullayeva) Səidə Akif qızı doğulmuşdur. Həyat yoldaşı X15 1982-ci ildə Xanım qadınla ailə həyatı qurmuş, həmin nikahdan onlarin xx.xx.1983-cü il tarixdə Cavabdeh anadan olmuşdur. Həsrətin təxminən bir yaşı olan zaman X20 arasında olan nikah pozulmuş, həmin vaxtdan Xanım oğlu Həsrətidə götürərək getmişdir. Həyat yoldaşı X15 xx.xx.2012-cı il tarixdə vəfat etmişdir. Mərhum həyat yoldaşından ünvan 1 ünvanda 1 otaqlı fərdi yaşayış evi miras qalmışdır. Həmin evi mərhum həyat yoldaşı 23 yanvar 1998ci il tarixdə Notariat Kontorunda Vəsiyyətnamə tərtib etdirərək bütün əmlakını, o cümlədən həmin evi ona vəsiyyət etmişdir. Ərinin vəfatından sonra miras evi faktiki idarə etmişdir. Evin kommunal xərclərini ödəmiş, ailə həyatı qurduğu gündən indiyədək həmin evdə yaşayır, oğlu İlkində öz arvad uşağı ilə birlikdə onunla həmin evdə yaşayır. Cavabdeh Həsrətin anası Göyçay rayon Ərəbcəbirli kənd sakini ilə sonradan ailə həyatı quraraq Həsrətlə birlikdə həmin şəxsə məxsus Ərəbcəbirli kəndində yerləşən evdə yaşamışdır, Həsrət orada böyümüşdür və Həsrət həmin evdə Ərəbcəbirli kəndində qeydiyyatdadır. Həyat yoldaşından miras qalmış evi öz adına keçirmək istəyir, oğlu iki qızı buna razıdırlar və etiraz etmirlər. Cavabdeh Həsrətdən isə Notarius təsdiqli imtina ərzəsi ala bilməmişdir. Miras əmlakda təmir-bərpa işləri gördürmüşdür. Vərəsəlik hüququ əldə etmək üçün Göyçay rayon Notariat Kontoruna müraciət edərkən, cavabdehin ərizəsi olmadığı üçün Notarius ona vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Cavabdeh Həsrət ərindan miras qalan evi nə faktiki, nə də notariat kontoruna ərizə verməklə qəbul etməmişdir.Buna görə də iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, X4 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra da həmin evdə yaşamışdır. Hesab edir ki, atasından miras qalmış fərdi yaşayış evindən onunda payı vardır. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş üzrə digər cavabdeh X10məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X4ndan miras qalmış ünvan 2 ünvanda yerləşən 1 otaqlı fərdi yaşayış evindən miras əmlakdan çatası payı qəbul etməmiş, faktiki olaraq idarə etməyə başlamamışdır. Həmin miras əmlakın iddiaçı (anası) İddiaçı tərəfindən qəbul edilməsinə etiraz etmir. İş üzrə digər cavabdeh X7 məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X4ndan miras qalmış ünvan 2 ünvanda yerləşən 1 otaqlı fərdi yaşayış evindən miras əmlakdan çatası payı qəbul etməmiş, faktiki olaraq idarə etməyə başlamamışdır. Həmin miras əmlakın iddiaçı (anası) İddiaçı tərəfindən qəbul edilməsinə etiraz etmir. İş üzrə digər cavabdeh X18 oğlu məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X4ndan miras qalmış ünvan 2 ünvanda yerləşən 1 otaqlı fərdi yaşayış evindən miras əmlakdan çatası payı qəbul etməmiş, faktiki olaraq idarə etməyə başlamamışdır. Həmin miras əmlakın iddiaçı (anası) İddiaçı tərəfindən qəbul edilməsinə etiraz etmir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə baxışının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X12 görünür ki, İddiaçı ilə X15 xx.xx.1988-ci il tarixdə nikah bağlamışlar. Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, X18 xx.xx.1988-ci il tarixdə, X10 xx.xx.1989-cu il tarixdə və Əhmədova (Nəsrullayeva) Səidə Akif qızı xx.xx.1990-cı il tarixdə anadan olmuşlar. Anaları İddiaçı, ataları X11r. E-məhkəmə sistemi çıxarışından görünür ki, Cavabdeh xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. X4, anası X1r. Məhkəməyə təqdim edilmiş Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X15 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Fərdi yaşayış evinin qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanda yerləşən 1 otaqlı fərdi yaşayış evi xx.xx.1987-ci il tarixdə X9 adına dövlət qeydiyyatında alınmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.1998-ci il tarixli vəsiyyətnamənin təsdiq edilmiş surətindən görünür ki, X2 şəhəri Həbibi (keçmiş Sahil) küçəsi 41 saylı ünvanda yerləşən 1 otaqlı fərdi yaşayış evini İddiaçı vəsiyyət etmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Notariat Ofisi tərəfindən Göyçay rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X6 miras qalmış hər hansı bir əmlaka dair vərəsəlik işi açılmamışdır. Məhkəməyə təqdim edilmiş Göyçay RİHB-nın Göyçay şəhər İƏD üzrə Nümayəndəliyi təfərindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X15 yaşadığı müddətdə öhdəsində aşağıda adları göstərilən ailə üzvləri olmuşdur: arvadı - İddiaçı, uşaqları X5, X3, X18 və Cavabdeh. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsi tərəfindən Göyçay rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 2 ünvanda yerləşən 1 otaqlı fərdi yaşayış evinə X9 adına xx.xx.1987-ci il tarixdə 20 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Lakin sözügedə fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X8 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Həmin Konvensiyanın 13-cü maddəsində isə göstərilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Azərbaycan Respublikası MPM-in 4.1 və 4.2-ci maddəsində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri- formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə - vərəsənin mirasın açıldığı yerin notariat orqanına mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşulür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki «ağalıq» edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: məsələn, vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi və sair hallar. Qanunun mənasına görə vərəsə tərəfindən mirasın kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən olunmuş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Miras əmlakın faktiki idarə olunması dedikdə isə - vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o, hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanması üçün xərc çəkilməsi, vergi ödənilməsi və sair hallar aiddir. Eyni zamanda miras əmlakın faktiki cəhətdən qəbulunun təsdiqlənməsinin və sübut edilməsinin böyük əhəmiyyəti vardır. Bu hal müxtəlif orqanlar tərəfindən verilən sənədlərlə təsdiq oluna bilər. Məsələn, miras qoyan ölən anda və miras açılandan sonra vərəsənin miras evdə yaşaması mənzil orqanı tərəfindən verilən müvafiq arayışla təsdiq olunur. Yaxud, miras qoyana məxsus əmlaka görə vərəsənin vergi ödəməsi vergi orqanı tərəfindən verilən arayışla təsdiq oluna bilər və sair. Lakin, yuxarıda qeyd olunduğu kimi, mirasın qəbuluna istər rəsmi, istərsə də faktiki yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə X15 xx.xx.1988-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından xx.xx.1988-ci il tarixdə X18, xx.xx.1989-cu il tarixdə X10 və xx.xx.1990-cı il tarixdə Əhmədova (Nəsrullayeva) Səidə Akif qızı anadan olmuşdur. X9 digər nikahından isə xx.xx.1983-cü il tarixdə Cavabdeh anadan olmuşdur. X15 xx.xx.1998-ci il tarixdə Göyçay rayon notariat kontorunda vəsiyyətnamə tərtib edərək ünvan 1 ünvanda yerləşən 1 otaqlı fərdi yaşayış evini arvadı İddiaçı vəsiyyət etmişdir. X15 xx.xx.2012-ci il tarixdə vəfat edəndən dərhal sonra miras qalmış əmlakı İddiaçı faktiki olaraq qəbul etmiş, orada yaşamağa başlamış, fərdi yaşayış evindən təyinatı üzrə istifadə etmiş, fərdi yaşayış evinin yaşayış üçün yararlı halda qalması üçün zəruri işləri görmüş, kommunal və sair xərcləri mütəmadi şəkildə ödəmişdir. Birinci növbə vərəsələrdən X5, X3 və X18 məhkəməyə rəsmi şəkildə ərizə təqdim edərək xx.xx.2012-ci il tarixdə vəfat etmiş ataları X6 qalmış bütün miras əmlakdan onlara çatası payı qəbul etmədiklərini, miras əmlakı faktiki idarə etməyə başlamadıqlarını, buraxılmış müddətin bərpası üçün gələcəkdə məhkəmədə iddia qaldırmayacaqlarını, mirasın bu hissəsindən imtinanın bütövlükdə mirasdan imtina etdiklərini bildirmişlər. Digər birinci növbə vərəsə olan X15 həmin fərdi yaşayış evini qanunla müəyyən edilmiş müddət ərzində nə faktiki qəbul etməmiş, nə də müvafiq ərizə ilə notariat ofisinə müraciət etməmişdir. İddiaçı bu günədək həmin fərdi yaşayış evində yaşamaqla, miras əmlakı faktiki olaraq qəbul etmişdir, öz mülkiyyəti kimi həmin əmlaka yiyəlik və sahiblik edir. Məhkəmə iddia tələbi ilə bağlı yekun olaraq qeyd edir ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X6 miras qalmış əmlakı miras açıldığı vaxt arvadı İddiaçı qəbul etdiyi üçün, iddia təmin edilməli, İddiaçı əri - mərhum X6 miras qalmış ünvan 1 ünvanda yerləşən 1 otaqlı fərdi yaşayış evinə vəsiyyət üzrə vərəsəlik hüququ tanınmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı əri - mərhum X6 miras qalmış ünvan 1 ünvanda yerləşən 1 otaqlı fərdi yaşayış evinə vəsiyyət üzrə vərəsəlik hüququ tanınmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X6 miras qalmış ünvan 1 ünvanda yerləşən 1 otaqlı fərdi yaşayış evinə vəsiyyət üzrə vərəsəlik hüququ tanınsın. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Göyçay rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İ.B.Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar