Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-90/2021 02.02.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 iştirakı ilə, vərəsəlik hüququ üzrə şəhadətnamənin, dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras qalmış əmlakda məcburi payının müəyyən edilməsi və cavabdeh tərəfindən aparılmış özbaşına tikililərinin sökülməsi barədə qarşılıqlı iddia ərizələri üzrə mülki işə Göyçay şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2016-cı il tarixdə Cavabdeh2 tərəfindən Cavabdeh1 ünvan 4 2-də yerləşən 6 saylı fərdi yaşayış evinə dair verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və xx xxxxxx 2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi, İddiaçı ailə üzvləri ilə birlikdə ona məxsus ünvan 4 2, 6 saylı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək və qarşılıqlı iddianı qəbul etməyərək tələbini belə əsaslandırmışdır ki, iddiaçının valideynləri arasında olan nikah 1990-cı ildə pozulmuşdur. Nikah pozulduqdan sonra ünvan 1 ünvanda bir otaqda atası, digər otaqda isə anası, bacıları və iddiaçı Rasim yaşamışdır. Rasimin bibisi qızı olan Cavabdeh1 boşandıqdan sonra ata evinə qayıtmış və 1992-ci ildə atasının yaşadığı otağa köçərək orada yaşamışdır. Rasimin atası X15 xx xxxx 2006-cı il tarixdə vəfat etmişdir. Rasimin atasının ölümündən sonra ondan ünvan 2 (keçmiş 6) ünvanda yerləşən 2 otaqlı fərdi yaşayış evi miras qalmışdır. Miras evdə miras qoyanın vəfatından sonra bir otaqda anası və ailəsi ilə birlikdə Rasim digər otaqda isə Cavabdeh1 yaşamaqla miras əmlakı faktiki qəbul edərək idarə etmişlər. Bir müddət əvvəl cavabdeh təklif etmişdir ki, Rasimin mərhum atasından miras qalmış evin yaşadığı hissəsini öz adına, özünün yaşadığı hissəni isə öz adına rəsmiləşdirsinlər. Rasim Səbəbini soruşduqda cavabdeh atasının evi ona vəsiyyət etdiyini, evə mülkiyyət hüququnu qeydə aldırıb evi satacağını bildirmişdir. Rasim cavabdehin evi satmasına etiraz etmiş və ona evə görə pul təklif etmişdir. Lakin cavabdeh Rasimlə razılaşmamış, evə dair hüquqmüəyyənedici sənədləri hazırlayarkən miras evin cavabdehin adına qeydə alındığını eşidərək mərhum atası X1 olmuş Göyçay şəhəri Sabir küçəsi 2-ci dalanda yerləşən 6 saylı (hazırda 8) evin və torpaq sahəsinin başqa şəxsin mülkiyyəti kimi qeydə alınıbalınmaması, əgər qeydə alınmışdırsa hüquq müəyyənedici və texniki sənədlərin, həmçinin hüququn qeydə alınmasına əsas olan sənədlərin təsdiq edilmiş surətlərinin alınması, həmin əmlaka vərəsəlik açılıb-açılmamasının müəyyən edilməsi məqsədi ilə sorğuların tərtibi üçün vəkillə müqavilə bağlamışdır. Sorğulara cavab verildikdən sonra məlum olmuşdur ki, miras ev xx xxxxxx 2016-cı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh1 xüsusi mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Notariat ofisində saxlanılan vərəsəlik işinin materiallarını əldə etdikdən sonra məlum olmuşdur ki, xx xxxxxx 2016-cı il tarixdə Cavabdeh1 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qanun üzrə birinci növbə vərəsə kimi nə Rasim, nə də bacıları notariat ofisinə dəvət edilmədən cavabdeh özünü yeganə vərəsə kimi təqdim edərək vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Rasim 2009-cu ildə əlavə 1 yaşayış otağı və 2015-ci ildə mətbəx inşa etdirmiş, yaşadığı müddətdə daim evin yaşadığı hissəsini təmir etdirmişdir. Lakin xx xxxxxx 2016-cı il tarixdə RX seriyalı ******* saylı dövlət reyestrindən çıxarışla Rasimin mərhum atasının ünvan 2 (keçmiş 6) ünvanda yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ qeydə alınarkən mərhum atasının ölümündən sonra inşa etdirdiyi otaq və mətbəx atasının mülkiyyəti kimi göstərilmişdir. Belə ki, miras qoyan X16 ilkin İddiaçı doğma atasıdır və İddiaçı həm miras qoyanın sağlığında, bəm də onun olumundən sonra miras evdə yaşamışdır. İlkin İddiaçı miras qoyanın doğma oğlu olması və miras əmlakı faktiki qəbul edib idarə etməsi işin təkzib olunmayan hallarıdır. Miras, mərhum X8 xx xxxx 2006-cı ıl tarixdə baş vermiş ölümü ilə açılmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsində (səhifə 2, 1.2.6-cı bənd) dayısının vəsiyyətnaməni xx xxx 1995-ci il tarixdə verdiyi üçün həmin dövrdə qüvvədə olan qanunvericilik normalarının tətbiq edilməli olduğunu göstərir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Miras aşılan vaxt qüvvədə olan Mülki Məcəllənin 1194-cü maddəsinin tələblərinə görə məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Göründüyü kimi ilkin iddiaçı miras qoyanın oğlu olduğu üçün onun mirasda məcburi payı vardır. Göründüyü kimi, vərəsənin (vərəsələrin), o cümlədən məcburi pay üzrə vərəsənin (vərəsələrin) vərəsəlik hüquqları miras əmlakın bölüşdürüldüyü andan deyil, mirasın açıldığı andan yaranır. Miras əmlakdan vərəsələrə çatası pay, o cümlədən məcburi pay miras açıldıqdan sonra müəyyən edildiyinə görə, həmin payı tələb etmək hüququ da miras açıldıqdan sonra həyata keçirilir.Məhz bu halda, mirasın açıldığı andan mirasda məcburi pay almaq hüququ olan şəxsin (şəxslərin) vəsiyyətnamə üzrə vərəsədən (vərəsələrdən) məcburi payın ödənilməsini tələb etmək hüququ yaranır və vəsiyyətnamə üzrə miras payı almış bütün vərəsələr həmin məcburi payı ödəməyə borcludurlar. Notarius cavabdehə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən Notariat haqqında qanunvericiliyinin tələblərini də nəzərə almamışdır. Belə ki, Notariat haqqında AR Qanunun 60-cı maddəsində vəsiyyətnamə üzrə vərəsə şəhadətnaməsi verilməsinin üçün tələb olunan aşağıdakı faktların müəyyən edilməsi zəruri hesab olunur. Həmin maddəyə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın olum faktını vəsiyyətnamənin olmasını mirasın açılma yerim və tarixi, miras əmlakın tərkibi yoxlamalıdır. Adı çəkilən Notariat kontoru miras əmlakın tərkibini müəyyən etməmişdir. Nazirlər Kabinetinin xx.xx.2000-cı ıl tarixli 167 saylı Qərarı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 104-cü bəndində də eyni tələblər irəli sürülür. Notarius vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vəsiyyətnamənin olub-olmadığını, vərəsəliyın açıldığı vaxtı və yeri, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibi və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Mirasda məcburi paya hüququ olan şəxslər olub-olmadığını aydınlaşdırır, habelə vəsiyyətnamənin ləğv edılıb-edılmədiyini onu təsdiq etmiş notariat kontorunda yoxlayır. Qeyd edilən qanunvericiliyin tələblərinə zidd olaraq, vərəsəlik şəhadətnaməsi əldə etmiş cavabdeh bu gün bütün miras əmlaka mülkiyyət hüququnu qanunsuz əldə edərək məcburi pay hüququna malik miras faktikı qəbul edib idarə etməklə mülkiyyət hüququ qazanmış iddiaçının miras evdən çıxarmaq istəyir. Buna görə də xx xxxxxx 2016cı il tarixdə Cavabdeh2 tərəfindən Cavabdeh1 ünvan 4 2-də yerləşən 6 saylı evə dair verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və xx xxxxxx 2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə, mərhum X5 qalmış miras əmlakda məcburi payının müəyyən edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil ilkin iddianı qəbul etməmiş və qarşılıqlı iddianın həcminin azaldılması barədə ərizəni müdafiə edərək tələbi belə əsaslandırmışdır ki, hazırkı mübahisə predmeti olan ünvan 1 saylı fərdi yaşayış evinin mülkiyyətçisi X10 olmuş, Xeyrulla fərdi yaşayış evini xx xxxx 1976-cı il tarixli “Bəxş haqqında müqavilə” əsasında qardaşı X11 həmin dövr qüvvədə olan Mülki Məcəllənin 245-ci maddəsinə uyğun olaraq bağışlamışdır. 1990-cı ildə nikahını pozulduqdan sonra Cavabdeh1 yaşamağa yeri olmadığından dayısı X3 öz himayəsinə alaraq yaşadığı hazırkı mübahisə predmeti olan evə gətirmiş və həmin vaxtdan hazırkı dövrə qədər də bu evdə yaşayır. Cavabdeh1 dayısı həmin ev üzərində mülkiyyət hüququ əldə etdikdən sonra dövrün müvafiq qanunvericiliyinə uyğun olaraq xx xxx 1995-ci il tarixli “Vəsiyyətnamə” əsasında ünvan 4 2, 6 saylı evi Cavabdeh1 vəsiyyət etmiş və bu zaman hər hansı qanun pozuntusu olmamışdır. Cavabdeh1 dayısı tərəfindən Pakizəyə vəsiyyətnamə verilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin köhnə redaksiyada (bundan sonra köhnə redaksiyada AR MM) 41, 87, 100- 1, 537 və 545-ci maddələrinin tələblərinə tam riayət edilmişdir. Sözügedən vəsiyyətnamə verilərkən köhnə redaksiyada AR MM-nin 42-54-cü maddələrinin təsiri altına düşən heç bir əsas olmamışdır. Başqa sözlə həmin dövrdə də, indi də sözügedən vəsiyyətnamənin etibarsızlığına səbəb ola bilən heç bir əsas olmamışdır. İlkin iddiaçının iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1291, 1134.1, 1159.1 və 1159.1.1-ci maddələrinə istinad etməsi yolverilməzdir. Ona görə ki, Pakizənin dayısı vəsiyyətnaməni ona xx xxx 1995-ci il tarixdə verdiyindən həmin dövrdə qüvvədə olan qanunvericilik normaları tətbiq olunmalıdır. Hesab edir ki, İddiaçı ailə üzvləri ilə birlikdə heç bir qanuni əsas olmadan, yəni istifadə və ya sair hüququ olmadan cavabdehə məxsus əmlakı zəbt edib orada yaşayırlar və ona görə də iddiaçı cavabdehin mülkiyyətində olan evdən çıxarılmalıdır. Buna görə də ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X22 və X18 izahat verərək göstərmişlər ki, atalarının vəfatından sonra həmin evdə qardaşları Rasim yaşamış, miras əmlakı faktiki qəbul edib idarə etmişdir. Onlar isə ailə quraraq başqa evə köçmüşlər. Hesab edirlər ki, həmin evi idarə etməsələr də onların da miras əmlakda payları mövcuddur. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə məhkəmə baxışının yeri və vaxtı barədə qanunda nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışında iştirak etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda…məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş X19 surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdə anadan olmuşdur. X4r. Məhkəməyə təqdim edilmiş İddiaçı şəxsiyyət vəsiqəsi məlumatlarında görünür ki, ünvan 3 saylı ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Məhkəməyə təqdim edilmiş Ölüm Haqqında Şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.1995-ci il tarixli vəsiyyətnamədən görünür ki, X15 bütün əmlakını, o cümlədən ona məxsus ünvan 3 saylı ünvanda yerləşən fərdi yaşayış evini Cavabdeh1 vəsiyyət etmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum X7 xx.xx.1995-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəsi Cavabdeh1dır. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 saylı ünvanda yerləşən ümumi sahəsi 45.2 kvm olan fərdi yaşayış evi və 0.10473 ha həyətyanı torpaq sahəsi Cavabdeh1 xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 3 saylı ünvanda yerləşən fərdi yaşayış evi mərhum X7 mülkiyyətində olmuş, həmin ev X15 tərəfindən xx.xx.1995-ci il tarixdə vəsiyyətnamə tərtib etmək yolu ilə bacısı qızı Cavabdeh1 vəsiyyət edilmişdir. X15 xx.xx.2006-cı il tarixdə vəfat etmiş, onun vəfatından sonra həmin evin bir hissəsində oğlu İddiaçı ailəsi ilə birlikdə hazırkı vaxta qədər yaşayır. Cavabdeh1 vəsiyyətnamə üzrə vərəsə olduğundan miras qoyanın birinci növbəli vərəsəsi İddiaçı da miras əmlakda payı olan şəxs olduğunu və həmin evdə ailə üzvləri ilə birlikdə faktiki yaşadığını və miras əmlakın bir hissəsini faktiki olaraq idarə edərək qəbul etdiyini bəyan etməyərək vəsiyyətnamə üzrə miras əmlaka vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə və bütövlükdə miras əmlakı öz adına dövlət qeydiyyatından keçirilməsinə nail olmuşdur. İddiaçı qeyd edilən fərdi yaşayış evinə dair miras əmlakda məcburi payının olduğunun əsas gətirərək həmin evə dair Cavabdeh1 adına verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və reyestrdən çıxarışın ləğv edilməsini və mərhum X5 qalmış miras əmlakda məcburi payının müəyyən edilməsini, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 isə İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmasını tələb edir. Məhkəmə hesab edir ki, ilkin iddia əsaslı olduğundan təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsində göstərilir ki, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə Notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qanunun mənasından göründüyü kimi İddiaçı xx.xx.2006-cı il tarixdə vəfat etmiş atası X6 miras qalmış ünvan 3 saylı ünvanda yerləşən fərdi yaşayış evinin bir hissəsini həmin evin bir otağında ailəsi ilə birlikdə yaşamaqla faktiki idarə edərək həmin fərdi yaşayış evinə sahiblik etməklə miras əmlakı qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1300-cü maddəsinə əsasən əgər vərəsələr arasında olduqları müəyyən olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağrılması üçün ağılabatan tədbirlər görməyə borcludurlar. Qanunun mənasından göründüyü kimi Cavabdeh1 vərəsəliyə çağrılmalı olan digər vərəsələrə, yəni miras qoyanın birinci növbəli vərəsələri olan X20, X13 və İddiaçı vərəsəliyə çağrılması üçün məlumat verməli və bu barədə notariusa digər vərəsələrin olduğunu bəyan etməli idi. Məhkəmə baxışı zamanı Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil İddiaçı və ailə üzvlərinin ünvan 4 2, 6 saylı ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması əsas ola bilən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, Cavabdeh1 ünvan 4 2-də yerləşən 6 saylı fərdi yaşayış evinə dair Cavabdeh2 tərəfindən xx xxxxxx 2016-cı il tarixdə verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş xx xxxxxx 2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməli, X2 miras qalmış 0.10473 ha həyətyanı torpaq sahəsi üzərində inşa edilmiş ünvan 3 saylı ünvanda yerləşən ümumi sahəsi 45.2 kvm olan fərdi yaşayış evinin 6/1 hissəsinə İddiaçı məcburi payı müəyyən edilməli və 6/5 hissəsi Cavabdeh1 miras əmlakda payı müəyyən edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh1 adına verilmiş ünvan 4 2-də yerləşən 6 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair Göyçay rayon notariat kontorunun notariusu X28 tərəfindən təsdiq edilmiş reyestr 2V-31 nömrə ilə qeydə alınmış xx xxxxxx 2016-cı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin evə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. X2 miras qalmış 0.10473 ha həyətyanı torpaq sahəsi üzərində inşa edilmiş ünvan 3 saylı ünvanda yerləşən ümumi sahəsi 45.2 kvm olan fərdi yaşayış evinin 6/1 hissəsinə İddiaçı məcburi payı və 6/5 hissəsi Cavabdeh1 miras əmlakda vəsiyyətnamə üzrə payı müəyyən edilsin. Qarşılıqlı iddia rədd edilsin. Cavabdeh1 İddiaçı qarşı İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 3 saylı ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qarşılıqlı iddiası təmin edilməsin. Qətnamə, Göyçay rayon notariat kontorunun notariusu X28 tərəfindən təsdiq edilmiş reyestr 2V-31 nömrə ilə qeydə alınmış xx xxxxxx 2016-cı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsinə dair hissədə Cavabdeh2nə həvalə edilsin, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və tərəflər arasında payların müəyyən edilməsinin qeydə alınması hissəsində isə DƏDRX-nin 16 saylı X32 həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-90/2021
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-90/2021
02.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver