Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-904/2022 11.03.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinun xüsusi icraat qaydasında ərizəsinə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Göyçay rayon notariat ofisinin notariusu Polad Nəcəflinin bağışlama müqaviləsinin bağlanmasından etdiyi imtinasının qanunsuz hesab olunması, mülkiyyətində olan ünvan 1 saylı fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin oğlum X1 bağışlanmasına dair X2 razılığı alınmadan notariat hərəkətlərinin aparılmasının Göyçay rayon Notariat Ofisinə (notariusu X4) həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Ərizəçi ərizəni müdafiə edərək tələbini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmış və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mülkiyyətində olan N.Rəfıbəyli küçəsi 30 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsini oğlu X1 bağışlamaq qərarına gəlmişdir. Bu məqsədlə bağışlama müqaviləsini rəsmiləşdirmək üçün lazım olan sənədlərlə tərəfimdən Göyçay rayon Notariat Ofisinə müraciət edilmişdir. Göyçay rayon Notariat Ofisinin notariusu Polad Nəcəfli özgəninkiləşdirilən əmlaka mülkiyyət hüquqlarımı təsdiq edən dövlət reyestrdən çıxarışı tələb etmiş, əmlakın ona məxsus olmasını və bağışlanan yaşayış evində kimlərin qeydiyyatda olmasını yoxlamış, bağışlanan daşınmaz əmlakın ona məxsus olmasını və həmin evdə yalnız X2 qeydiyyatda olduğunu müəyyən etmişdir. Fərdi yaşayış evində qeydiyyatda olan X3 notariat ofisinə gələrək, əmlakın bağışlanmasına razılıq vermədiyinə görə bağışlama müqaviləsinin təsdiq edilməsindən cavabdeh tərəfindən 14 dekabr 2021-ci il tarixdə imtina edilmişdir. Hesab edir ki, notariat kontorunun notariusu, mülkiyyətində olan evdə qeydiyyatda olan şəxslərin ərizə verməməsi əsası ilə, bağışlama müqaviləsini təsdiq etməkdən imtina etməsi, mənsub olduğum əmlaka öz istədiyim kimi sahib olmaq və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququnu əsassız olaraq məhdudlaşdırmışdır. Buna görə də ərizənin təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Göyçay rayon Notariat ofisinə məhkəmə baxışının yeri və vaxtı barədə qanunda nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə baxışında iştirak etməmişdir. Məhkəmə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə ərizəçinin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi Ərizəçi, xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmışdır. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Notariat Ofisi tərəfindən verilmiş 14.12.2021-ci il tarixli imtina məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin oğlunuz X1 bağışlanması ilə bağlı həmin evdə qeydiyyatda olan şəxslərin razılığı alınmadan notariat hərəkətlərinin aparılmasını xahiş edilmişdir. Müraciətinizlə bağlı tərəfimdən Göyçay şəhəri N.Rəfibəyli küçəsi 30 ünvanda yerləşən fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə məlumatlar müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edilmiş və müəyyən edilmişdir ki, həmin ünvanda X3 qeydiyyatdadır. Həmin ünvanda qeydiyyatda olan ailə üzvünüz Nizam İsgəndərovun razılığı əsasında mülkiyyətinizdə olan fərdi yaşayış evini oğlunuz Rizvan İsgəndərova bağışlanması ilə əlaqədar notariat hərəkətlərinin aparılması mümkün ola bilər. Göstərilənlərə əsasən Göyçay şəhəri N.Rəfibəyli küçəsi 30 ünvanda yerləşən fərdi yaşayış evinin oğlunuz X1 bağışlanması ilə bağlı həmin evdə qeydiyyatda olan şəxslərin razılığı alınmadan notariat hərəkətlərinin aparılmasından imtina olunur. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Şərh olunanlara əsaslanaraq Məhkəmə qeyd edir ki, ərizəçi öz daşınmaz əmlakının mülkiyyətçisi kimi öz əmlakını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər. Məhkəmə onu da qeyd edir ki, mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə biridirsə, bağışlama müqaviləsi də əqdlərin bir növüdür. Müqavilə bağlanması ilə yaranan daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edən şəxsə tam keçməsi bu hüququn verildiyinin dövlət reyestrində qeydə alındığı tarixdən etibarən baş verir (Mülki Məcəllənin 146-cı maddəsi). Həmin anda həmçinin əmlakı bağışlayan şəxsin bu əmlaka olan mülkiyyət hüququna xitam verilir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) bağışlama müqaviləsi yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331 -ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). «Notariat haqqında» Qanuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlər təsdiq edərkən digər vəzifələrlə yanaşı notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalı; özgəninkiləşdirilən mənzildə kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb etməli və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılıqını almalıdır (17, 38, 46, və 49-cu bəndlər). Bununla bağlı Məhkəmə qeyd edir ki, mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin bağışlanmasına razılığının müəyyənləşdirilməməsi notarius tərəfindən bağışlama müqaviləsinin rəsmiləşdirilməsinə maneçilik törətmir. Belə ki, mənzilin mülkiyyətçisi olan şəxsin mülkiyyət hüququ (o cümlədən, mülkiyyət üzərində sərəncam vermək hüququ) həmin mülkiyyətdən istifadə edənlər tərəfindən qeyriqanuni məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12.04.2004-cü il tarixli qərarında da bu məsələ ilə bağlı belə hüquqi mövqey müəyyən olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, notarius tərəfindən qeydiyyatda olan şəxslərin razılığı olmadan, Ərizəçi mülkiyyətində olan daşınmaz əmlakın oğlu X1 bağışlanması barədə əqd notariat qaydasında rəsmiləşdirilməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə, MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Göyçay rayon Notariat Ofisinin notariusunun bağışlama müqaviləsinin bağlanmasından etdiyi imtina qanunsuz hesab edilsin. Ərizəçi xüsusi mülkiyyətində olan, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin X1 bağışlanmasına dair qeydiyyatda olan şəxslərin razılığı alınmadan notariat hərəkətlərinin aparılması vəzifəsi Göyçay rayon Notariat Ofisinin notariusuna həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildikdən bir ay müddətinə Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: İbrahim Fəttahov.
Məhkəmə qərarları › İş №2(046)-904/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-904/2022
11.03.2022 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver