Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-936/2025 11.06.2025 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Məmmədova Fidan Şöhrət qızının katibliyi, İddiaçının və Cavabdeh İB-in nümayəndəsi X2 iştirakı ilə, Əsassız yaranmış borcun silinməsi tələbinə və qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sayğacda yaranmış nasazlığa görə yaranmış 3418 manat borcun silinməsi barədə qətnamə edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq ilkin iddianın rədd edilməsi və cavabdehdən evində istifadə olunmuş təbii qaza görə yaranmış 2650 manat borc məbləğinin və ödənilmiş 46.50 manat dövlət rüsumun tutularaq Cavabdeh İB-in hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin müdafiə və qarşılıqlı iddianı isə qəbul etməyərək tələbi belə əsaslandırmışdır ki, Göyçay rayonu (Natavan küçəsində) Potu kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Həmin fərdi yaşayış evinə təbii qaz xətti çəkilmiş, abonent kodu alınmış və cavabdehlə bu barədə müqavilə bağlamışdır. Yaşadığı evə keçən qazı qeyd edən sayğac Smart sayğac olduğundan əvvəlcədən pulunu ödəməklə təbii qazdan istifadə etmişdir. Cavabdeh tərəfindən ona abonentin saldosu verilmişdir, həmin sənədə baxdıqdan sonra məlum olmuşdur ki, Cavabdeh tərəfindən qoyulmuş sayğac istehsalatda yaranmış qüsur nəticəsində geriyə hesablayır, nəticədə 3418 manat borc yaranmışdır. Hesab edir ki, hazırkı iddia ərizəmə əsasən cavabdeh tərəfindən qoyulmuş sayğacda texniki qüsur nəticəsində yaranmış 3418 manat borc (abonent kodundan) hesabından silinməlidir.Göründüyü kimi, sayğacın istehsalatda yaranmış qüsur nəticəsində 3418 manat borc yaranmışdır. Göyçay rayonu Potu kəndində yerləşən evə xidmət edən qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə isə cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır.Buna görə də iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azəriqaz İB nümayəndəsi X4 iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə edərək tələbi belə əsaslandırdı ki, Göyçay rayonu Potu kəndində yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə xx.xx.2019-cü il tarixdə onun istiadə edilmiş, lakin dəyəri ödənməmiş 888.90 manat debitor borcu olması səbəbindən SMART G-4 İTRON GALLUS tipli, **********8 nömrəli qaz sayğacı quraşdırılmış və həmən borc məbləği onun smartkartına vurulmuşdur. Həmin qaz sayğacına xx.xx.2025-ci il tarixdə Ağsu RQli-nin Göyçay XS-nin əməkdaşları tərəfindən baxış keçirdilərkən müəyyən edilmişdir ki, sayğacın klapan hissəsinin işləməməyi səbəbindən karta yüklənmiş məbləğ bitdikdən sonra da klapan bağlanmır. Elə bu səbəbdən də sayğac 11096 m3 (on bir min doxsan altı kubmetr) təbii qazı keçirməsinə baxmayaraq, abonent tərəfindən həmin təbii qaza görə heç bir ödəniş edilməmişdir. Abonent İddiaçı dəyəri 2650 (iki min altı yüz əlli manat) təşkil edən 11096 m3 (on bir min doxsan altı kubmetr) təbii qazı dəyərini ödəmədən istifadə etmişdir. Abonentin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı SMART tiplidir və təbii qazdan istifadə yalnız dəyərini əvvəlcədən ödəməklə həyata keçirilir, abonentin sayğacının işləmədiyindən məlumatı olmuş, lakin bu barədə aidiyyəti olaraq yerli Xidmət Sahəsinə bilərəkdən məlumat verməmişdir. Yerli Xidmət Sahəsinin bundan yalnız abonentin mənzilinə quraşdırılmış qaz sayğacına baxış keçirdilərkən məlumatı olmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli,80 saylı "Qazdan istifadə Qaydalarf'nın təsdiq edilməsi haqqında Qərarın 5.2.bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smartkart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Göründüyü kimi Qanunun tələbinə əsasən bu tip abonentlərin mənzillərinə quraşdırılmış qaz sayğaclarına mütəmadi olaraq baxışın keçirilməsi tələb edilmir, nəzərdə tutlmur.Hazırkı iş üzrə birbaşa günahkar abonentin özüdür və sayğacın işləməməsinə, yəni qaz keçirib ödənişi qeyd etməməsinə görə məsuliyyəti birbaşa abonentin özü daşıyır. Belə ki, işə iddiaçının özü və onun tərəfindən əlavə edilmiş abonent saldosundan da göründüyü kimi, abonent sonuncu dəfə 2024-cü ilin yanvar ayında karta cəmi 90 manat pul vurmuş, ondan sonra heç bir ödəniş etməmiş ,lakin təbii qazdan da istifadə etməkdə davam etmişdir. Belə olduğu halda abonentin özünün sayğacın işləməməsindən xəbəri olmuş, lakin bilərəkdən bu barədə heç kimə məlumat verməmişdir. Göyçay rayonu Potu kəndində yaşayan İddiaçı mənzilində istifadə edilmiş təbii qaza görə Cavabdeh Ağsu X3 İdarəsinin Göyçay Xidmət Sahəsinə hazırda 2650 (iki min altı yüz əlli manat) debitor borcu vardır. Buna görə də ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, iddiaçı ilə cavabdeh İddiaçı arasında qazdan istifadəyə dair müqavilə bağlanmışdır. Həmin müqavilənin tələblərinə əsasən, istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini bank və ya poçt vasitəsi ilə tam ödəməlidir. Məhkəməyə təqdim edilmiş Abonentin saldosundan görünür ki, İddiaçı 2650 manat aylar üzrə qazdan istifadəyə görə yaranmış borcdur. İş üzrə tərəflərin izahatını dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından göründüyü kimi tərəflər arasında təbii qazdan istifadə qaydaları ilə bağlı mübahisə yaranmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli,80 saylı "Qazdan istifadə Qaydalarf'nın təsdiq edilməsi haqqında Qərarın 5.2.bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). "Smartkart" tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Azəriqaz İB-i arasında təbii qazın istifadəsinə dair müqavilə bağlanmış, İddiaçı həmin müqavilə əsasında yaşadığı Göyçay rayonu Potu kəndində ). "Smart-kart" tipli qaz sayğacı ilə qazdan istifadə etmişdir. Qaz sayğacından istifadəsi zamanı sayğacda texniki nasazlıqlar yaranmış, qazdan istifadə etdiyi halda borcunun olduğu bildirmişdir. Göründüyü kimi Qanunun tələbinə əsasən bu tip abonentlərin mənzillərinə quraşdırılmış qaz sayğaclarına mütəmadi olaraq baxışın keçirilməsi tələb edilmir və nəzərdə tutlmur. Hazırkı iş üzrə birbaşa iddiaçının özüdür və sayğacın işləməməsinə, yəni qaz keçirib ödənişi qeyd etməməsinə görə məsuliyyəti birbaşa abonentin özü daşıyır. Təqdim edilmiş abonent saldosundan da göründüyü kimi, iddiaçı sonuncu dəfə 2024-cü ilin yanvar ayında karta cəmi 90 manat pul vurmuş, ondan sonra heç bir ödəniş etməmiş, lakin təbii qazdan da istifadə etməkdə davam etmişdir. Belə olduğu halda abonentin özünün sayğacın işləməməsindən xəbəri olmuş, lakin bilərəkdən bu barədə heç kimə məlumat verməmişdir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia təmin olunmalı, İddiaçı 2650 manat dəyərində istehlak edilmiş qazın dəyəri və 46.50 manat dövlət rüsumu alınaraq Cavabdeh İB-nə verilməli, qalan hissədə qarşılıqlı iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 72-220, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İlkin rədd edilsin. İddiaçı Cavabdeh İB-nə qarşı Əsassız yaranmış 3418 manat borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı qazdan istifadəyə görə 2650 məbləğində pul alınaraq Cavabdeh İB-nin hesabına ödənilsin. 46.50 manat dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh İB-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-936/2025
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-936/2025
11.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver