Məhkəmə qərarları › İş №2(046)-937/2022

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-937/2022

13.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-937/2022 13.05.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı və cavabdeh Azərişıq ASC-nin nümayəndəsi X1 iştirakı ilə, əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərişıq ASC-nin onun adına tərtib edilmiş 17.12.2021-ci il tarixli, 042003 saylı protokola əsasən hesablanmış 271.45 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı tərəflər qarşılıqlı razılığa gələrək barışıq sazişi imzalamış, protokola əsasən hesablanmış 271.45 manat pul azaldılaraq 80 manat məbləğində müəyyən edilməsi ilə bağlı razılığa gəlmiş və İddiaçı cavabdeh Azərişıq ASC-nin hesabına itirilmiş enerji sərfiyyatına görə 80 manat məbləğində pulu hissə-hissə ödəyəcəyini öhdəsinə götürmüşdür. Buna görə də məhkəmədən xahiş edirlər ki, aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilsin. İş üzrə tərəflərin məhkəməyə təqdim etdiyi 13.05.2022-ci il tarixli barışıq sazişini nəzərə alan məhkəmə hesab edir ki, bu saziş aşağıda göstərilənlərə əsasən təsdiq edilməlidir. İddiaçı, iddia tələbini dəyişərək Cavabdeh "xxxx" ASC-yə qarşı 17 dekabr 2021-ci il tarixli,042003 nömrəli protokol nəticəsində hesablanmış 271,45 manat borcun hesabından tam silinməsini tələb etmir və onun barəsində elektrik enerjisindən istifadəyə görə Akta əsasən hesablanmış 271,45 manat məbləğində enerji haqqı dəyərinin azaldılaraq 80 manat (səksən manat) məbləğində müəyyən edilməsinə razılıq verir və həmin məbləğin hissə-hissə ödənilməsini öhdəsinə götürür. Cavabdeh "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsi X2 elektrik enerjisindən istifadəyə görə Enerjitəchizatı müəssisəsi tərəfindən İddiaçı hesablanmış 271,45 manat məbləğində enerji haqqı dəyərinin yuxarıda göstərilən qaydada azaldılaraq 80 manat məbləğidə müəyyən edilməsini etiraz etmir və gələcəkdə mübahisələndirməyəcək. İddiaçı və cavabdeh Azərişıq ASC-nin nümayəndəsi X1 qeyd edilən protokol əsasında məbləğin 80 manat həddində iddiaçı tərəfindən Azərişıq ASC-nin hesabına ödənilməsi ilə bağlı barışıq sazişi məhkəmə tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinin mənasına görə tərəflərin barışıq sazişi bağlamaları barədə razılığa gəlmələri və bu sazişin məhkəmə tərəfindən təsdiq edilməsi iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Аzərbаycаn Rеspublikаsı MPM-in 261.0.5-ci mаddəsinə əsаsən tərəflər bаrışıq sаzişi bаğlаmışlаrsа və bu sаziş məhkəmə tərəfindən təsdiq еdilmişsə hаkim iş üzrə icrааtа хitаm vеrir. Аzərbаycаn Rеspublikаsı MPM-in 262.4-cü mаddəsinə əsаsən işin icrааtınа хitаm vеrildikdə, еyni tərəflər аrаsındа, еyni prеdmеt hаqqındа və еyni əsаslаr üzrə mübаhisə bаrəsində məhkəməyə təkrаr mürаciət еdilməsinə yоl vеrilmir. Tərəflərə bаrışıq sаzişinin nəticələri və Аzərbаycаn Rеspublikаsı MPM-in 262-ci mаddəsində nəzərdə tutulаn icrааtа хitаm vеrilməsi əsаslаrının nəticələri izаh оlunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi onların qanunla qorunan mənafeyinə zidd olmadığından məhkəmə tərəfindən təsdiq edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 261, 262, 263, 264-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR V E R D İ: İddiaçı ilə Azərişıq ASC-nin nümayəndəsi X2 arasında iddiaçının 200 manat məbləğində enerji sərfiyyatının Azərişıq ASC-yə ödənilməsi ilə əlaqədar bağlanmış barışıq sazişi təsdiq edilsin. Azərişıq ASC tərəfindən tərtib edilmiş 17.12.2021-ci il tarixli, 042003 saylı protokola və icra vərəqəsinə əsasən İddiaçınun barəsində ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində sərf edilmiş enerjinin borc məbləğini müəyyən edən 271.45 manat məbləğində enerji sərfiyyatı borcu, qeyd edilən barışıq sazişinə əsasən 80 manat məbləğində müəyyən edilsin və İddiaçınun 80 manat borcu hissə-hissə Azərişıq ASC-yə ödəyəcəyi nəzərə alınsın. İddiaçı 17.12.2021-ci il tarixli, 042003 saylı protokol və Azərişıq ASC tərəfindən verilmiş icra vərəqəsi əsasında hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Göyçay rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar