Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-966/2020 12.11.2020 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, İddiaçı Abduxalıq oğlunun və Cavabdeh İB-nin nümayəndəsi Ömərov Ramil Şaiq oğlunun iştirakı ilə, cərimə borcunun və 93 manat məbləğində sayğacın dəyərinin silinməsi tələbinə dair ilkin və qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Göyçay şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Abduxalıq oğlu Cavabdehnə qarşı iddia qaldıraraq, Cavabdeh Ağsu X2 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən tərtib edilmiş akta əsasən onun hesablanmış 329.40 manat cərimənin və yeni qaz sayğacına görə ödənilmiş 93 manat pulun silinməsi barədə qətnamə edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB cavabdeh İddiaçı Abduxalıq oğluna qarşı qarşılıqlı iddia qaldıraraq cavabdehdən evində istifadə olunmuş təbii qaza görə yaranmış 246.20 manat borc məbləğinin, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 329.40 manat, ödənilmiş 30 manat dövlət rüsumun, 40 qəpik xidmət haqqının tutularaq Cavabdeh İB-in hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Abduxalıq oğlu ilkin iddia tələbini müdafiə edərək qarşılıqlı iddianı qəbul etməyərək göstərmişdir ki, ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evində yaşayır, Cavabdeh İB Göyçay rayon şöbəsinin əməkdaşları evinə quraşdırılmış sayğacı yenisi ilə əvəz etmişlər və barədə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixdə akt tərtib etmişlər. Bundan sonra xx.xx.2019-cu il tarixdə dəymiş ziyan barədə ona bildiriş vermişlər, ondan yeni sayğacın quraşdırılması üçün 93 manat ödəniş tələb edilmişdir. Onun tərəfindən qaz sayğacına heç bir müdaxilə edilməmişdir. Qaz sayğacı evindən kənarda yerləşir. Həmçinin qarşılıqlı iddia ərizəsində göstərilən 246.20 manat məbləğində qaz pulunu tam ödəmişdir. Buna görə də iddianın təmin olunmasını qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Cavabdeh İB-nin nümayəndəsi Ömərov Ramil Şaiq oğlu ilkin iddianı qəbul etməmiş və qarşılıqlı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh Ağsu X2 idarəsinin Göyçay Xidmət sahəsinin mütəxəssisləri xx.xx.2019-cu il tarixdə iddiaçının yaşadığı evdə quraşdırılmış məişət qaz sayğacını götürərək növbədənkənar yoxlamaya göndərmişlər. Bununla bağlı xx.xx.2019-cu il tarixli, ******* nömrəli akt tərtib edilmişdir. Evdən açılmış ELSTER G-4 markalı 10026196 nömrəli qaz sayğacı növbədənkənar yoxlamaya göndərilmiş, tərtib edilmiş xx.xx.2019-cu il akta əsasən qaz sayğacının hesablanma mexinizim qoruyucu qapağı üzərində mənşəyi məlum olmayan plomb müəyyən edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin Akta əsasən iddiaçının evində istifadə etdiyi qaz işlədici avadandıqlar və onların parametrlərinə dair xx.xx.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktı tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin aktlara əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İddiaçı Abduxalıq oğlunun abonent koduna 3294 m3 – 329.40 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Bundan başqa hazırda İddiaçı Abduxalıq oğlunun qazdan istifadəyə görə 246.20 manat olmaqla, ümumilikdə 575.60 manat borcu vardır. Buna görə də ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, istehlakçı İddiaçı Abduxalıq oğluna məxsus ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evindən qaz sayğacının hesablanma mexinizim qoruyucu qapağı üzərində mənşəyi məlum olmayan plomb aşkar edildiyi üçün yeni qaz sayğacı ilə əvəz edilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, Göyçay Xidmət Sahəsinin əməkdaşları tərəfindən istehlakçı İddiaçı Abduxalıq oğluna məxsus fərdi yaşayış evində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və qaz sayğacının hesablanma mexinizim qoruyucu qapağı üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. Məhkəməyə təqdim edilmiş Cavabdeh Ağsu RQİİ Göyçay Xidmət Sahəsinin xx.xx.2019-cu il tarixli, bildirişindən görünür ki, abonent İddiaçı Abduxalıq oğluna 329.40 manat dəyərində itirilmiş qazın həcmi hesablanmış, ümumilikdə xx.xx.2019-cu il tarixə Göyçay Xidmət Sahəsinə 572.80 manat qaz pulu borcu vardır. Həmçinin 93 manat sayğacın dəyəri tərəfindən ödənilməli olduğu bildirilmişdir. İddiaçı Abduxalıq oğlu həmin borcu 5 (beş) gün müddət ərzində ödəməsi xəbərdarlıq edilmiş, əks təqdirdə mənzilinə təbii qazın verilişinin dayandırılacağı bildirilmişdir. Məkhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli abonentin saldosundan görünür ki, İddiaçı Abduxalıq oğlunun itirilmiş qazın bərpası üçün 329.40 manat hesablanmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Abduxalıq oğlu xx.xx.2020-ci il tarixdə 250 manat məbləğində qazdan istifadəyə görə yaranmış borcunu ödəmişdir. Tərəfləri dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından göründüyü kimi tərəflər arasında təbii qazdan istifadə qaydaları ilə bağlı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə qaydaları»nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların: 6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: 6.1.1. istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.3. istehlakçının qaz qurğusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.5. qaz paylayıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda; 6.1.6. məhkəmənin qərarı ilə; Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı Abduxalıq oğlu ilə Cavabdeh İB-i arasında təbii qazın istifadəsinə dair müqavilə bağlanmış, İddiaçı Abduxalıq oğlu həmin müqavilə əsasında yaşadığı ünvan 1 saylı ünvanda yerləşən fərdi yaşayış evində qazdan istifadə etmiş, quraşdırılmış sayğac götürülərək yoxlamaya göndərilmiş, həmin vaxt qaz sayğacı yenisi ilə əvəz edilmiş və buna görə İddiaçı Abduxalıq oğluna 93 manat məbləğində pul hesablanmışdır. Tərtib edilmiş xx.xx.2019-cu il tarixli Akta əsasən İddiaçı Abduxalıq oğlunun evində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair invertar aktı tərtib edilmişdir. Həmin akta əsasən 329.40 manat məbləğində itirilmiş qazın dəyəri ziyan kimi və 93 manat yeni sayğacın dəyəri hesablanaraq İddiaçı Abduxalıq oğlunun abonent koduna vurulmuşdur. Həmiçinin İddiaçı Abduxalıq oğlu qarşılıqlı iddia ərizəsində göstərilən 246.20 manat məbləğində qazdan istifadəyə görə borcunu tam ödəmişdir. Buna görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Abduxalıq oğlundan dəymiş zərərin əvəzinin ödənilməsini, yeni sayğacın quraşdırılması və qazdan istifadə üçün pul tələb etməkdə haqlı deyildir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sənədlərlə İddiaçı Abduxalıq oğlunun yaşayış sahəsinə quraşdırılmış qaz sayğacının həyətindən kənarda həyətin küçə tərəfində quraşdırıldığı müəyyən edilmişdir. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə İddiaçı Abduxalıq oğlu cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Hazırkı vəziyyətdə qaz sayğacının iddiaçının təqsirli hərəkətləri nəticəsində qaz sayğacının hesablanma mexinizim qoruyucu qapağı üzərində mənşəyi məlum olmayan plomb aşkar edilməsi müəyyən edilməmişdir. Eyni zamanda Cavabdeh İB-in nümayəndəsi qaz sayğacının İddiaçı Abduxalıq oğlunun təqsirli hərəkətləri nəticəsində qaz sayğacının hesablanma mexinizim qoruyucu qapağı üzərində mənşəyi məlum olmayan plomb aşkar edilməsi barədə məhkəməyə sübut təqdim etməmişdir. Sayğacda aşkar edilmiş qüsurların istehlakçının təqsirli hərəkətləri nəticəsində yarandığı müəyyən edilmədiyi halda, kifayət qədər əsas olmadan itirilmiş qazın bərpası üçün hesablanmış maddi ziyanın İddiaçı Abduxalıq oğlundan tutulması, yeni qaz sayğacının İddiaçı Abduxalıq oğlunun vəsaiti hesabına quraşdırılması qərara alınmışdır. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ilkin iddia üzrə Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı Abduxalıq oğluna hesablanmış 329.40 manat borc məbləği və yeni quraşdırılmış sayğaca görə 93 manat pul silinməli, qarşılıqlı iddia rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qarşılıqlı iddia tələbi rədd edildiyinə görə iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı Cavabdeh İB-nə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı Abduxalıq oğlunun abonent koduna hesablanmış 329.40 manat məbləğində borc və yeni quraşdırılmış sayğaca görə 93 manat məbləğində pul silinsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-966/2020
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-966/2020
12.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver