Məhkəmə qərarları › İş №2(046)-974/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-974/2024

01.08.2024 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-974/2024 01.08.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Giriş hissə: Qurbanova Gülnaz İntiqam qızının sədrliyi Əliyeva Leyla Bəhər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mərhum X6 miras qalmış ünvan 1 ünvanda yerləşən 345.06 m həyatyanı torpaq sahəsinə dair adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat hərəkətlərinin aparılması vəzifəsinin Göyçay rayon Notariat Ofisin həvalə edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə Göyçay Rayon Məhkəməsinə müraciət edərək, Göyçay rayon notariat ofisinin notariusu Polad Nəcəflinin vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən etdiyi imtinasının qanunsuz hesab olunması, mərhum X6 miras qalmış və ünvan 1 ünvanda yerləşən 345.06 m həyatyanı torpaq sahəsinə dair adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat hərəkətlərinin aparılması vəzifəsinin Göyçay rayon Notariat Ofisinin notariusu X17 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə verərərək, mərhum X6 miras qalmış və ünvan 1 ünvanda yerləşən 345.06 m həyatyanı torpaq sahəsinə dair adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat hərəkətlərinin aparılması vəzifəsinin Göyçay rayon Notariat Ofisinin notariusu X17 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini belə əsaslandırmışdır ki, mərhum X19 mərhum X3 ilə xx.xx.1982-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə, ailə həyatı qurmuşdur. Onların birgə nikahından övladları olmamışdır. Göyçay rayon X14 xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarı ilə mərhum X15 ünvan 1 ünvanda yerləşən 345.06 m həyatyanı torpaq sahəsi ayrılmışdır. X19 xx.xx.2008-ci il tarixdə, X3 isə xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Yakov Abramov vəfat etdikdən sonra, ondan miras qalmış yuxarıda qeyd edilən həyatyanı torpaq sahəsini və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evini idarə etmiş, öz əmlakı kimi qorumuşdur. X3 vəfat edərkən onun birinci və ikinci növbədə olan vərəsələrindən heç biri olmadığından dəfn xərcini çəkərək, hüzür mərasimini təşkil etmişdir. Tamilla Hacıyeva vəfat etdikdən sonra, miras qalmış ünvan 1 ünvanda yerləşən həyatyanı torpaq sahəsini faktiki qəbul edərək, sözügedən əmlakı öz mülkiyyəti kimi idarə etmişdir. Miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqıda şəhadətnaməni almaq üçün tərəfindən Göyçay rayon Notariat Ofisinin notariusu Polad Nəcəfliyə müraciət edilmiş, lakin notariat hərəkətinin aparılmasından xx.xx.2024-cü il tarixdə imtina edilmişdir. İmtinaya səbəb kimi X8 vərəsəsi hesab edilmədiyi göstərilmişdir. İşin hallarından göründüyü kimi mərhum X8 ölümü ilə miras açıldığı vaxtdan ondan miras qalmış əmlakı birinci növbədə olan vərəsəsi arvadı mərhum Tamilla Hacıyeva faktiki olaraq qəbul etmiş, öz mülkiyyəti kimi idarə etmişdir. Bununla da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255- ci maddəsinin tələbinə uyğun olaraq Yakov Abramova məxsus olmuş əmlak üzərində birinci növbədə olan vərəsə kimi Tamilla Hacıyevanın mülkiyyət hüququ yaranmışdır. Tamilla Hacıyeva vəfat edərkən istər Yakov Abramovun, istərsə də Tamilla Hacıyevanın sağ olan birinci və ikinci növbədə vərəsələri olmadığından həmin miras amlaka sahib duraraq faktiki olaraq idarə etməyə başlamışdır. X21 birinci növbədə olan vərəsələrindən atası X10 xx.xx.1999cu il tarixdə, anası X28 xx.xx.1980-cı il tarixdə, ikinci növbədə olan vərəsələrindən qardaşı X11 xx.xx.1981-ci il tarixdə, X12 isə xx.xx.2000-ci il tarixdə vəfat etmişlər. X12 ailə həyatı qurmamış, yəni subay olmuşdur. Göründüyü kimi Göyçay rayon Notariat Ofisinin notariusu Polad Nəcəfli notariat hərəkətlərinin aparılmasından imtina edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255 və 1159.2-ci maddələrinin tələblərini pozmuş, əsassız və qanunsuz olaraq mənə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilən xüsusatları təsdiq edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş maraqlı şəxs Göyçay rayon Notariat Ofisinin nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Yazılı sübut qismində işə əlavə edilmiş Göyçay rayon Notariat Ofisinin 08 aprel 2024-cü il tarixli, 300 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə əsasən X8 vərəsəsi hesab edilmədiyi üçün Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Göyçay rayon Qeydiyyat şöbəsinin 19 mart 2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1946-cı il təvəllüdlü X22 ailə üzvləri; atası X7 (xx.xx.1900), anası X28 (xx.xx.1900), qardaşı X5r (xx.xx.1900). Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət X16 30 noyabr 2023-cü il tarixli 365 saylı arxiv çıxarışından görünür ki, 03 aprel 1943-cü ildə anadan olmuş Tamilla Hacıyevanın atası X18, anası X23r. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X30 Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X2 vəfatı ilə bağlı xx.xx.2015-ci il tarixli 547 saylı ərizəyə əsasən Ərizəçi Dövlət Sosial Müdafiə Fondu Göyçay rayon şöbəsi tərəfindən 300.00 (üç yüz) manat dəfn üçün müavinət hesablanıb ödənilmişdir. Azərbaycan Respyublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsünə dair sənədin surətindən görünür ki, Göyçay rayon Aqrar İslahatı Komissiyasının 14 may 1999-cu il tarixli 50 nömrəli qərarı ilə X13 345,06 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Göyçay rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışlarından görünür ki, X11 xx.xx.1941-ci ildə Göyçay rayonun Qarabağlar kəndində, X12 xx.xx.1946-ci ildə Göyçay şəhərində, Ərizəçi xx.xx.1978-ci ildə Göyçay şəhərində anadan olmuşdur. Göyçay rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli nikah akt qeydindən çıxarışdan görünür ki, X11 ilə İbrahimova Hicranə İbrahimxəlil qızı arasında nikah xx.xx.1972-ci il tarixdə Göyçay rayon Qeydiyyat Şöbəsində bağlanmışdır. Ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X19 xx.xx.2008-ci ildə, X3 xx.xx.2015-ci ildə ölmüşdür. Göyçay rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışlarından görünür ki, X28 xx.xx.1980-ci ildə, X11 xx.xx.1981-ci ildə, X10 xx.xx.1999-cu ildə, Hacıyeva Hicranə İbrahimxəlil qızı xx.xx.2000-ci ildə, X12 xx.xx.2000-ci ildə vəfat etmişdir. Göyçay rayon Qeydiyyat Şöbəsinin 14 mart 2024-cü il tarixli arayışından görünür ki, Azərbaycan Respublikası vətəndaşı xx.xx.1946-ci ildə Göyçay şəhərində anadan olmuş X4 ailə vəziyyətinin müəyyən edilməsi xx.xx.1964-cü ildən xx.xx.2000-ci ilədək olan dövə aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X4 nikah haqqında akt qeydi aşkar edilməmişdir. Göyçay rayon Qeydiyyat Şöbəsinin 16 may 2024-cü il tarixli arayışından görünür ki, Ərizəçi xx.xx.1978-ci ildə Göyçay şəhərində anadan olmuş, atası X11, anası Hacıyeva Hicranə İbrahimxəlil qızıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələrdir. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 445.0-cı maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xüsusi icraat işlərinə aşağıdakı hallarda baxırlar: 445.0.6-cı maddəsinə əsasən şikayət edilən notarial hərəkətlər (onların edilməsindən imtina) Azərbaycan Respublikasının notariusu və ya digər orqanı tərəfindən edildikdə. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyatma dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 8-ci bəndinə əsasən “ notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə” xususi icraat qaydasında ümumi məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndinə əsasən notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Hüquqi dövlətin əsas prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipinə görə isə hüquqi tənzimləmələr aydın, başa düşülən, tətbiq oluna bilən və obyektiv olmalı, həm şəxslər, həm də dövlət orqanları üçün heç bir tərəddüd və ya şübhəyə yer qoymamalıdır. Şəxs hərəkətlərinin hansı hüquqi nəticəyə səbəb olacağını əvvəlcədən bilməlidir. Yalnız bu halda o, üzərinə düşən öhdəlikləri qabaqcadan görə və davranışını tənzimləyə bilər. Hüquqi müəyyənlik tələb edir ki, normalar proqnozlaşdırıla bilən olsun, fərdlər bütün hərəkət və davranışlarında dövlətə etibar edə bilsin, dövlət isə bu inam hissini sarsıdan hüquqi tənzimləmədən çəkinsin. Məhkəmə iclasında müəyyən edildi ki, Abramov Yakov X1 ilə xx.xx.1982-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə,evlənmiş və onların birgə nikahından övladları olmamışdır. Göyçay rayon X14 xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarı ilə mərhum X15 ünvan 1 ünvanda yerləşən 345.06 m həyatyanı torpaq sahəsi ayrılmışdır. X19 xx.xx.2008-ci il tarixdə, X3 isə xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. X3 vəfat edərkən onun birinci və ikinci növbədə olan vərəsələrindən heç biri olmadığından ərizəçi dəfn xərcini çəkərək, hüzür mərasimini təşkil etmişdir. Tamilla Hacıyeva vəfat etdikdən sonra, miras qalmış ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsini Ərizəçi faktiki qəbul edərək, sözügedən əmlakı öz mülkiyyəti kimi idarə etmişdir. Ərizəçi miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnaməni almaq üçün Göyçay rayon Notariat Ofisinin notariusu Polad Nəcəfliyə müraciət etsə də, notariat hərəkətinin aparılmasından xx.xx.2024-cü il tarixdə imtina edilmişdir. İmtinaya səbəb kimi X8 vərəsəsi hesab edilmədiyi göstərilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, mərhum X6 miras qalmış və ünvan 1 ünvanda yerləşən 345.06 m həyətyanı torpaq sahəsinə dair adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat hərəkətlərinin aparılması vəzifəsi Göyçay rayon Notariat Ofisinin notariusu X17 həvalə edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Mərhum X6 miras qalmış və ünvan 1 ünvanda yerləşən 345.06 m həyətyanı torpaq sahəsinə dair adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı notariat hərəkətlərinin aparılması vəzifəsi Göyçay rayon Notariat Ofisinin notariusu X17 həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Göyçay rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnaz Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar