Məhkəmə qərarları › İş №2(046)-977/2021

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-977/2021

23.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-977/2021 23.11.2021 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı 468 manat itrilmiş qazın həcminin silinməsi tələbinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB-nin Ağsu X4 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən abonent saldosuna hesablanmış 468 manat itrilmiş qazın həcminin silinməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddianının təmin edilməsini və məhkəmə baxışının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonu Çayarxı kəndində yaşadığı fərdi yaşayış evinə Cavabdeh İB tərəfindən küçədə quraşdırılmış sayğac vasitəsilə məişət qazı ilə təmin edilir. Hər ay istifadə etdiyi qazın dəyərin tam olaraq ödəyir. 23 noyabr 2020ci il tarixdə Cavabdeh İB Göyçay Xidmət Sahəsinin əməkdaşları tərəfindən sözü gedən sayğac sökülərək yenisi ilə əvəz olunmuşdur. Əvəz olunmasına səbəb kimi sayğaca quraşdırılmış qaz xəttinin, havaya qaz buraxması olmuşdur. Bu zaman ona məxsus sayğaca 468 manat cərimə yazılmışdır. Qeyd etmək istəyir ki, sayğac küçədə quraşdırılmışdır. Yaşayış sahəsindən kənarda qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə heç bir cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan Cavabdeh İB daşıyır. Sayğacda baş vermiş yararsızlıqlar onun təqsiri nəticəsində baş verməmişdir. Buna görə də iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh İB-nin nümayəndəsi X3 iddianı qəbul etməyərək göstərmişdir ki, 23.11.2020-ci il tarixdə ’’Azəriqaz” X1 RQİİ-nin Göyçay Xidmət Sahəsinin əməkdaşları Göyçay rayonu Çayarxı kəndində yaşayan İddiaçı yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bundan sonra 23 dekabr 2020-ci il tarixdə yeni quraşdırılmış ZENNER G4T markalı, **********1 nömrəli qaz sayğacının göstəricisi götürülmüş,bu zaman həmin sayğacın son göstəricisi 1829 m3 olmuşdur. İllik limit keçdiyindən sərfiyyat 0.20 qəpikdən hesablanaraq sərfiyyatın dəyəri olan 365.80 (üç yüz altmış beş) manat 80 qəpik məbləğ abonentin **********00000 nömrəli abonent koduna işlənmişdir. Bundan 8 gün sonra, yəni 31 dekabr 2020-ci il tarixdə həmin sayğacın göstəricisi yenidən götürülmüşdür.Bu zaman sayğacın son göstəricisi 2340 m3 olmuşdur. Əvvəlki göstərici ilə son göstəricinin arasındakı fərq 511 m3 təşkil etmişdir ki, bunun da dəyəri olan 102.20 (yüz iki) manat 20 qəpik abonentin koduna vurulmuşdur. Ümumilikdə 2020-ci ilin dekabr ayında abonent İddiaçı **********00000 nömrəli abonent koduna 2340 m3 təbii qazın dəyəri olan 468.00 (dörd yüz altmış səkkiz) manat məbləğ vurulmuşdur. İddiaçı fərdi yaşayış evindən açılmış qaz sayğacına görə ona heç bir cərimə və ya itirilmiş qazın dəyəri hesablanmamışdır. İddiaçı abonent koduna 2020-ci ilin dekabr ayında hesablanaraq vurulmuş 468.00 (dörd yüz altmış səkkiz) manat məbləğ onun mənzilində istifadə edilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Məhkəməyə təqdim edilmiş Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus Göyçay rayonu Çayarxı kəndində yerləşən fərdi yaşayış evindən qaz sayğacı, yenisi ilə əvəz evilmişdir. Məhkəməyə təqdim edilmiş Cavabdeh Ağsu RQİİ Göyçay Xidmət Sahəsinin 21.09.2021-ci il tarixli bildirişdən görünür ki, abonent İddiaçı 216 manat dəyərində itirilmiş qazın həcmi hesablanmış, həmçinin 65 manat sayğacın dəyəri tərəfindən ödənilməli olduğu bildirilmişdir. İddiaçı həmin borcu 5 (beş) gün müddət ərzində ödəməsi xəbərdarlıq edilmiş, əks təqdirdə evinə təbii qazın verilişinin dayandırılacağı bildirilmişdir. Məhkəməyə təqdim edilmiş foto şəkillərdən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin, havaya qaz buraxdığı müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş İddiaçı tərəfindən Cavabdeh Ağsu RQİİ Göyçay Xidmət Sahəsinə ünvanlanmış 02.01.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı fərdi yaşayış evinə quraşdırılmış sayğacın borularında boşluq olduğu barədə məlumat vermişdir. İş cavabdehin nümayəndəsini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından göründüyü kimi tərəflər arasında təbii qazdan istifadə qaydaları ilə bağlı mübahisə yaranmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçının yaşayış evini təbi qazla təmin edən təbii qaz xəttinin, havaya qaz buraxıldığı müəyyən edilmişdir. Bu barədə iddiaçı tərəfindən cavabdehə müraciət edilmiş, lakin cavabdeh qeyd edilən nöqsanın aradan qaldırılması ilə bağlı heç bir tədbir görməmiş, iddiaçıya bununla bağlı rəsmi məlumat verməmişdir. Beləliklə, məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbi təmin edilməli, Cavabdeh Ağsu X4 idarəsi tərəfindən İddiaçı abonent saldosuna hesablanmış 468 manat borc silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh İB-nin Ağsu X4 idarəsinin Göyçay Xidmət sahəsi tərəfindən İddiaçı məxsus abonent saldosuna hesablanmış 468 manat məbləğində borc silinsin. Qətnamənin icrası cavabdehin hüquqi ünvanının olduğu yer üzrə Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Fəttahov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar