Məhkəmə qərarları › İş №2(046)-980/2023

Göyçay Rayon Məhkəməsi Qərardad — İş №2(046)-980/2023

06.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göyçay rayonu İş № 2(046)-980/2023 06.06.2023 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdeh İB-nə qarşı abonent koduna yazılmış məbləğin silinməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İB-in əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən hesablanmış 216 manat sayğaca müdaxiləyə görə hesablanmış pulun və 65 manat yeni sayğacın dəyərinin hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı 06 iyun 2023-cü il tarixə saat 10:30-a təyin edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tərəflərə məlumat verilmiş, lakin iddiaçının Rusiya Federasiyasında olması qeyd edilmiş poçt zərfi və məhkəmə bildirişi geri qaytarılmış, cavabdehin nümayəndəsi isə məhkəmə bildirişini almasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki,tərəflər məhkəməyə gəlmədiyindən və işə onların iştirakı olmadan baxılması barədə vəsatətləri məhkəməyə daxil olmadığından iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X1 Cavabdeh İB-nə qarşı abonent koduna yazılmış məbləğin silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki,iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Göyçay rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar