Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № 2(046)-999/2022 06.07.2022 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Hakim Fəttahov İbrahim Bağır oğlunun sədrliyi, Səmidli Nərmin Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair mülki işə Göyçay şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə müraciət edərək 21 iyul 1998-ci il tarixli 39 nömrəli qərarı ilə mərhum anam X13 ilə bacım X8 verilmiş, Göyçay rayonunun Qaraman kəndində yerləşən 0,63 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN: 002 F(kod ********) saylı şəhadətnamənin mərhum X9 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 nömrəli qərarı ilə mərhum X2 ilə bacısı X8 Göyçay rayonunun Qaraman kəndində 0,63 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə mülkiyyət hüququnu torpağın mülkiyyətə verilməsinə dair JN:002 saylı şəhadətnamə təsdiq edir. X2 18 mart 2007-ci il tarixdə vəfat etmişdir. Göyçay rayon məhkəməsinin 05 noyabr 2019-cu il tarixli 2(046)-1393/2019 saylı qətnaməsinə əsasən cavabdehlər X16, X14, X15, X17, X12, X4 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayon notariat kontoruna qarşı, mərhum X5 miras qalmış Göyçay rayonunun Qaraman kəndində yerləşən torpaq sahəsinin, mirasın onun tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi və həmin miras torpaq sahəsinin 0,10 ha hissəsinə vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması, mirasın bölüşdürülərək 0,10 ha torpaq sahəsinin mənə verilməsi barədə tələbi qismən təmin edilmiş, mirasın, yəni ümumi mülkiyyətdə olan Göyçay rayonu, Qaraman kəndində 0,63 ha torpaq sahəsindən mərhum X9 çatası payın onun tərəfindən qəbul edilmə faktı müəyyən edilmiş, həmin mirasa daxil olan torpaq sahəsinin 0,10 ha hissəsinə vəsiyyət üzrə vərəsəlik hüququm tanınmışdır. Miras torpaq sahəsinin 0,10 ha hissəsinə mülkiyyət hüququmu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq istəyərkən məlum olmuşdur ki, torpağın mülkiyyətə verilməsinə dair JN: 002 saylı şəhadətnamədə mərhum anasının ata adı səhvən İsmayıl kimi yazılmışdır. Bu səbəbdən də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi 20 dekabr 2021-ci il tarixli **********58 saylı məktubla ona çatışmazlıqlar aradan qaldırıldıqdan sonra hüququmun qeydiyyata alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacağını bildirmişdir. Buna görə də ərizənin təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə baxışında iştirak etməmişdir. İş üzrə ərizəçini dinləyən, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəməyə təqdim edilmiş X6 təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1963-ci il tarixdə anadan olmuşdur. X1r. Məhkəməyə təqdim edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Məhkəməyə təqdim edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair JN-002F saylı şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə Göyçay rayonu Qaraman kəndində yerləşən 0.63 ha torpaq sahəsi X7 və digər ailə üzvünün mülkiyyətinə verilmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(046)-1393/2019 saylı qətnaməsindən görünür ki, Mirasın, yəni ümumi mülkiyyətdə olan Göyçay rayonu, Qaraman kəndində 0,63 ha torpaq sahəsindən mərhum X9 çatası payın iddiaçı Ərizəçi tərəfindən qəbul edilmə faktı müəyyən edilmiş, həmin mirasa daxil olan torpaq sahəsinin 0,10 ha hissəsinə onun vəsiyyət üzrə vərəsəlik hüququ tanınmışdır Məhkəməyə təqdim edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, DT və XK-si tərəfindən verilmiş JN-002F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə X7 ata adı səhvən “X11” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 350.2.11-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, digər hüquqi əhəmiyyəti olan faktları da müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, JN-002F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin mərhum X2na məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 350.2.5, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ Ərizə təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-002F saylı dövlət şəhadətnamədə mülkiyyətçilər siyahısının 1-ci bəndində X3 adı qeyd edilmiş dövlət aktının Ərizəçi mərhum X2na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İbrahim Fəttahov
Məhkəmə qərarları › İş №2(046)-999/2022
Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №2(046)-999/2022
06.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver