Məhkəmə qərarları › İş №2(047)-1046/2025

Laçın Rayon Məhkəməsi Qərardad — İş №2(047)-1046/2025

14.01.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 2(047)-1046/2025 14.01.2026 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Laçın Rayon İcra Hakimiyyəti başçısının yanında “Qəyyumluq və Himayəçilik komissiyası”na qarşı həyat yoldaşı X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Laçın Rayon İcra Hakimiyyəti başçısının yanında “Qəyyumluq və Himayəçilik komissiyası”na qarşı həyat yoldaşı X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəməyə teleqram vuraraq qeyd etmişdir ki, həyat yoldaşı vəfat etdiyi üçün ərizəsini geri götürür. Ərizəsinin və ərizəyə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş edir. İş üzrə olan maraqlı şəxs Laçın Rayon İcra Hakimiyyəti başçısının yanında “Qəyyumluq və Himayəçilik komissiyası”nın nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəsatətini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə məhkəmə Ərizəçi maraqlı şəxs Laçın Rayon İcra Hakimiyyəti başçısının yanında “Qəyyumluq və Himayəçilik komissiyası”na qarşı həyat yoldaşı X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair iddia ərizəsinin və ərizəyə əlavə olunmuş sənədlərin iddiaçıya geri qaytarılması qənaətinə gəlir. Bundan başqa məhkəmə Ərizəçi məcburi köçkün olduğundan məhkəmədə iddia qaldırılarkən qanunla nəzərdə tutulan dövlət rüsumunun ödənilməsindən azad olunduğunu və buna görə də dövlət rüsumunu ödəmədiyini, odur ki, ərizə baxılmadan geri qaytarılarkən bu halın nəzərə alınmalı olduğunu qeyd edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 170, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi maraqlı şəxs Laçın Rayon İcra Hakimiyyəti başçısının yanında “Qəyyumluq və Himayəçilik komissiyası”na qarşı həyat yoldaşı X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər Ərizəçi geri qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Laçın rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar