Məhkəmə qərarları › İş №2(047)-1269/2025

Laçın Rayon Məhkəməsi Qərardad — İş №2(047)-1269/2025

13.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 2(047)-1269/2025 13.11.2025 LAÇIN RAYON MƏHKƏMƏSİ Mən, Laçın Rayon Məhkəməsinin hakimi İbrahimov Cavad Cavanşir oğlu, Ərizəçi maraqlı şəxs Laçın Rayonu İcra Hakimiyyəti başçısı yanında “Qəyyumluq və Himayəçilik komissiyası”na qarşı oğlu X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi maraqlı şəxs Laçın Rayonu İcra Hakimiyyəti başçısı yanında “Qəyyumluq və Himayəçilik komissiyası”na qarşı oğlu X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrinin tələblərinə riayət edilmədən verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, Ərizəçi maraqlı şəxs Laçın Rayonu İcra Hakimiyyəti başçısı yanında “Qəyyumluq və Himayəçilik komissiyası”na qarşı oğlu X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, lakin ərizə Ərizəçi tərəfindən imzalanmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qeyd olunan hüquq normalarını nəzərdən keçirib belə qənaətə gəlir ki, Ərizəçi maraqlı şəxs Laçın Rayonu İcra Hakimiyyəti başçısı yanında “Qəyyumluq və Himayəçilik komissiyası”na qarşı oğlu X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizə Ərizəçi tərəfindən imzalanmadığı üçün ərizəçiyə geri qaytarılmalı, iddia ərizəsinin qaytarılması nöqsanları aradan qaldırıldıqdan sonra ərizəçiyə ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə iddia verməsi hüquqları izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi maraqlı şəxs Laçın Rayonu İcra Hakimiyyəti başçısı yanında “Qəyyumluq və Himayəçilik komissiyası”na qarşı oğlu X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəsinin qaytarılması nöqsanları aradan qaldırıldıqdan sonra ərizəçiyə ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə iddia verməsi hüquqları izah edilsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim:Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar