Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(119)-252/2025 08.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli e-2(067)-2989/2024 nömrəli qərardadı ilə iddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə e-2(067)-2989/2024 nömrəli mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş və həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər 20 dekabr 2024-cü ildə Sumqayıt Kommersiya Məhkəməsinə daxil olmuşdur. İddiaçının nümayəndəsi 08 yanvar 2025-ci il tarixdə məhkəməyə vəsatət təqdim edərək işin Xaçmaz Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli e-2(067)- 2989/2024 nömrəli qərardadının tam mətni 11 dekabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış müvafiq kabinetə yerləşdirilmiş, iddiaçı tərəfindən prosessual müddət ötürülməməklə 20 dekabr 2024-cü il tarixdə həmin qərardaddan şikayət verilmişdir. Lakin Xaçmaz Rayon Məhkəməsi həmin qərardaddan şikayət verilməsi üçün qanunla nəzərdə tutulan prosessual müddəti gözləmədən işi Sumqayıt Kommersiya Məhkəməsinə göndərmişdir. Buna görə də hazırkı iş iddiaçının şikayətinə münasibət bildirilməsi üçün Xaçmaz Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi vəsatətin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları ilə müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli e-2(067)-2989/2024 nömrəli qərardadı ilə iddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı “borcun qaytarılması” tələbi barədə iddia ərizəsinə dair e- 2(067)-2989/2024 saylı mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış və iddiaçı tərəfindən həmin qərardad mübahisələndirilmişdir. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, vəsatət təmin edilməli, iddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair iş Xaçmaz Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli e-2(067)- 2989/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsində icraatdan çıxarılaraq Xaçmaz Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264 və 269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: Vəsatət təmin edilsin. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair iş Xaçmaz Rayon Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli e-2(067)-2989/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsində icraatdan çıxarılaraq Xaçmaz Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №2-2(119)-252/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(119)-252/2025
08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver