Məhkəmə qərarları › İş №2(047)-226/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-226/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-226/2023 03.10.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ilə məhkəməyə müraciət еdərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh sahibliyində olan mal-qara xx.xx.2020-ci il tarixdə İddiaçı Sığorta Şirkətində könüllü sığorta növü ilə sığortalanmış “Fiat Doblo” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması İsmayıllı rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. xx.xx.2020-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi hesabata uyğun olaraq "Fiat Doblo” markalı, **-JA-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilə 6250 (altı min iki yüz əlli) manat ziyan dəymişdir. **********0 saylı sığorta müqaviləsinin 092647 saylı sığorta aktına əsasən “Atəşgah" Sığorta Şirkəti ümumi zərər məbləğindən müqavilə üzrə nəzərdə tutulmuş 250 manat azadolma çıxılmaqla 6000 (altı min) manat sığorta ödənişi həyata keçirmişdir. Göstərilənlərə əsasən hesab edirlər ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" sığorta şirkəti tərəfindən ödənilmiş 6000 (altı min) manat sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq adiaçının xeyrinə tutulmalıdır. Odur ki, Cavabdeh 6000 (altı min) manat sığorta ödənişi məbləğinin və ödənilmiş 80,40 (səksən manat qırx qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 6080,40 manat pulun İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Elməddin Rəhimov məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarını iştirakları olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndəsinin onun iştirakı olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə olan Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram vuraraq məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli sığorta aktından, Azərbaycan Respublikası BDYPİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan və "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək könüllü sığorta növü ilə sığortalanmış “Fiat Doblo” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə Cavabdeh sahibliyində olan mal-qaranı vurması nəticədə zədələnmiş, dəymiş ziyanın məbləği 6250 manat müəyyən edilmiş və qeyd edilən məbləğdən 250 manat azadolma məbləği xx.xx.2020-ci il tarixdə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilmişdir. İş materiallarına əlavə olunmuş «X4» ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 6250 manat sığorta ödənişi "xxxx" MMC-yə ödənilmişdir. İş materiallarına əlavə olunmuş YPX İnzibati qrupunun polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci və 338.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 80 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3728 nömrəli ekspertiza rəyindən görünür ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qusur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı «Fiat Doblo» markalı **- JA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5536 manat müəyyən edilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə müvafiq olaraq subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göründüyü kimi İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək könüllü sığorta növü ilə sığortalanmış “Fiat Doblo” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə Cavabdeh sahibliyində olan mal-qaranı vurması nəticədə zədələnmişdir. Ona görə də YPX İnzibati qrupunun polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci və 338.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 80 manat məbləğində inzibati tənbeh tətbiq edilmişdir. Nəticədə “Fiat Doblo” markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 6250 manat müəyyən edilərək həmin məbləğ "xxxx" MMCyə, həmçinin qeyd edilən məbləğdən 250 manat azadolma məbləği xx.xx.2020-ci il tarixdə isə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilmişdir. Beləliklə də iddiaçının təqdim etdiyi sənədlərə əsasən Cavabdeh həmin şirkətə ödənilməmiş 6000 manat məbləğində borcu qalmışdır. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 6000 manat məbləğində dəymiş ziyan cavabdehdən tələb edilsə də qeyd edilən məbləğ Cavabdeh tərəfindən ödənilməmişdir. Ona görə də İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı belə bir tələblə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə tərəfindən dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və müvafiq ekspert rəyinə əsasən 2014-cü il buraxılışlı «Fiat Doblo» markalı **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5536 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən də məhkəmə müvafiq ekspert rəyi ilə razılaşaraq, həmçinin xx.xx.2020ci il tarixdə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilmiş 250 manat azadolma məbləği ekspert rəyi ilə müəyyənləşdirilmiş dəymiş ziyan məbləğindən çıxılmaqla Cavabdeh cəmi 5286 manat sığorta ödənişi məbləğinin tutulmaqla iddia tələbinin qismən təmin olunmasını qanuni və əsaslı hesab edir. Həmçinin, iddia tələbi qismən təmin edilməli olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən iddianın qaldırılması üçün iddiaçının ödədiyi 80,40 manat dövlət rusumunun 73 manatı onun xeyrinə cavabdehdən tutulmalı və digər qismi, yəni 7,40 manatı isə iddiaçının hesabına aid edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-ci maddəsinin tələblərinə görə,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli Cavabdeh 5286 manat sığorta ödənişi məbləği və ödənilmiş 80,40 manat dövlət rüsumunun 73 manatı tutulub İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 7,40 manatı iddiaçının hesabına aid edilməli və iddia tələbi qalan hissədə isə rədd edilməlidir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3728 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərcinin 25 (iyirmi beş) manatı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən, 25 (iyirmi beş) manatı isə Cavabdeh alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, Hesab AZ34 CTRE00000 00000000 2088501, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ0 **********000003944, S.W.İ.F.T. Bik CTREAZ 22 saylı hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5286 manat sığorta ödənişi məbləği və ödənilmiş 73 manat dövlət rüsumu olmaqla, cəmi 5359 (beş min üç yuz əlli doqquz) manat pul tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 7,40 (yeddi manat qırx qəpik) manatı iddiaçının hesabına aid edilsin. İddia tələbi qalan hissədə isə rədd olunsun. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3728 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərcinin 25 (iyirmi beş) manatı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən, 25 (iyirmi beş) manatı isə Cavabdeh alınaraq Dövlət büdcəsinin Az.MEM, VÖEN **********, Hesab AZ34 CTRE**********0 002088501, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ0**********000003 944, S.W.İ.F.T. Bik CTREAZ 22 saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar