Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-291/2023 01.08.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak edən Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsinə dair rəsmi ərizəsini məhkəməyə təqdim edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 9/2-7059 nömrəli arxiv arayışının ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və qeyd edilən ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul olunmuşdur. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, xx.xx.1971-ci il tarixdə Laçın Rayon Çıraqlı kəndində anadan olmuş, N2-ci ildə Laçın rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, xx.xx.N2-ci ildə döyüş zonasında hərbi xidmət keçərkən yaralanaraq xx.xx.N2-ci ildən xx.xx.N2-ci ilədək Bakı şəhər X6 müayinə və müalicə olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyiin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə aldığı xəsarətinin hərbi travma olması və həmin xəsarətinin Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı qeyd edilmişdir. Ona müharibə veteranı statusunun verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş və ondan bir sıra sənədlərin, o cümlədən də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxiv arayışının verilməsi bildirilmişdir. O, bununla bağlı Maraqlı şəxs Arxiv İdarəsinə müraciət etmiş və ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli 9/2-7059 nömrəli arxiv arayışında N nömrəli hərbi hissə komandirinin N mart N2-ci il tarixli, 46 nömrəli və N may N2-ci il tarixli, 08 nömrəli əmrlərində sıravi Ərizəçi hərbi hissəyə daxil olması və şəxsi heyətin siyahısında adının qeyd edilməsi, lakin hər iki əmrdə də ata adının qeyd olunmaması bildirilmişdir. Lakin o, bildirir ki, həmin məlumatlar ona məxsusdur, belə ki, o, göstərilən hərbi hissədə xidmət etmiş və döyüşmüşdür. Bundan başqa həmin məlumatın ona məxsusluğunu onunla birlikdə hərbi hissədə döyüşən döyüşçü yoldaşları da təsdiq edə bilər. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 9/2-7059 nömrəli arxiv arayışının ona məxsus olması faktının müəyyən edilməsi ona xidmətləri ilə bağlı müharibə veteranı statusunun verilməsi üçün lazımdır. Əlavə olaraq bildirir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 9/2-7059 nömrəli arxiv arayışının ona məxsus olmasının nəzərə alınması üçün o, Maraqlı şəxsnə dəfələrlə etdiyi yazılı və şifahi müraciətlərə baxmayaraq Maraqlı şəxs tərəfindən edilən müraciətlərə cavab verilməyərək həmin səndin ona məxsus olmasının təsdiq edilməsindən imtina etmişdir. Odur ki, artıq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən də ərizəsinin təmin edilməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 9/2-7059 nömrəli arxiv arayışının ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və onun iştirakı olmadan işə baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə maraqlı şəxsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək göstərdi ki, o, xx.xx.N2-ci ildən xx.xx.N3-cü il tarixinə kimi N saylı hərbi hissənin tərkibində həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə iştirak etmişdir. Ərizəçi onun həmkəndlisidir və həqiqətən də ərizəçi xx.xx.N2-ci ildən xx.xx.N2-ci il tarixinə kimi N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək göstərdi ki, o, xx.xx.N1-ci ildən xx.xx.N2-ci il tarixinə kimi N saylı, xx.xx.N2-ci ildən xx.xx.N3-cü il tarixə kimi 836 saylı, xx.xx.N3-cü ildən xx.xx.N6-cı il tarixədək isə N saylı hərbi hissələrin tərkibində hərbi xidmət keçmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə iştirak etmişdir. Ərizəçi onun həmyerlisidir və həqiqətən də ərizəçi xx.xx.N2-ci ildən xx.xx.N2-ci il tarixinə kimi N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan Laçın Rayon İcra Hakimiyyəti başçısının Kamallı kənd icra nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 178 saylı arayışından və vəsiqələrin surətindən görünür ki, Ərizəçi məcburi köçkündür və hal-hazırda Sumqayıt şəhəri Yeni yaşayış massivi 8-ci sahədə məskunlaşmışdır. İşdə olan X2, X3 və X1 tərəfindən tərtib edilmiş və Laçın Rayon İcra Hakimiyyəti başçısının Kamallı kənd üzrə icra nümayəndəliyi tərəfindən imzalanaraq təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktın məzmunundan və ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi həqiqətən də Azərbaycan Respublikasının ərazi bütövlü uğrunda gedən döyüşlər zamanı onlarla birlikdə N saylı hərbi hissənin tərkibində xidmət etmiş, lakin həmin şahidlərdən biri olan X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İşdə olan Fizulu Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli 3-3-16/2-ş-27/23 nömrəli məktubundan görünür ki, Ərizəçi barəsində Fizuli Hərbi Prokurorluğunda təqsirləndirici material və cinayət işi olmamışdır. İş materiallarında olan дж seriyalı 151165 saylı hərbi biletin surətindən görünür ki, şahid X3 xx.xx.N1-ci ildən xx.xx.N3-cü il tarixədək N saylı hərbi hissədə xidmət etmişdir. İş materiallarında olan НЗ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, şahid X2 xx.xx.N2-ci ildən xx.xx.N3-cü il tarixədək N saylı hərbi hissədə xidmət etmişdir. İş materiallarında olan НЗ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, şahid X1 xx.xx.N2-ci ildən xx.xx.N3-cü il tarixədək N saylı hərbi hissədə xidmət etmişdir. İş materiallarında olan НЗ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, şahid X5 xx.xx.N1-ci ildən xx.xx.N2-ci il tarixinə kimi N saylı, xx.xx.N2-ci ildən xx.xx.N3-cü il tarixə kimi 836 saylı, xx.xx.N3-cü ildən xx.xx.N6-cı il tarixədək isə N saylı hərbi hissələrin tərkibində hərbi xidmət keçmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 9/2-7059 nömrəli arxiv arayışından görünür ki, N №-li hərbi hissə komandirinin N mart N2-ci il tarixli 46 №-li əmrində (əsas: sıra-1, səh-15, əmrdə atasının adı yazılmamışdır) sıravi Ərizəçi hərbi hissəyə daxil olunması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N may N2-ci il tarixli 08 №-li əmrində (əsas sıra 251, səh-31 əmrdə atasının adı qeyd edilməmişdir) şəxsi heyətin siyahısında Ərizəçi adı qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Ərizəçi müharibə veteranı vəsiqəsinin verilməsi üçün tələb olunan sənədlərdən birinin də hərbi xidmət haqqında arxiv arayışının olduğu vətəndaşa bildirilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyiin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli qərarının və TSEK-na göndərişin məzmunundan görünür ki, Ərizəçi xx.xx.N2-ci ildə döyüş zonasında hərbi xidmət keçərkən yaralanaraq xx.xx.N2-ci ildən xx.xx.N2-ci ilədək Bakı şəhər X6 müayinə və müalicə olunması, aldığı xəsarətinin hərbi travma olması və həmin xəsarətinin Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası SHXÇDX-nin Laçın Rayon Bölməsi tərəfindən verilmiş arayışdan görünür ki, məlum hadisələrlə əlaqədar olaraq SHXÇDX-nin Laçın Rayon Bölməsinin sənədləri işğal zonasında qaldığına görə Ərizəçi hərbi qeydiyyatda olub-olmaması barədə həmin xidmətdə məlumat yoxdur. 2021-ci ildə qanunvericiliyə əsasən 50 yaşı tamam olduğu üçün hərbi qeydiyyatdan silinmişdir. İşdə olan Azərbaycan Respublikası SHXÇDX-nin Laçın Rayon Bölməsi tərəfindən məhkəmənin sorğusuna verilən cavab məktubundan görünür ki, Ərizəçi qeydiyyat kartasında N0-cı ilin iyun ayından N0-cı ilin dekabr ayınadək keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.N2-ci ildən xx.xx.N2-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olması barədə qeydlər aparılmışdır. Əlavə olaraq bildirilir ki, SHXÇDX-nin Laçın Rayon Bölməsində mövcud arxiv-uçot sənədlərində xx.xx.1971-ci il təvəllüdlü Ərizəçi hərbi biletin verilib-verilməməsi barədə məlumat yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutlar əsasında belə müəyyən edildi ki, Ərizəçi həqiqətən də xx.xx.N2-ci il tarixdən xx.xx.N2-ci il tarixə kimi N saylı hərbi hissənin tərkibində müddətli həqiqi hərbi xidmət keçmişdir. Bu fakt ərizəçi ilə birlikdə həmin hərbi hissədə xidmət etmiş şahid ifadələri, akt, Azərbaycan Respublikası SHXÇDX-nin Laçın Rayon Bölməsi tərəfindən məhkəmənin sorğusuna verilən cavab məktubu və digər sübutlarla təsdiq edilir. Qeyd edilənlərə əsasən də, məhkəmə iclası zamanı Ərizəçi xx.xx.N2-ci ildən xx.xx.N2-ci il tarixinə kimi N saylı hərbi hissənin tərkibində müddətli həqiqi hərbi xidmət keçməsi, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinə müracət etməsi, həmin arxiv idarəsi tərəfindən ərizəçiyə xx.xx.2019-cu il tarixli 9/2-7059 nömrəli arxiv arayışının təqdim olunması, qeyd edilən arxiv arayşında onun adının sıravi Ərizəçi kimi qeyd edilməsi və bununla bağlı ərizəçi tərəfindən qeyd edilən arxiv arayışının ona məxsus olması ilə bağlı dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə şifahi və yazılı müraciətlər edilməsinə baxmayaraq həmin müraciətlərin cavabsız qalması və qeyd edilən arxiv arayışının ərizəçiyə məxsus olmasının təsdiq edilməsinin ona müvafiq qaydada müharibə veteranının adı və vəsiqəsinin verilməsi üçün lazım olduğu müəyyən edildi. Göstərilənlərə əsasən də məhkəmə ərizənin təmin olunmasını, yəni Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 9/2-7059 nömrəli arxiv arayışının Ərizəçi məxsus olması faktının müəyyən olunmasını qanuni və əsaslı hesab edir. Bundan başqa, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM–nin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM–nin 309.1-ci maddəsində göstərir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. MPM–nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 sentyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 6.8-ci bəndində da qeyd edilir ki, qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Həmçinin, MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Sadalanan qanunvericilik aktı normalarını hazırkı mülki işə tətbiq edən məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 9/2-7059 nömrəli arxiv arayışının Ərizəçi məxsus olması ilə bağlı hüquqi əhəmiyyəti olan fakt müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 213-214, 216-220, 227, 233, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 9/2-7059 nömrəli arxiv arayışının Ərizəçi məxsus olması ilə bağlı hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-291/2023
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-291/2023
01.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver