Məhkəmə qərarları › İş №2(047)-323/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-323/2024

04.03.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-323/2024 04.03.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, Ərizəçi X2 maraqlı şəxs X5 qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi X6 ərizə ilə məhkəməyə müraciət edərək, X7 ilə aralarında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin X6 ilə X7 arasında Bakı şəhəri 10 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişinin 2.1-ci bəndi-ata X7 aylıq 300 (üç yüz) manat aliment ödəsin və həmin məbləği 2023-cü il dekabr ayından başlayaraq hər ayın 1-dən 10-na kimi ana X2 adına olan bank hesab kartına köçürülməsi-hissəsində məcburi icra olunması üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X6 ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə onunla X7 arasında Bakı şəhəri, 10 saylı Mediasiya Təşkilatında mediasiya prosesi keçirilmiş, mediasiyaya prosesi nəticəsində X7 ilə aralarında xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. X1 barışıq sazişinin alimentin ödənilməsinə dair hissəsini icra etmir. Ona görə də xx.xx.2023-cü il tarixli barışıq sazişinin X6 ilə X7 arasında Bakı şəhəri 10 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişinin 2.1-ci bəndi-ata X7 aylıq 300 (üç yüz) manat aliment ödəsin və həmin məbləği 2023-cü il dekabr ayından başlayaraq hər ayın 1dən 10-na kimi ana X2 adına olan bank hesab kartına köçürülməsi-hissəsində məcburi icra olunması üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi X6 məhkəməyə ərizə göndərərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilib ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs X5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinin tələblərinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş X6 ilə X7 arasında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan xx.xx.2023-cü il tarixli barışıq sazişinin 2.1-ci bəndindən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2023-cü ilin dekabr ayından başlayaraq hər ayın 1dən 10-na kimi 300 (üç yüz) manat alimenti X2 adına olan bank kart hesabına köçürülməsini öz öhdəsinə götürmüşdür. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Bundan əlavə “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmiş, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişinin 2.1-ci bəndi tam qanuni şəkildə bağlanmış, həmçinin sazişin həmin hissəsi hər hansı digər şəxslərin hüquqlarına toxunmur. X1 barışıq sazişinin qeyd edilən hissəsinin icrasından boyun qaçırmışdır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, tərəflər arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 10 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişinin 2.1-ci bəndi, yəni X4 2023-cü ilin dekabr ayından başlayaraq hər ayın 1-dən 10-na kimi 300 (üç yüz) manat alimentin tutulub X2 adına olan bank kart hesabına köçürülməsinə dair hissəsi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə, həmçinin hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X6 ilə X7 arasında Bakı şəhəri 10 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 2.1-ci bəndi, yəni X4 2023-cü ilin dekabr ayından başlayaraq hər ayın 1-dən 10-na kimi 300 (üç yüz) manat alimentin tutulub X2 adına olan bank kart hesabına köçürülməsinə dair hissəsi təsdiq edilsin. Barışıq sazişinin 2.1-ci bəndinin məcburi icrası həyata keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar