Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 2(047)-402/2023 27.04.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Mən, Laçın Rayon Məhkəməsinin hakimi İbrahimov Cavad Cavanşir oğlu, Ərizəçi maraqlı şəxs Ağcabədi Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün itirilmiş müddətin bərpası (uzadılması) barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: Ərizəçi maraqlı şəxs Ağcabədi Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün itirilmiş müddətin bərpası (uzadılması) barədə ərizə ilə məhkəməyə müraciət edərək tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Bundan başqa Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmçinin, İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 04 nömrəli qərarının 8-ci bəndinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə birbiri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin”. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Ərizəçi maraqlı şəxs Ağcabədi Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün itirilmiş müddətin bərpası (uzadılması) barədə ərizəsinə xüsusi icraat qaydasında Laçın Rayon Məhkəməsi tərəfindən deyil, iddia icraatı qaydasında notariat ofisinin yerləşdiyi yerin məhkəməsi, hazırkı halda Ağcabədi Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilən hüquq normalarının tələblərindən və iş materiallarından da göründüyü kimi hazırki mülki işə iddia icraatı qaydasında baxılmalı olduğundan Ərizəçi maraqlı şəxs Ağcabədi Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün itirilmiş müddətin bərpası (uzadılması) barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və Ərizəçi qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra müvafiq iddia ərizəsi ilə iddia icraatı qaydasında notariat ofisinin yerləşdiyi yerin məhkəməsinə müraciət etməsi hüququnun olduğu izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35, 152.1.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : Ərizəçi maraqlı şəxs Ağcabədi Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün itirilmiş müddətin bərpası (uzadılması) barədə ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra müvafiq iddia ərizəsi ilə iddia icraatı qaydasında notariat ofisinin yerləşdiyi yerin məhkəməsinə müraciət etməsi hüququnun olduğu izah izah olunsin. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-402/2023
Laçın Rayon Məhkəməsi Qərardad — İş №2(047)-402/2023
27.04.2023 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver