Məhkəmə qərarları › İş №2(047)-406/2023

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-406/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-406/2023 28.11.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2017-ci il tarixli 858 KAF nömrəli kredit müqaviləsinə əsasən “Nissan Altıma” minik markalı (Tip:sedan, Buraxılış ili-2013,Ban-1N4AL3AP1DC921548) avtomobilinin alınması məqsədi ilə cavabdehə 60 (altmış) ay müddətinə illik 19 (on doqquz) faiz dərəcəsi ilə 19660 (on doqquz min altı yüz altmış ) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan “Nissan Altıma” minik markalı (Tip:sedan, Buraxılış ili- 2013,Ban-1N4AL3AP1DC921548) **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanılmış ipoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən kreditin təminatı kimi “Nissan Altıma” minik markalı (Tip:sedan, Buraxılış ili-2013,Ban-1N4AL3AP1DC921548) ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2023-ci il tarixli, **********067 nömrəli bildirişin və xx.xx.2023-ci il tarixli (ipoteka predmetinin tutma yönəldilməsinə dair) bildirişin göndərilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh xx.xx.2023-ci il tarixə kredit üzrə cəmi borcu 8583.12 (səkkiz min beş yüz səksən üç ABŞ dolları 12 sent) ABŞ dolları təşkil edir. Bundan 8433.36 (səkkiz min dörd yüz otuz üç ABŞ dolları 36 sent) ABŞ dolları əsas, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 149.76 (bir yüz qırx doqquz ABŞ dolları 76 sent) ABŞ dolları faiz borcu təşkil edir. Qeyd edilənlərə əsasən də Cavabdeh 8433.36 ABŞ dolları əsas, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 149.76 ABŞ dolları faiz borcu, cəmi 8583.12 ABŞ dolları borcun və iş üzrə ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan “Nissan Altıma” minik markalı (Tip:sedan, buraxılış ili- 2013,Ban-1N4AL3AP1DC921548) **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hüquq departamentinin direktoru Azər Əmirov və etibarnamə üzrə nümayəndə X1 məhkəməyə ərizələr ünvanlayaraq məhkəmə iclasını onların nümayəndəsinin iştirakı olmadan keçirib tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı iddiaçının nümayəndələrinin onların iştirakı olmadan işə baxılması xahişlərini qanunauyğun sayır və mülki işə iddiaçının nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 05 sentyabr 2017-ci il tarixli kredit və ipoteka müqavilələrindən, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən və 05 sentyabr 2017-ci tarixli ipoteka müqaviləsinin qeydiyyatı ilə əlaqədar daşınar əmlakın rəsmi reyestrindən çıxarışdan görünür ki, bank tərəfindən Cavabdeh 19 faiz olmaqla 60 ay müddətinə 19660 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh məxsus **-FZ-*** dövlət qeydiyyat nişanlı “Nissan Altıma” markalı minik avtomobili bankın xeyrinə girov (ipoteka) qoyulmuş, həmin avtomobil İddiaçı ASC-də xx.xx.2022-ci il tarixədək ipoteka predmeti olaraq qeydiyyata alınmış, göstərilən avtomobilin qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 20950 maant məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən götürdüyü 19660 ABŞ dolları məbləğində pulu 60 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək hər ay 327,67 ABŞ dolları məbləğində ödəməli idi. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka xx.xx.2023-cü il tarixə 8433.36 ABŞ dolları məbləğində əsas borcu, 149.76 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 8583.12 ABŞ dolları məbləğində borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən, həmçinin Azərbaycan Respublikası DİN-nin BDYP İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişin qeydə alınmasına dair ərizədən görünür ki, kredit alan kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə ipoteka qoyana xx.xx.2023-cü il tarixdə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilərək borcludan borcunun ödənilməsi, əks təqdirdə borcun banka ipotekaya qoyulmuş **-FZ-*** dövlət qeydiyyat nişanlı “Nissan Altıma” markalı minik avtomobilinə yönəldilməsinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət ediləcəyi bildirilmiş, eyni zamanda Azərbaycan Respublikası DİN-nin BDYP İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizə isə həmin idarə tərəfindən xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş problemli kreditlərin kompensasiyasına dair məlumatdan görünür ki, Cavabdeh verilmiş kredit məbləği restrukturizasiya edilməli olan məbləğlər siyahısına daxil edilməmişdir. İş materiallarına əlavə olunmuş “X2” MMC-nin xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin bazar dəyərinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Cavabdeh məxsus olan “Nissan Altıma” markalı, ağ mirvari rəngli **-FZ-*** markalı avtomobilnin real bazar dəyəri nəzərə alınmaqla hazırki dövrə olan likvid qiyməti 20000 (iyirmi min) manat kimi qiymətləndirilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 739.1-ci maddəsinin tələbinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. MM-nin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Bundan əlavə, MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. MM-nin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. MM-nin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Beləliklə də məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2017-ci il tarixli kredit və ipoteka müqavilələrinə əsasən cavabdehə 60 ay müddətinə, illik 19 faiz ödəmək şərtilə bank tərəfindən 19660 ABŞ dolları məbləğində kredit verilmiş, eyni zamanda Cavabdeh məxsus **-FZ-*** dövlət qeydiyyat nişanlı “Nissan Altıma” markalı minik avtomobili bankın xeyrinə girov (ipoteka) qoyulmuş, həmin avtomobil İddiaçı ASC-də xx.xx.2022-ci il tarixədək ipoteka predmeti olaraq qeydiyyata alınmış, bu barədə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində göstərilən avtomobilə dair “ipoteka müqaviləsinə əsasən özgəninkiləşdirilməsin” barədə xüsusi qeyd aparılmışdır. Bundan sonra LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikası DİN-nin BDYP İdarəsinə xx.xx.2021-ci il tarixli bildirişin qeydə alınmasına dair ərizə ünvanlanmış və qeyd edilən ərizə həmin idarə tərəfindən xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Daha sonra LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli kredit borcunun ödənilməsinə və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilərək borcludan borcunun ödənilməsi, əks təqdirdə borcun banka ipotekaya qoyulmuş **-FZ-*** dövlət qeydiyyat nişanlı “Nissan Altıma” markalı minik avtomobilə yönəldilməsinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət ediləcəyi bildirilmişdir. Həmçinin məhkəmə araşdırmaları zamanı o da müəyyən olunmuşdur ki, qeyd edilən ipoteka predmeti ipoteka müqaviləsi ilə tərəflərin qarşılıqlı razılığına əsasən 20950 manat məbləğində qiymətləndirilmişdir. Lakin “X2” MMC-nin xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin bazar dəyərinin qiymətləndirilməsinə dair hesabata əsasən Cavabdeh məxsus olan “Nissan Altıma” markalı, ağ mirvari rəngli **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilnin real bazar dəyəri nəzərə alınmaqla hazırki dövrə olan likvid qiyməti 20000 (iyirmi min) manat müəyyən edilmişdir ki, məhkəmə də qeyd edilən bu qiymətləndirmə rəyi ilə razılaşmışdır. Göründüyü kimi iddiaçı tərəfindən kreditin verilməsi və əmlakın ipotekaya qoyulması sahəsində mövcud olan qanunvericiliyin tələblərinə tam riayət olunsa da cavabdeh tərəfindən həmin qanunvericiliyin tələbləri pozulmuşdur. Beləliklə də Cavabdeh bankdan götürdüyü kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış və bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuş və onun xx.xx.2023-cü il tarixə 8433.36 ABŞ dolları məbləğində əsas borcu, 149.76 ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, cəmi 8583.12 ABŞ dolları məbləğində borcu qalmışdır. Qeyd edilənlərə əsasən də məhkəmə cavabdehdən cəmi 8583.12 ABŞ dolları borc məbləğinin tutulmasını, həmin borc məbləğinin ipotekaya qoyulmuş əmlaka yönəldilməsini, avtomobilin ilkin satış qiymətinin 20000 manat məbləğində müəyyən edilməklə həmin avtomobilin açıq hərracda satılmasını və əldə olunmuş vəsait hesabına cavabdehin iddiaçıya olan borc məbləğinin ödənilməsini, həmçinin ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsinin ipoteka qoyana, yəni Cavabdeh qaytarılmasını qanuni və əsaslı sayır. Bundan əlavə, iddia tələbinin digər hissəsi ilə əlaqədar qeyd edilməlidir ki, iddia tələbinin satışdan əldə olunan vəsaitin borc məbləğinin tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutulmasına dair hissəsi-qətnamənin icrası ipoteka predmetinin satışından əldə olunacaq vəsaitdən asılı olduğundan, hazırkı vəziyyətdə tələbin həmin hissədə təmin edilməsi qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz və ona görə də iddia tələbi həmin hissədə də rədd edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qalması üçün iddiaçının ödədiyi 150 manat dövlət rusumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək və iş üzrə mülki məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 8433.36 ABŞ dolları əsas borc və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) fazilə hesablanmış 149,76 ABŞ dolları məbləğində gecikdirilmiş faiz borcu, cəmi 8583,12 ABŞ dolları ödəniləcək günə milli manat ekvivalentində pul və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumu tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, tutma bank qarşısında ipoteka ilə yüklü edilmiş “Nissan Altıma” markalı, 2013-cü il buraxılışlı, sedan tipli, ağ mirvari rəngli, **- FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin avtomobilin ilkin satış qiyməti 20000 (iyirmi min) manat müəyyən edilməklə açıq hərracda satılmalı, qeyd edilən avtomobilin satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehin banka olan borcu ödənilməli, əmlakın açıq hərracda satışından əldə olunmuş pul vəsaitinin artıq qalan hissəsi Cavabdeh qaytarılmalı və iddia tələbi qalan hissədə isə rədd edilməlidir. İş üzrə keçirilmiş “X3” MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirilmə tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində qiymətləndirmə xərci Cavabdeh alınaraq “X3” MMC-nin VÖEN **********, "xxxx" ASC kod 201025, M/h: AZ37NABZ********************, VÖEN **********, SWİFT AİİBAZ2XXXX H/h: AZ48AİİB400600C**********142 saylı hesabına köçürülsün. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 8433.36 ABŞ dolları əsas borc və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) fazilə hesablanmış 149,76 ABŞ dolları məbləğində gecikdirilmiş faiz borcu, cəmi 8583,12 (səkkiz min beş yüz səksən üç ABŞ dolları on iki sent) ABŞ dolları borc ödəniləcək günə milli manat ekvivalentində pul və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 150 (bir yüz əlli) manat məbləğində dövlət rüsumu tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tutma bank qarşısında ipoteka ilə yüklü edilmiş “Nissan Altıma” markalı, 2013-cü il buraxılışlı, sedan tipli, ağ mirvari rəngli, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin avtomobilin ilkin satış qiyməti 20000 (iyirmi min) manat müəyyən edilməklə açıq hərracda satılsın və əldə olunan vəsait hesabına hazırkı qətnamə ilə tutulan borc ödənilsin. Ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh qaytarılsın. İddia tələbi qalan hissədə isə rədd edilsin. İş üzrə keçirilmiş “X3” MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirilmə tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində qiymətləndirmə xərci Cavabdeh alınaraq “X3” MMC-nin VÖEN **********, "xxxx" ASC kod 201025, M/h: AZ37NABZ********************, VÖEN **********, SWİFT AİİBAZ2XXXX H/h: AZ48AİİB400600C**********142 saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar