Məhkəmə qərarları › İş №e-2-2(3-9)-77/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-9)-77/2026

02.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə İş № e-2-2(3-9)-77/2026 02.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Əliyev Kamaran Sabir oğlunun katibliyi ilə, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsindən (hakim Rəmzi Nəbiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı ASC) cavabdeh Cavabdeh qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, ##.##.2023-cü il tarixli, RBYF-**** saylı Baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair ##.##.2023-cü il tarixli Razılaşmaya əsasən əsas borca görə 21767,02 manat, faiz borcuna görə 1218,89 manat, cərimə borcuna görə 0 manat olmaqla cəmi 22985,91 manat məbləğində pulun və ödənilmiş 159 manat məbləğində dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması, tələbin cavabdehə məxsus 2009-cu il buraxılışlı, Ban nömrəsi JTEBU11F89K066377 olan, ağ boz metallik rəngli, ** CH *** qeydiyyat nişanlı, Toyota FJ-CRUİSER minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın hərracda satılması və satışından əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli, RBYF-**** saylı Baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair ##.##.2023-cü il tarixli Razılaşmaya əsasən illik 17 faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 36000 manat məbləğində kredit verilmişdir. ##.##.2023-cü il tarixli, RBYF-**** saylı Baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair ##.##.2023-cü il tarixli Razılaşmanın şərtlərinə görə cavabdeh Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən cavabdeh Cavabdeh ##.##.2023-cü il tarixli, RBYF-**** saylı Baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair ##.##.2023-cü il tarixli Razılaşmaya əsasən borcunun məbləği əsas borca görə 21767,02 manat, faiz borcuna görə 1218,89 manat, cərimə borcuna görə 0 manat olmaqla cəmi 22985,91 manat təşkil edir. ##.##.2023-cü il tarixli, RBYF-**** saylı Baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən cavabdeh Cavabdeh məxsus 2009-cu il buraxılışlı, Ban nömrəsi JTEBU11F89K066377 olan, ağ boz metallik rəngli, ** CH *** qeydiyyat nişanlı, Toyota FJ-CRUİSER minik markalı nəqliyyat vasitəsi iddiaçı İddiaçı ASC-nin qarşısında ##.##.2023-cü il tarixli, RBYF-**** saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli, RBYF- **** saylı Baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair ##.##.2023-cü il tarixli Razılaşmaya əsasən, müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqaviləyə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Sonradan iddiaçı İddiaçı ASC ##.##.2026-cı il tarixdə ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək bildirmişdir ki, bankın “Yasamal” filialı ilə müştəri Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli, RBYF-**** saylı Baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən borclu Cavabdeh məxsus 2009-cu il buraxılışlı, Ban nömrəsi JTEBU11F89K066377 olan, ağ boz metallik rəngli, müqavilə bağlanan zaman ** CH *** qeydiyyat nişanlı, Toyota FJ- CRUİSER minik markalı nəqliyyat vasitəsi iddiaçı İddiaçı ASC-nin qarşısında ##.##.2023-cü il tarixli, RBYF-**** saylı İpoteka müqaviləsi ilə yüklü edilmişdir. Daha sonra mülkiyyətçi Cavabdeh nəqliyyat vastəsinin nömrəsinin dəyişdirilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə müraciət etmiş, nəticədə JTEBU11F89K066377 Ban nömrəli avtomobilə ##.##.2024-cü il tarixdə mülkiyyətçisi dəyişdirilmədən yeni **-BX-*** dövlət qeydiyyat nişanı təhkim olunmuşdur. Qeyd olunan hal tərəfilərindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə ünvanlanmış sorğuya cavab məktubunda da öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə qətnaməsi qəbul edilərkən ipoteka predmeti olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının **-BX-*** olduğunu nəzərə alması xahiş olunur. Daha sonra iddiaçı İddiaçı ASC ##.##.2026-cı il tarixdə ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, iş üzrə əmlakın qiymətləndirilməsi barədə təyin edilmiş ekspertizanın keçirilməsi üçün “xxxx” MMC-yə xidmət haqqı olaraq 300 manat məbləğində pul İddiaçı ASC tərəfindən ödənilmişdir və həmin məbləğin cavabdehdən İddiaçı ASC-nin xeyrinə tutulması məsələsini mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilərkən nəzərə alınması xahiş olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdeh Cavabdeh 21467,02 manat əsas borc, 662,53 manat faiz borcu, 156,39 manat ödənilmiş dövlət rüsumu və 273,42 manat keçirilmiş tədqiqatın dəyəri olan xidmət haqqı olmaqla, ümumilikdə 22559,36 (iyirmi iki min beş yüz əlli doqquz manat, otuz altı qəpik) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh mülkiyyətində olan 2009-cu il buraxılışlı, Ban nömrəsi JTEBU11F89K066377 olan, ağ boz metallik rəngli, **-BX-*** (əvvəlki qeydiyyat nömrəsi: ** CH ***) dövlət qeydiyyat nişanlı, Toyota FJ-CRUİSER minik markalı nəqliyyat vasitəsinə ilkin satış qiyməti 29000 manat müəyyən edilməklə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin hərracda satılması və satışından əldə edilən vəsaitdən İddiaçı ASC-yə olan ümumilikdə 22285,94 (iyirmi iki min iki yüz səksən beş manat, doxsan dörd qəpik) manat məbləğində borcun ödənilməsi, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsinin cavabdeh Cavabdeh qaytarılması, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsini, borc yenidən hesablanmaqla qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qətnaməsi qanunsuz və ədalətsizdir. Məhkəmə borcunu düzgün hesablamamışdır. Qeyd olunan məbləğdə borcu yoxdur. İpoteka predmetinin dəyəri düzgün hesablanmamışdır. ##.##.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 36000 manat məbləğində ona kredit verilmişdir. Keçən müddət ərzində kreditin çox hissəsini ödəmişdir. Lakin hazırda borc düzgün hesablanmamış və artıq pul tələb olunmuşdur. Məhkəmə işin halarını düzgün araşdırmamışdır. Məhkəmə sübutları düzgün araşdırmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. c) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin olunmamasını, apellyasiya baxışı zamanı ipoteka predmetinin qiymətləndirilməsi üçün cəlb olunmuş mütəxəsisə ödənilən 300 manat xidmət haqqının cavabdehdən əlavə tutularaq xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəmədə iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Cavabdeh şikayətində qətnamənin ləğvini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, işin faktiki halları üzrə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Bununla belə tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur. İddiaçı ASC (“Borcverən”) ilə Cavabdeh (“Borcalan”) arasında bağlanmış ##.##.2023-cü il tarixli, RBYF-**** saylı Baş kredit müqaviləsinin : 1.1.1-ci yarımbəndinə əsasən, 500000 (beş yüz min manat) AZN-dək təşkil edən Kreditin maksimal məbləği bu Müqaviləyə və onun əsasında bağlanan Razılaşmalara əsasən Borc alanın Borc verəndən ala biləcəyi maksimum kredit məbləğindən ibarətdir; 1.1.2-ci yarımbəndinə əsasən, Kreditin qaytarılma müddəti 60 (altmış) ayadək təşkil edir; 1.1.3-cü yarımbəndinə əsasən, 30 (otuz) %-dək təşkil edən Kredit üzrə ödəniləcək illik faiz dərəcəsi Borc verən tərəfindən tələb edilə biləcək ən yüksək faiz dərəcəsini ifadə edir, Borc verənin faiz borcunun tələbi bu Müqavilə və onun əsasında bağlanan Razılaşmalar üzrə razılaşdırılmış tələbdən ibarət olacaqdır; 1.1.4-cü yarımbəndinə əsasən, 1 (bir) %-dək təşkil edən Kreditin qaytarılması gecikdirildiyi halda dəbbə pulu kimi ödəniləcək gündəlik faiz dərəcəsi (dəbbə pulu) Borc verən tərəfindən dəbbə pulu kimi tələb edilə biləcək ən yüksək məbləği ifadə edir, Borc verənin bu Müqavilə üzrə dəbbə pulunun hesablanması tələbi bu Müqavilə və onun əsasında bağlanan Razılaşmalar üzrə razılaşdırılmış tələbdən ibarət olacaqdır və Müqavilə əsasında bağlanan hər bir Razılaşma üzrə verilmiş Kreditin müddəti ərzində hesablana bilər; 1.1.5.-ci yarımbəndinə əsasən, 60 (altmış) %-dək təşkil edən Kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik cərimə faiz dərəcəsi (faiz dərəcəsi Borc verən tərəfindən tələb edilə biləcək ən çox faiz dərəcəsini ifadə edir, Borc verənin bu Müqavilə üzrə cərimə faiz borcunun tələbi bu Müqavilə və onun əsasmda bağlanan Razılaşmalar üzrə razılaşdırılmış tələbdən ibarət olacaqdır və bu Müqavilə əsasında bağlanan hər bir Razılaşma üzrə verdən Kreditin müddəti bitdikdən soma hesablana bilər. İddiaçı ASC ilə Cavabdeh (borcalan) arasında bağlanmış ##.##.2023-cü il tarixli, RBYF-**** saylı Baş kredit müqaviləsi üzrə kredit verilməsinə dair ##.##.2023-cü il tarixli Razılaşmaya əsasən illik 17 faiz dərəcəsi olmaqla, 24 ay müddətinə 36000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin: 3.1.-ci bəndinə əsasən, Müştəri aldığı krediti Ümumi Şərtlərdə və bu Razılaşmada nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəl(lər)i”nə uyğun olaraq Banka qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri, gecikmə faizlərini, habelə digər ödənişləri ödəməyi öhdəsinə götürür; 3.2.-ci bəndinə əsasən, Bu Razılaşma ilə verilmiş kredit üzrə “Kreditin ödəniş cədvəli”nə əsasən ödənişlərin ödənilməsi öhdəliyinin icra edilməməsinə, lazımmca icra edilməməsinə və ya gecikdirilməsinə görə faiz bu Müqavilənin 1.2-ci bəndində qeyd olunan illik faiz dərəcəsinin üzərinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün Mərkəzi Bank tərəfindən müəyyən edilmiş Uçot dərəcəsi əlavə edilərək borc tam ödənilən günədək hesablanır. X3 uçot dərəcəsi ilə Mərkəzi Bankın rəsmi internet səhifəsinə daxil olmaqla tanış ola bilər. Öhdəliyin icra edilməməsinə, lazımmca icra edilməməsinə və ya gecikdirilməsinə görə hesablanan faiz gündəlik 0.1%-dən, illik isə 36%-dən çox ola bilməz; 3.3.-cü bəndinə əsasən, X2 tərəfindən rəsmi internet səhifəsində yerləşdirilməldə birtərəfli qaydada dəyişdirilə bilən və Müştəri ilə Bank arasmda bağlanılmış ****** nömrəli Kredit məhsulları üzrə Bank xidmətlərinin göstərilməsinə dair Ümumi şərtlərin əlavəsi və ayrılmaz tərkib hissəsidir; 3.4.-cü bəndinə əsasən, Bu Razılaşma RBYF-**** nömrəli və ##.##.2023 tarixli kredit limitinin ayrılması üzrə Baş kredit müqaviləsi əsasında rəsmiləşdirilir və onun ayrılmaz tərkib hissəsi hesab olunur. ##.##.2023-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 36000 manat məbləğində kredit vəsaiti verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli, RBYF-**** nömrəli ipoteka müqaviləsinə əsasən cavabdeh Cavabdeh məxsus 2009-cu il buraxılışlı, Ban nömrəsi JTEBU11F89K066377 olan, ağ boz metallik rəngli, ** CH *** qeydiyyat nişanlı, Toyota FJ- CRUİSER minik markalı nəqliyyat vasitəsi ##.##.2023-cü il tarixli, RBYF-**** saylı Baş kredit müqaviləsi və onun əsasında bağlanmış razılaşmalar üzrə borcalanın öhdəliklərin icrasının təmini məqsədilə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və ipoteka hüququ qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin ##.##.2025-ci il tarixli, *-**- **/*-******/**** saylı məktubunun surətindən görünür ki, borclu Cavabdeh məxsus 2009 cu il buraxılışlı, Ban nömrəsi JTEBU11F89K066377 olan, ağ boz metallik rəngli, ** CH *** qeydiyyat nişanlı, Toyota FJ-CRUİSER minik markalı nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi dəyişdirilmiş və həmin nəqliyyat vasitəsinə yeni **-BX-*** dövlət qeydiyyat nişanı təhkim olunmuşdur. ##.##.2025-ci il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh ##.##.2025-ci il tarixə onun kredit müqaviləsinə əsasən borcu 21767.02 manat əsas, 1218,89 manat faiz və 0 manat cərimə olmaqla ümumilikdə 22985,91 manat təşkil edir. ##.##.2025-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli, RBYF-**** saylı kredit müqaviləsinə əsasən ##.##.2025 tarixinə yaranmış 21777,02 manat əsas, 1126,36 manat faiz, cərimə borcu 0 manat olmaqla, cəmi 22 903, manat borcunun məktub alındığı tarixdən 3 iş günü ərzində tamamilə ödənilməsi tələb edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASCyə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizası üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli, RBYF-****/* nömrəli razılaşma üzrə cavabdeh Cavabdeh kreditin təyin edildiyi tarixdən etibarən qərardadda ekspert qarşısında qoyulmuş suallar üzrə ayrı-ayrı tarixlər üzrə iddiaçı İddiaçı ASCyə olan borcu ##.##.2025-ci il tarixə (Maliyyə arayışında qeyd olunan tarix): əsas borc üzrə 22252,76 manat, faiz borcu üzrə 704,56 manat, ##.##.2025-ci il tarixə (Xəbərdarlıq məktubunun göndərildiyi tarix): əsas borc üzrə 22252,76 manat, faiz borcu üzrə 662,53 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, */**** nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir. Birinci instansiya məhkəməsinin qərardadı əsasında “xxxx” MMC tərəfindən təqdim olunan ##.##.2025-ci il tarixli, AE**-***/** saylı mütəxəsis rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan 2009-cu il buraxılışlı, Ban nömrəsi JTEBU11F89K066377 olan, ağ boz metallik rəngli, **- CH-*** qeydiyyat nişanlı, Toyota FJ-CRUİSER minik markalı nəqliyyat vasitəsinin ## #### 2025ci il tarixinə bazar dəyəri 30400,0 (otuz min dörd yüz) manat, likvid dəyəri (bazar dəyərindən 10% aşağı) 27300 (iyirmi yeddi min üç yüz) manat təşkil edir. Birinci instansiya məhkəməsinin qərardadı əsasında “xxxx” MMC tərəfindən təqdim olunan ##.##.2025-ci il tarixli mütəxəsis rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan 2009-cu il buraxılışlı Ban nömrəsi JTEBU11F89K066377 olan ağ boz metallik rəngli **-CH-*** qeydiyyat nişanlı (hal hazırda qeydiyyat nişanı **-BX-***-dir) Toyota FJ-CRUİSER minik markalı nəqliyyat vasitəsinin bazar dəyəri 30000 manat, likvid dəyəri 29000 manat təşkil edir. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 2.2-ci bəndində tərəflər ipoteka predmetinə tutma yönəldiləcəyi halda ilkin satış qiymətinin aşağıda adları göstərilən müstəqil qiymətləndiricilərdən birinin rəyi əsasında müəyyən edilməli olduğunu razılaşdırmışlar; 1) “xxxx” MMC, 2) “xxxx” MMC, 3) “İnteqris” MMC, 4) “xxxx” MMC, 5) “xxxx” MMC. İşə baxan birinci instansiya məhkəməsi müqavilənin qeyd olunan şərtini nəzərə almadan ipoteka predmetinin qiymətləndirməsinə dair hesabat təqdim edilməsini ilkin olaraq “xxxx” MMC-yə, sonradan isə “xxxx” MMC-yə həvalə etmişdir. Halbuki “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 9.2.-ci maddəsinə əsasən qanunla müəyyən edilən hallarda qiymətləndirmə məhkəmənin və ya inzibati orqanın qiymətləndirmənin təyin olunması haqqında qərarı və icra məmurunun sifarişi əsasında da aparıla bilər. Qiymətləndirməni təyin (sifariş) edən orqan və ya vəzifəli şəxs qiymətləndiricini bu Qanunun tələblərinə uyğun olaraq qiymətləndirmə obyektinin mülkiyyətçisi ilə razılaşdırmaqla seçir. Belə razılıq əldə olunmazsa, qiymətləndirici Qiymətləndiricilər Palatası tərəfindən müəyyən edilir. Apellyasiya baxışı zamanı ipoteka müqaviləsinin 2.2-ci bəndinin şərti nəzərə alınaraq ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması üçün mütəxəsis rəyinin verilməsi tərəflərin razılaşdırdıqları qiymətləndirici təşkilatlardan “xxxx” MMC-yə həvalə edilmişdir. “xxxx” MMC-nin təqdim etdiyi ##.##.2026-cı il tarixli hesabatda ipoteka predmeti kimi çıxış edən 2009-cu il buraxılışlı Ban nömrəsi JTEBU11F89K066377 olan ağ boz metallik rəngli **-CH- *** qeydiyyat nişanlı (hal hazırda qeydiyyat nişanı **-BX-***-dir) Toyota FJ-CRUİSER minik markalı nəqliyyat vasitəsinin bazar dəyəri 27000 manat, likvid dəyəri 24000 manat müəyyən edilmişdir. ##.##.2026-cı il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı İddiaçı ASC tərəfindən xidmət haqqı olaraq 300 manat pul qiymətləndirici “xxxx” MMC-nin hesabına keçirilmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Mülki Məcəllə Maddə 6.2 - Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.1. və 14.2.1. - Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Maddə 385.1 - Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 - Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1 - Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3 - Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442 - Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1 - Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1 - Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərini cra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1 - (Kredit və ipoteka müqavilələri bağlanan zaman, yəni ##.##.2023-cü il tarixində qüvvədə olan redaksiyada, dəyişiklik dərc tarixindən (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı ## #### 2023-cü il, “Azərbaycan” qəzeti # ##### 2023-cü il) 6 ay sonra qüvvəyə minmişdir) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair ## ### 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsasə verir ki, borc alan kreditorla bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımınca yerinə yetirmədiyindən, kreditorun borc alana qarşı irəli sürdüyü öhdəliklərin icrası tələbi qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə müddətinin buna imkan verməsinə baxmayaraq, kreditorun borc alana göndərdiyi bildirişlə müqavilənin ləğv olunması və öhdəliklərinin tam icrasını tələb etməsi məqamını nəzərə almaqla Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli qərarında formalaşan hüquqi mövqeyə uyğun nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-ci maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İşdə olan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilsə də, cavabdeh həmin müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında bağlanılmış müqavilələrin şərtlərinə uyğun olaraq iddiaçının cavabdehə kredit verməsi və sonuncunun həmin krediti alması işin mübahisəsiz hallarını təşkil edir. Lakin işdə olan “Maliyyə arayışı”nda və hesabdan çıxarışda əksini tapan məlumatlardan müəyyən olunur ki, cavabdehin əsas və faiz borcundən ibarət ödənilməmiş kredit borcu qalmışdır. Kollegiya tərəflərin iradə ifadəsini əks etdirən müqaviləni, hesabdan çıxarışı, maliyyə arayışını, mühasibatlıq ekspertizasının rəyini, qətnamənin yalnız cavabdeh tərəfindən mübahisələndirilməsini və işin müəyyən edilmiş digər hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri borc məbləği hissədə əsassızdır. Belə ki, iddiaçı cavabdehə göndərdiyi bildirişlə bütün borcu geri tələb edərək, müqaviləni birtərəfli qaydada ləğv etdiyini bəyan etmişdir. İşə baxan birinci instansiya məhkəməsi də məhz Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq təyin etmiş olduğu məhkəmə mühasibatlıq ekspertizası qarşısında kredit müqaviləsi üzrə müqavilənin bank tərəfindən birtərəfli qaydada ləğv edildiyi tarixə, yəni ##.##.2025-ci il tarixinə hesablanan borcun müəyyən olunması ilə bağlı suallar qoymuş və verilən ekspert rəyini nəzərə alaraq borc məbləğini müəyyən etmişdir. Cavabdeh Cavabdeh (borc alan) apellyasiya şikayətində ekspert rəyinin həqiqiliyini şübhə altına ala biləcək dəlillər gətirməmiş, ikinci dəfə ekspertizanın təyin edilməli olmasını hansı zərurətdən irəli gəlməsini əsaslandırmamışdır. Mülki Məcəllə Maddə 269.1 - Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; Maddə 319.1 - Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 10.4 - İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Maddə 34.1.1 - Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardant biridir. Maddə 39.3 – (müqavilə bağlanan zaman qüvvədə olmuş redaksiyada) Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini (39.3.3-cü maddə) göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 1.0.9 - (müqavilə bağlanan zaman qüvvədə olmuş redaksiyada) İlkin satış qiyməti Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ** saylı, ##.##.2020-ci il tarixli qərardadı ilə qərara alınmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 9.2.-ci maddəsinə əsasən qanunla müəyyən edilən hallarda qiymətləndirmə məhkəmənin və ya inzibati orqanın qiymətləndirmənin təyin olunması haqqında qərarı və icra məmurunun sifarişi əsasında da aparıla bilər. Qiymətləndirməni təyin (sifariş) edən orqan və ya vəzifəli şəxs qiymətləndiricini bu Qanunun tələblərinə uyğun olaraq qiymətləndirmə obyektinin mülkiyyətçisi ilə razılaşdırmaqla seçir. Belə razılıq əldə olunmazsa, qiymətləndirici Qiymətləndiricilər Palatası tərəfindən müəyyən edilir. Yuxarıda qeyd olunmuş qanunvericilik aktı normalarına əsaslanaraq kollegiya hesab edir ki, tutmanın kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə ipotekaya qoyulmuş, ipoteka predmeti kimi çıxış edən minik avtomobilinə yönəldilərək açıq hərrac yolu ilə satılması hissədə tələbi təmin edən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc alan müqavilədən irəli gələn öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən kreditor qarşısında icra edilməmiş öhdəliyi yaranmış və kreditor təminat kimi ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması tələbini irəli sürməkdə tam haqlı olmuşdur. Cavabdeh Cavabdeh (borc alan) apellyasiya şikayətində məhkəmənin ipoteka predmetinin ilkin satış qiymətinin aşağı müəyyən olunmasını bildirsə də, işdə olan mütəxəsis rəyilərinin həqiqiliyini şübhə altına ala biləcək dəlillər gətirməmiş, ikinci dəfə mütəxəsis rəyinin alınmalı olmasını hansı zərurətdən irəli gəlməsini əsaslandırmamışdır. Bununla belə kollegiya tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 2.2-ci bəndinin şərtini, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 9.2.-ci maddəsinin tələbini nəzərə alaraq ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsini müqavilə tərəflərin razılaşdırdıqları qiymətləndirici təşkilatlaran “xxxx” MMC-yə həvalə etmiş, sonuncun təqdim etdiyi hesabatla ipoteka predmetinin ilkin satış (likvid) qiyməti daha aşağı məbləğdə (24000 manat) müəyyən edilmişdir. Qətnamə ilə ipoteka predmetinin müəyyən olunan ilkin satış qiyməti (29000 manat) yalnız cavabdeh-ipoteka qoyan tərəfindən mübahisələndirildiyindən, kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlili bu hissədə də təsdiqini tapmır, qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 382, 384.0.1, 385.2, 392, 393 və 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilməsin. Apellyasiya baxışı zamanı mütəxəsis rəyinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 300 manat xidmət haqqı cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ASC-yə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə kassasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Qasım Əliyev İlham Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar