Məhkəmə qərarları › İş №e-2-2(121)-2084/2025

Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-2084/2025

28.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-2084/2025 28.01.2026 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nəbiyev Rəmzi Sultan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6 oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Təris qızına qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi”nə dair işə Şirvan şəhərində, Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Tələb:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Təris qızına qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 1 . Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-in xeyrinə xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə banka 29816.46 manat əsas, 4993.91 manat faiz və 1069.62 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 35879.99 AZN məbləğində borcun, xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə banka 5000 manat əsas, 1178.98 manat faiz və 32.97 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 6211.95 manat borcun və 216.28 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ödənilməsi, tutmanın ünvan 1 ünvanında yerlə yerləşən 1/3 hissəsi paylı mülkiyyət əsasında Cavabdeh2 Təris qızına, 1/3 hissəsi paylı mülkiyyət əsasında Cavabdeh3, 1/3 hissədə paylı mülkiyyət əsasında Cavabdeh1 məxsus olan 0,1822 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 187,7 kv.m, yaşayış otaqlarının sayı 3 olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir..

2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi”nə dair ərizə ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-in xeyrinə xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə banka 26470.06 manat əsas, 7021.20 manat faiz və 1069.62 manat cərimə olmaqla, ümumilikdə cəmi 34560.88 manat məbləğində borcun, xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə 5000 manat əsas, 1178.98 manat faiz və 32.97 manat cərimə olmaqla, ümumilikdə cəmi 6211.95 manat borcun və 216.28 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ödənilməsi, tutmanın ünvan 1 ünvanında yerlə yerləşən 1/3 hissəsi paylı mülkiyyət əsasında Cavabdeh2 Təris qızına, 1/3 hissəsi paylı mülkiyyət əsasında Cavabdeh3, 1/3 hissədə paylı mülkiyyət əsasında Cavabdeh1 məxsus olan 0,1822 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 187,7 kv.m, yaşayış otaqlarının sayı 3 olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi və satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh3 İddiaçı ASC-nin “Lənkəran” filialından 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti verilmişdir. xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh3 İddiaçı ASC-nin “Lənkəran” filialından illik 19%-lə 24 ay müddətinə 30000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2023-cü il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh3 İddiaçı ASC-dən illik 22%-lə 24 ay müddətinə 5000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, ünvan 1 ünvanında yerləşən 1/3 hissəsi paylı mülkiyyət əsasında Cavabdeh2 Təris qızına, 1/3 hissəsi paylı mülkiyyət əsasında Cavabdeh3, 1/3 hissədə paylı mülkiyyət əsasında Cavabdeh1 məxsus olan 0,1822 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 187,7 kv.m, yaşayış otaqlarının sayı 3 olan fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 20 fevral 2025-ci il tarixədək Cavabdeh3 xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə banka 29816.46 manat əsas, 4993.91 manat faiz və 4278.47 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 39088.84 manat borcu vardır. Cavabdeh3 xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 4.17 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 1069.62 manat məbləğində tələb olunur. 20 fevral 2025-ci il tarixədək Cavabdeh3 xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə banka 5000 manat əsas, 1178.98 manat faiz və 65.93 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 6244.91 manat borcu vardır. Cavabdeh3 xx.xx.2023-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 65.93 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 32.97 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh3 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1.1-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutmaya yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur.

4. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və 19 avqust 2025-ci il tarixli 9/3734 saylı ekspert rəyinə əsasən xx.xx.2023-cü il tarixli 13-MCR-1-2786-22/2 saylı kredit müqaviləsi üzrə əsas və faiz borc məbləği xx.xx.2025-ci il tarixinə aşağıdakı kimi müəyyən olunmuşdur: Əsas borc- 26470.06 manat. faiz borcu- 7021.20 manat. Odur ki, ekspertiza rəyinin yuxarıda qeyd etdiyi hissəsi ilə razılaşaraq iddia tələbini təmin edilməsi məhkəmədən xahiş olunur.

Tərəflərin izahatları:

5. Məhkəmə iclasında iştirak edən iddaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianı müdafə edərək iddia ərizəsinə və təqdim edilən mülahizəyə uyğun izahat verdi, həmçinin əlavə olaraq bildirdi ki, cavabdehlər tərəfindən edilmiş və ekspert rəyində nəzərə alınmayan ödənişlər nəzərə alınaraq yeni maliyyə arayışını məhkəməyə təqdim etmişdir. Qeyd etdiklərini nəzərə alaraq, o, iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.

8. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

9. Qeyd olunanlara əsasən məhkəmə cavabdehlərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edilmişdir.

İddia ərizəsinə etiraz:

10. Cavabdehlər tərəfindən AR MPM-nin 154-cü maddəsinə müvafiq olaraq iddia ərizəsinə qarşı etiraz məhkəməyə təqdim edilməmişdir.

Əsaslandırıcı hissə:

a) İş materialları və sübutların tədqiqi:

11. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh3 İddiaçı ASC-nin “Lənkəran” filialından 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır.

12. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır.

13. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən yaranmış borcun təminatı olaraq, ünvan 1 ünvanında yerləşən 1/3 hissəsi paylı mülkiyyət əsasında Cavabdeh2 Təris qızına, 1/3 hissəsi paylı mülkiyyət əsasında Cavabdeh3, 1/3 hissədə paylı mülkiyyət əsasında Cavabdeh1 məxsus olan 0,1822 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 187,7 kv.m, yaşayış otaqlarının sayı 3 olan fərdi yaşayış evi xx.xx.2022-c il tarixli, DA/01704/22 saylı ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır.

14. İş materiallarından görünür ki, ipoteka bildirişlərinin qeydə alınması üçün iddiaçı tərəfindən 15 və 36 manat olmaqla ümumilikdə 51 manat rüsum ödənilmişdir.

15. İş materiallarından görünür ki, 13-MCR-1-2786-22/2 nömrəli, xx.xx.2023-cü il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh3 İddiaçı ASC-nin “Lənkəran” filialından illik 19%-lə 24 ay müddətinə 30000 manat məbləğində kredit götürmüşdür.

16. İş materiallarında olan 20 fevral 2025-ci il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh3 qeyd edilən tarixə onun xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka olan borcu 29816.46 manat əsas, 4993.91 manat faiz və 4278.47 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 39088.84 manat təşkil edir.

17. İş materiallarında olan “ödəniş cədvəli”nin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli, 13-MCR-1-2786-22/2 nömrəli kredit razılaşması üzrə son ödəniş tarixi xx.xx.2025-ci il kimi qeyd olunmuşdur.

18. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə (SMS vasitəsi ilə bağlanmış) əsasən Cavabdeh3 İddiaçı ASC tərəfindən illik 22,63%-lə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir.

19. İş materiallarında olan 20 fevral 2025-ci il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh3 qeyd edilən tarixə onun xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka olan borcu 5000 manat əsas, 1178,98 manat faiz və 65,93 manat cərimə olmaqla ümumilikdə cəmi 6244,91 manat təşkil edir.

20. İş materiallarında olan Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli və xx.xx.2022-ci il tarixli, kredit müqaviləsinə əsasən yaranmış borcun məktub alındığı tarixdən 5 gün ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun İddiaçı ASC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlərə xəbərdarlıq edilmişdir.

21. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş, xx.xx.2025-ci il tarixli, 9/3734 saylı ekspert rəyində qeyd edilmişdir ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 18 avqust 2023-ci il tarixli, 13-MCR-1-2786-22/2 nömrəli Bank Xidmətlərinin Göstərilməsi üzrə X5 Müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh3 xx.xx.2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən, əsas borc üzrə 29870,06 manat, faiz borcu üzrə 5017,42 manat, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 18 avqust 2023-ci il tarixli, 13-MCR-1-2786-22/2 nömrəli Bank Xidmətlərinin Göstərilməsi üzrə X5 Müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh3 xx.xx.2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: əsas borc üzrə 26470,06 manat, faiz borcu üzrə 7021,20 manat. - xx.xx.2023-cü il tarixli, SMS LOAN ********** saylı kredit müqaviləsi üzrə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında öz əksini tapmışhesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SMS LOAN ********** saylı Kredit Müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh3 xx.xx.2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: əsas borc üzrə 4995,08 manat, faiz borcu üzrə 1178,10 manat, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SMS LOAN ********** saylı Kredit Müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh3 xx.xx.2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: əsas borc üzrə 4395,08 manat, faiz borcu üzrə 1565,27 manat müəyyən edilir.

22. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, xx.xx.2025-cü il tarixli, 9/3734 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyəri 120 (bir yüz iyirmi) manat təşkil edir.

23. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli rəyindən və müşayiət məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən 1/3 hissəsi paylı mülkiyyət əsasında Cavabdeh2, 1/3 hissəsi paylı mülkiyyət əsasında Cavabdeh3, 1/3 hissədə paylı mülkiyyət əsasında Cavabdeh1 məxsus olan 0.1822 ha torpaq sahəsi və onun üzəridə yerləşən ümumi 187.7 kv.m sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin hazırki bazar və likvid dəyəri 05.08. 2025-ci il tarixinə: Bazar dəyəri: 70,000.0 ( yetmiş min) manat, Likvid dəyəri: 60,000.0 (altmış min) manat təşkil edir. - Premium Qiymətləndirmə MMC-nin qiymətləndirmə xərclərinin bir hissəsi iddiaçı tərəfindən ödənilib, digər hissə olan 300 (üç yüz) manat təşkil edir.

24. İş materillarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh3 qeyd edilən tarixə onun xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borcu 3901 manat əsas, 2038,75 manat faiz, 274,63 manat cərimə borcu və əsas borca görə hesablanmış 5 % əldən çıxmış fayda 42.8 manat borcu olmaqla ümumilikdə cəmi 6257,18 manat təşkil edir.

25. İş materillarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh3 qeyd edilən tarixə onun xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borcu 23450,46 manat əsas, 9491,13 manat faiz, 13605,8 manat cərimə borcu və əsas borca görə hesablanmış 5% əldən çıxmış fayda 492 manat borcu olmaqla ümumilikdə cəmi 47039,39 manat təşkil edir.

26. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən, 216,28 manat dövlət rüsumu ödənilmişdir.

b) Tətbiq edilən hüquq:

27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklə yeni redaksiyada verilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37-ci fəslinin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. - 743.2-ci maddəsinə əsasən Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 739.3-cü maddəsinə əsasən Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. - 742.1- ci maddəsinə əsasən Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. - 742.5-ci maddəsinə əsasən Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: - 742.5.1-ci maddəsinə əsasən borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; - 742.5.2-ci maddəsinə əsasən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); - 742.5.3-cü maddəsinə əsasən borcalan borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, borcverənin cavabdeh olmadığı hallarla əlaqədar təminat itirildikdə (məhv olduqda, xitam verildikdə və s.) və yaxud dəyəri azaldıqda (o cümlədən qarantın və ya zaminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə) və bu hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; - 742.5.4-cü maddəsinə əsasən borcun təyinatı borc müqaviləsində göstərildiyi halda borcalan borcverənə borcun təyinatı üzrə istifadə edilməsinə müqavilədə nəzərdə tutulmuş qaydada nəzarət etməyə imkan vermədikdə və ya borc təyinatı üzrə istifadə olunmadıqda. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinin tələbinə görə də, məhkəmə işin hallarını, eləcə də kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

28. “İpoteka haqqında” Qanunun:

- 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. - 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 46. 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. - 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. - 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır.

29. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:

- 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. - 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. - 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.

31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadı:

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

33. Məhkəmə baxışının hədləri:

Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

c) Məhkəmənin mövqeyi:

34. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

35. Məhkəmə əvvəla qeyd edir ki, iddia tələbinin maddi hüquqi əsasını 13-MCR-1- 2786-22/2 nömrəli, xx.xx.2023-cü il tarixli kredit verilməsinə münasibətdə 24 fevral 2023cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəlki redaksiyasında olan 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

36. Məhkəmə, həmçinin qeyd edir ki, iddia tələbinin maddi hüquqi əsasını xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə (SMS vasitəsi ilə bağlanmış) münasibətdə - 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliklə yeni redaksiyada verilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37-ci fəslinin kredit müqaviləsini tənzimləyən müddəaları tətbiq olunmalıdır. Belə ki, Mülki Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

37. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında etibarlı şəkildə bağlanılmış kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, İddiaçı ASC Cavabdeh3 borc (kredit) verməyi, Cavabdeh3 isə aldığı borcu (krediti) faizi ilə birgə hissə-hissə olmaqla iddiaçıya qaytarmağı öhdələrinə götürmüşlər. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqaviləni və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

38. Məhkəmə qeyd edir ki, iddianın əsasını, müqavilə üzrə öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə, tələb olunan əsas və faizdən ibarət borc qalığının iddiaçıya ödənilməsini sübut etmək vəzifəsi isə cavabdehin (borcalan) üzərinə düşür.

39. Məhkəmə hesab edir ki, idddiaçı öz tələbinin əsasını qanuna uyğun dəlillərlə sübut etmiş, lakin cavabdeh lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddia ərizəsinə etiraz verməmiş, iddianın əsassızlığına dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə, kredit müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən lazımınca yerinə yetirilməməsinin tam sübut olunduğu qənaətinə gəlir.

40. İşin araşdırılan hallarından müəyyən olunur ki, Uzunmüddətli kredit müqaviləsi əsasında Cavabdeh3 İddiaçı ASC ilə bağladığı xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh3 İddiaçı ASC-nin “Lənkəran” filialından 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti verilmişdir. xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2022-ci il tarixdə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh3 İddiaçı ASC-nin “Lənkəran” filialından illik 19%-lə 24 ay müddətinə 30000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2023-cü il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh3 İddiaçı ASC-dən illik 22%-lə 24 ay müddətinə 5000 manat məbləğində kredit götürmüş və həmin kredit məbləği onun hesabına köçürülmüşdür.

41. Məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh (borcalan) uzunmüddətli kredit və təminat müqaviləsi” əsasında bağlanmış kredit razılaşmalarsı üzrə üzrə bank qarşısında öhdəlik götürdüyündən və o, müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, həmçinin zamin Cavabdeh1 qeyd edilən kredit müqaviləsi və onun əsasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçı qarşısında cavabdeh (borcalan) ilə birlikdə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürdüyünə görə, o da iddiaçı qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməməsinə görə birgə məsuliyyət daşımalıdır.

42. Məhkəmə yuxarıda qeyd edilən maddi hüquq normalarına və iş materiallarına əsasən hesab edir ki, Cavabdeh3 qeyd olunan kredit razılaşmaları üzrə öhdəliklərini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməmiş, nəticədə isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3734 saylı ekspert rəyində qeyd edilmişdir ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 18 avqust 2023-ci il tarixli, 13-MCR-1-2786-22/2 nömrəli Bank Xidmətlərinin Göstərilməsi üzrə X5 Müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh3 xx.xx.2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: əsas borc üzrə 29870,06 manat, faiz borcu üzrə 5017,42 manat, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 18 avqust 2023-ci il tarixli, 13-MCR-1-2786-22/2 nömrəli Bank Xidmətlərinin Göstərilməsi üzrə X5 Müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh3 xx.xx.2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: əsas borc üzrə 26470,06 manat, faiz borcu üzrə 7021,20 manat, xx.xx.2023-cü il tarixli, SMS LOAN ********** saylı kredit müqaviləsi üzrə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SMS LOAN ********** saylı Kredit Müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh3 xx.xx.2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: əsas borc üzrə 4995,08 manat, faiz borcu üzrə 1178,10 manat, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, SMS LOAN ********** saylı Kredit Müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh3 xx.xx.2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: əsas borc üzrə 4395,08 manat, faiz borcu üzrə 1565,27 manat müəyyən edilir.

43. Məhkəmə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3734 saylı ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspertin gəldiyi nəticə iş materiallarına əlavə olunmuş sübutlara və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Ona görə də, həmin rəy mötəbər sübut kimi nəzərə alınmalıdır.

44. İş materiallarında olan xx.xx.2026-cı il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh3 xx.xx.2026-cı il tarixə, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə borcu 3901 manat əsas, 2038,75 manat faiz, 274,63 manat cərimə və 42.8 manat əsas borca görə hesablanmış 5 % əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 6257,18 manat, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə isə 23450,46 manat əsas, 9491,13 manat faiz, 13605,8 manat cərimə və 492 manat əsas borca görə hesablanmış 5% əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 47039,39 manat təşkil edir.

45. Məhkəmə işin müəyyən edilən hallarına hesab edir ki, iddia tələbi xx.xx.2023-cü il tarixli, 13-MCR-1-2786-22/2 saylı kredit razılaşması üzrə əsas və faiz borcuna aid hissələrdə qismən əsaslıdır. Ona görə ki, xx.xx.2026-cı il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə qeyd olunan kredit müqaviləsi üzrə əsas borc 23450,46 manat təşkil edir.

46. Məhkəmə iş materiallarını və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən hesab edir ki, iddia tələbi xx.xx.2023-cü il tarixli, 13-MCR-1-2786-22/2 saylı kredit razılaşması 7021,20 manat faiz borcuna aid hissədə qismən əsaslıdır. Ona görə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan mövqeyinə görə, xəbərdarlıq məktubunun göndərilməsilə müqavilə iddiaçı tərəfindən ləğv edildiyindən, həmin tarixdən sonra müqavilə üzrə faiz hesablana bilməz. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Ekspert rəyindən müəyyən olunur ki, xəbərdarlıq məktubunun göndərildiyi tarixə faiz borcu 5017,42 manat təşkil edir. Ona görə də, iddia tələbi qeyd olunan hissədə 5017,42 manat həcmdə əsaslıdır.

47. Məhkəmə, iddianı xx.xx.2023-cü il tarixli, 13-MCR-1-2786-22/2 saylı kredit razılaşması üzrə 1069.62 manat cəriməyə ai hissəsinə münasibət bildirərək qeyd edir ki, təmin etmə üsullarından biri kimi təsbit edilmişdir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Tərəflər bu prinsiplər çərçivəsində Mülki Məcəllənin 462.3-cü maddəsinə əsasən dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər. Tərəflər arasında bağlanmış kredit müqaviləsində cərimə nəzərdə tutulmuşdur. İddiaçının tələb etdiyi 1069.62 manat cərimə məbləği hesablanmış cərimə məbləğinin 25%-ni təşkil edir. Ona görə də, məhkəmə cavabdeh tərəfindən öhdəliyin icrasının gecikdirilməsi müəyyən olunduğundan və tələb olunan cərimə gecikdirilmiş əsas borc məbləği nəzərə alındıqda tənasübsüz yüksək olmadığından, məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan cərimə tələbi əsaslıdır.

48. Məhkəmə, eyni zamanda hesab edir ki, iddianın xx.xx.2023-cü il tarixli, SMS LOAN ********** saylı kredit razılaşması üzrə əsas, faiz və cəriməyə aid hissələinə münasibət bildirilməlidir.

49. İş materiallarından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli, SMS LOAN ********** saylı kredit müqaviləsi üzrə əsas borc xx.xx.2026-cı il tarixə 3901 manat təşkil edir. Ona görə də məhkəmə qeyd olunan hissədə iddianı qismən 3901 manat məbləğdə əsaslı hesab edir.

50. Məhkəmə xx.xx.2023-cü il tarixli, SMS LOAN ********** saylı kredit müqaviləsi üzrə 1178,98 manat faiz borcuna münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən əsaslıdır. Ona görə ki, ekspert rəyi ilə xəbərdarlıq məktubunun göndərildiyi tarixə qeyd olunan kredit razılaşması üzrə faiz borcunun 1178,10 manat olduğu müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi həmin hissədə 1178,10 manat hissədə əsaslıdır.

51. xx.xx.2023-cü il tarixli, 13-MCR-1-2786-22/2 saylı kredit razılaşması üzrə hesablanmış və tələb olunan 216.28 manat məbləğində cəriməyə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən əsaslıdır. Çünki, həmin cərimə məbləği tərəflər arasındakı razılaşma ilə müəyyən edilir. İddiaçı 20 fevral 2025-ci il tarixli xəbərdarlıq məktubunu göndərməklə xx.xx.2023-cü il tarixli, SMS LOAN ********** saylı kredit müqaviləsini birtərəfli qaydada ləğv etmişdir. İş materiallarından müəyyən olunur ki xx.xx.2023-cü il tarixli, 13-MCR-1-2786-22/2 saylı kredit razılaşması üzrə hesablanmış cərimə məbləği 65,93 manat təşkil etsə də, iddiaçı 32,97 manat tələb edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə əsaslıdır.

52. Bundan başqa, iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 15 manat dövlət rüsumu və 36 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iş materialları və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən hesab edir ki, göstərilən rüsum və xidmət haqqı cavabdehlərdən (müqavilə üzrə borcludan və zamindən) müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

53. Qeyd olunanları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən əsaslı hesab edilməli, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada müştərək qaydada xx.xx.2023-cü il tarixli, 13-MCR-1-2786-22/2 saylı kredit razılaşması üzrə 23450,46 manat məbləğində əsas borc, 5017,42 manat məbləğində faiz borcu, 1069,62 manat məbləğində cərimə olmaqla, cəmi 29537,5 manat və xx.xx.2023-cü il tarixli, SMS LOAN ********** saylı kredit müqaviləsi üzrə 3901 manat məbləğində əsas borc, 1178,10 manat məbləğində faiz borcu və 32,97 manat məbləğində cərimə olmaqla, cəmi 5112,07 manat, ümumilikdə cəmi 34649,57 manat məbləğində borc, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 15 (on beş) manat dövlət rüsumu və 36 (otuz altı) manat xidmət haqqı tutularaq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

54. İddia ərizəsində ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür.

55. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış , xx.xx.2022-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilədən və həmin müqavilə əsasında bağlanmış Saziş və kredit razılaşmalarından irəli gələn öhdəliklərin icrasının təmini üsulu 1/3 hissədə paylı mülkiyyət əsasında Cavabdeh2 Təris qızının, 1/3 hissədə paylı mülkiyyət əsasında Cavabdeh3 və 1/3 hissədə paylı mülkiyyət əsasında Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,1822 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 187,7 kv.m, yaşayış otaqlarının sayı 3 olan fərdi yaşayış evi iddiaçı qarşısında etibarlı şəkildə bağlanmış xx.xx.2022-c il tarixli, DA/01704/22 saylı ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edildiyindən və borcalan (kredit alan) cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən və risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, iddiaçı tələbin ipoteka predmeti əşyalara yönəldilməsini tələb etməkdə haqlı olmuşdur.

56. Məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 saylı Qərardadındakı hüquqi mövqedən çıxış edərək hesab edir ki, hazırki iş üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti üzrə 60.000 (iyirmi beş min) manat məbləğində müəyyən edilməlidir.

57. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından borcalan cavabdehin iddiaçıya qaydada xx.xx.2023-cü il tarixli, 13-MCR-1-2786-22/2 saylı kredit razılaşması üzrə 23450,46 manat məbləğində əsas borc, 5017,42 manat məbləğində faiz borcu, 1069,62 manat məbləğində cərimə olmaqla, cəmi 29537,5 manat və xx.xx.2023-cü il tarixli, SMS LOAN ********** saylı kredit müqaviləsi üzrə 3901 manat məbləğində əsas borc, 1178,10 manat məbləğində faiz borcu və 32,97 manat məbləğində cərimə olmaqla, cəmi 5112,07 manat, ümumilikdə cəmi 34649,57 manat məbləğində borcunun olması və iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ödənilməsi müəyyən edildiyindən, iddia tələbi həmin hissələrdə əsaslı hesab edilərək təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetinin açıq hərracda satışı həyata keçirilməli, satışdan əldə edilən vəsait hesabına göstərilən borc məbləğləri tutularaq iddiaçıya ödənilməli, əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi paylarına mütənasib olaraq cavabdehlər Cavabdeh2 Təris qızına, Cavabdeh3 və Cavabdeh1 qaytarılmalıdır.

58. Məhkəmə, həmçinin iddia tələbinin “hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Ona görə ki, sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun İİİ və İV fəsillərində Məcburi İcra tədbirləri və onların tətbiqinin əsasları, həmçinin tələbin borclunun əmlakına yönəldilməsi qaydası nəzərdə tutulmuşdur. Belə ki, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Qeyd olunanlarla əlaqədar məhkəmə qeyd etməyi vacib hesab edir ki, qətnamə icra məmuru tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq tam icra edilməlidir. Məhkəmə hüquqi mövqeyi ondan ibarətdir ki, qətnaməni tam icra etmək icra məmurunun onsuz da qanundan irəli gələn vəzifəsi olduğundan, qətnamənin məcburi icrası çərçivəsində icra məmurunun yerinə yetirməli olduğu hərəkətlərin məhkəmə qətnaməsində xüsusi vurğulanmasına lüzum yoxdur. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddia tələbi həmin hissədə rədd edilməlidir.

d) Məhkəmə xərcləri:

59. Məhəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumunun 194 manatı cavabdehlərə aid edilməli və cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

60. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 120 (bir yüz iyirmi) manatın 101,97 manatı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada, 18,03 manatı isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməlidir.

61. Məhkəmə, həmçinin hesab edir ki, iş üzrə ipoteka predmeti əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 600 manat məbləğində pul vəsaitinin 300 manatı iddiaçı tərəfindən ödənildiyindən, qalan 300 manat cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (Kod: 512275, Vöen: **********, MH Acc: AZ41NABZ********************, Swift: MUGAAZ22, Client Name: PREMİUM QİYMATLANDİRMA MMC, Client Acc: AZ37MUGA**********00274AZM70, Client Vöen: **********) ödənilməlidir.

Nəticə:

62. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada xx.xx.2023-cü il tarixli, 13-MCR-1-2786-22/2 saylı kredit razılaşması üzrə 23450,46 manat məbləğində əsas borc, 5017,42 manat məbləğində faiz borcu, 1069,62 manat məbləğində cərimə olmaqla, cəmi 29537,5 manat və xx.xx.2023-cü il tarixli, SMS LOAN ********** saylı kredit müqaviləsi üzrə 3901 manat məbləğində əsas borc, 1178,10 manat məbləğində faiz borcu və 32,97 manat məbləğində cərimə olmaqla, cəmi 5112,07 manat, ümumilikdə cəmi 34649,57 (otuz dörd min altı yüz qırx doqquz manat, əlli yeddi qəpik) manat məbləğində borc, ödənilmiş dövlət rüsumuna görə 194 (bir yüz doxsan dörd) manat məbləğində pul vəsaiti, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 15 (on beş) manat dövlət rüsumu və 36 (otuz altı) manat xidmət haqqı tutularaq, İddiaçı ASC-yə ödənilsin. Tələb paylı mülkiyyət əsasında 1/3 hissədə Cavabdeh2 Təris qızına, 1/3 hissədə Cavabdeh3 və 1/3 hissədə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 0,1822 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 187,7 kv.m, yaşayış otaqlarının sayı 3 olan fərdi yaşayış evinə yönəldilsin. 1 paylı mülkiyyət əsasında 1/3 hissədə Cavabdeh2 Təris qızına, 1/3 hissədə Cavabdeh3 və 1/3 hissədə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 0,1822 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 187,7 kv.m, yaşayış otaqlarının sayı 3 olan fərdi yaşayış evinin ilkin satış qiyməti 60.000 manat məbləğində müəyyən edilsin, həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi açıq hərracda satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 34649,57 (otuz dörd min altı yüz qırx doqquz manat, əlli yeddi qəpik) manat məbləğində borc, ödənilmiş dövlət rüsumuna görə 194 (bir yüz doxsan dörd) manat məbləğində pul vəsaiti, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 15 (on beş) manat dövlət rüsumu və 36 (otuz altı) manat xidmət haqqı ödənilsin. Əmlakın açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh2 Təris qızına, Cavabdeh3 və Cavabdeh1 ipoteka predmeti əmlak üzərindəki paylarına mütənasib olaraq qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manatın 101,97 manatı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada, 18,03 manatı isə iddiaçı Yelo Bank” Açıq Səhmdar Cəmiyyətindən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. İş üzrə ipoteka predmeti olan bağ evinin qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyərinin qalıq 300 manatı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına (Kod: 512275, Vöen: **********, MH Acc: AZ41NABZ********************, Swift: MUGAAZ22, Client Name: PREMİUM QİYMATLANDİRMA MMC, Client Acc: AZ37MUGA**********00274AZM70, Client Vöen: **********) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rəmzi Nəbiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar