Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № 2(047)-443/2023 03.08.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikasının Maraqlı şəxs1Laçın Rayon İcra Hakimiyyəti Laçın rayon Dövlət Arxiv İdarəsinə və Laçın Rayon Kommunal Müəssisələri Kombinatına qarşı hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Maraqlı şəxs1Laçın Rayon İcra Hakimiyyəti Laçın rayon Dövlət Arxiv İdarəsinə qarşı hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli qərardadına əsasən Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Maraqlı şəxs1Laçın Rayon İcra Hakimiyyəti Laçın rayon Dövlət Arxiv İdarəsinə qarşı hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Laçın Rayon Kommunal Müəssisələri Kombinatının maraqlı şəxs qismində mülki məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən mülki iş üzrə Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə rəsmi vəsatətini təqdim edərək izahatında göstərmişdir ki, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikasının Maraqlı şəxs1Laçın Rayon İcra Hakimiyyəti Laçın rayon Dövlət Arxiv İdarəsinə və Laçın Rayon Kommunal Müəssisələri Kombinatına qarşı hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hal-hazırda yaranmış zərurətlə əlaqədar olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1ci maddəsinə əsasən ərizəçinin ərizəsini və ərizəyə əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş edir. İş üzrə Ərizəçi, maraqlı şəxslər Azərbaycan Respublikasının Maraqlı şəxs1Laçın Rayon İcra Hakimiyyəti Laçın rayon Dövlət Arxiv İdarəsinin və Laçın Rayon Kommunal Müəssisələri Kombinatının nümayəndələrinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, Ərizəçi və Laçın Rayon Kommunal Müəssisələri Kombinatının nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər və onların iştirakları olmadan işə baxılmasını bildirməmişlər, digər maraqlı şəxs Azərbaycan Respublikasının Maraqlı şəxs1Laçın Rayon İcra Hakimiyyəti Laçın rayon Dövlət Arxiv İdarəsinin müdiri X1 isə məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Ərizəçi, maraqlı şəxslər Azərbaycan Respublikasının Maraqlı şəxs1Laçın Rayon İcra Hakimiyyəti Laçın rayon Dövlət Arxiv İdarəsinin və Laçın Rayon Kommunal Müəssisələri Kombinatının nümayəndələrinin iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin vəsatətini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, vəsatət təmin edilməli, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Beləliklə məhkəmə ərizəçinin nümayəndəsinin vəsatətinə əsasən ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci, 170-ci, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikasının Maraqlı şəxs1Laçın Rayon İcra Hakimiyyəti Laçın rayon Dövlət Arxiv İdarəsinə və Laçın Rayon Kommunal Müəssisələri Kombinatına qarşı hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-443/2023
Laçın Rayon Məhkəməsi Qərardad — İş №2(047)-443/2023
03.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver