Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-449/2023 24.10.2023 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Laçın Rayonu İcra Hakimiyyəti başçısı yanında “Qəyyumluq və Himayəçilik Komissiyası”nın nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Laçın Rayonu İcra Hakimiyyəti başçısı yanında “Qəyyumluq və Himayəçilik Komissiyası”na qarşı X3nın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Laçın Rayonu İcra Hakimiyyəti başçısı yanında “Qəyyumluq və Himayəçilik Komissiyası”na qarşı X3nın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, X8 onun doğma anasıdır. X3 xx.xx.1937-ci ildə anadan olmuşdur. X3 2009-cu il tarixdən şizofreniya paranoid forma F.20.0 xəstəsidir və ona “şizofreniya paranoid forma iflici, hərəkətin və yerişin pozulmaları nitq pozğunluqları və digər dəqiqləşməmiş xəstəliklər zamanı ağır dərəcəli ağıl zəifliyi" diaqnozu qoyulmuşdur. Yəni anasının onun köməkliyi olmadan özünü idarə etmək qabiliyyəti olmamışdır və yoxdur. Hal-hazırda da anası onun himayəsindədir və anası yataq xəstəsidir. X3 öz hərəkətlərinin mənasını başa düşməyən, öz hərəkətlərinə rəhbərlik edə bilməyən və köməyə möhtac olduğundan anasını onun qəyyumluğuna verilməsi ilə əlaqədar olaraq o, Laçın rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin İcra Hakimiyyətindən ona anasına yalnız fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair məhkəmə qətnaməsi çıxarıldıqdan sonra qəyyum təyin ediləcəyini bildirmişlər. Ona görə də X3nı bir ovlad kimi onun himayəsində yaşamasının təmin edilməsi, dövlət tərəfindən anasına verilən müavinətin əldə edilərək ona sərf edilməsi və anasının qanunla müəyyən edilmiş qaydada onun himayəsinə verilməsi üçün fəaliyyət qabiliyyətsiz hesab edilməsi zərurəti yaranmışdır. Çünki anası özü-özünü təmin etmək iqtidarında olmayan şəxsdir. Ona daima qulluq edir, anasının bütün qidalanmasını, təmizliyini və geyindirilməsini də o, təmin edir. Bu səbəbdən məhkəməyə müraciət edərək xx.xx.1937-ci il təvəllüdlü X3nın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını istəyir. Qeyd olunalara əsasən də məhkəmədən xx.xx.1937-ci il təvəllüdlü, Laçın rayon Mişni kəndində anadan olmuş X3nın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs Laçın Rayonu İcra Hakimiyyəti başçısı yanında “Qəyyumluq və Himayəçilik Komissiyası”nın nümayəndəsi X4 Ərizəçi xx.xx.1937-ci ildə anadan olmuş X3nın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi tələbinə dair mülki iş üzrə ərizəsinin təmin edlməsinə etirazının olmamasını bildirərək qeyd edilən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X8 xx.xx.1937-ci il tarixdə Laçın rayonu Mişni kəndində anadan olmuş, Laçın rayonu Mişni kəndində qeydiyyatdadır və onun qızı Ərizəçidır. İşdə olan Laçın rayon İcra hakimiyyəti başçısının Mişni kəndi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi hal-hazırda Ağcabədi rayon Taxta körpü qəsəbəsi Laçın rayon Mişni obasında yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Hüquqi şəxsi X11 Şöbəsinin xx.xx.2023-cü il tarixli 503 saylı rəyin məzmunundan görünür ki, xx.xx.1937-ci il tarixdə Laçın rayon Mişni kəndində anadan olmuş X1 xəstəliyində gecikmiş, demensiya (Aağıl zəifliyi), davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F00.1 xəstəliyindən əziyyət çəkir. X1 xəstəliyində gecikmiş, demensiya (Aağıl zəifliyi), davranış pozuntuları ilə XBT-10 (Psxi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F00.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını anlaya və ya öz hərəkətlərini idarə etmək qabliyyətində deyildir. X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi X3 ağır xəstəlikdən əziyyət çəkir, onun kənar şəxsin yardımına ehtiyacı vardır, o, öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərkətlərini idarə edə bilmir. Göstərilənlərə əsasən məhkəmə onu da qeyd edir ki, X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar da vardır. Bu barədə müvafiq ekspert rəyi də məhkəməyə daxil olmuşdur. Məhkəmə, həmçinin qeyd edilən ekspert rəyi ilə də razılaşır və ona görə də belə hesab edir ki, ərizəçinin tələbinin təmin edilməsi qanuni və əsaslıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən də məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli, yəni xx.xx.1937-ci il təvəllüdlü, Laçın rayon Mişni kəndində anadan olmuş və Laçın rayon Mişni kəndində qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1937-ci il təvəllüdlü, Laçın rayon Mişni kəndində anadan olmuş və Laçın rayon Mişni kəndində qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №2(047)-449/2023
Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-449/2023
24.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver