Məhkəmə qərarları › İş №2(047)-56/2024

Laçın Rayon Məhkəməsi Qətnamə — İş №2(047)-56/2024

06.02.2024 · Sair mülki iş - Digər - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Laçın rayonu İş № 2(047)-56/2024 06.02.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədirliyi, məhkəmə iclas katibi Şükürov Yaşasın Valeh oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Laçın sakini, hal-hazırda Bərdə rayonu Şirvanlı kəndində məskunlaşan Cavabdeh ilə 07 noyabr 2022-ci il tarixdə öz aralarında razılaşmalarına əsasən özünə məxsus **-CE-*** nömrəli “Qaz 2410” markalı avtomobilini Cavabdeh kreditlə 1500 manata satmış, bu barədə onlar arasında müvafiq akt tərtib olunmuş və həmin aktı hər ikisi imzalamışlar. Bundan başqa Cavabdeh ondan 100 manat dəyərində dəmir list almış, həmçinin Cavabdeh ona təqdim etdiyi pikap avtomobilinin mühərrikində olan nasazlığa görə 100 manat da pul verəcəyini vəd etmişdir. Beləliklə Cavabdeh ona 1700 manat borcu vardır. Lakin həmin gündən xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh ona bir manat da olsa pul verməmişdir. O, dəfələrlə Şirvanlı kəndinə Vüqargilin məskunlaşdığı ünvana gedib Cavabdeh pulunu tələb etsə Vüqar onu ağır sözlərlə söyərək rədd cavab vermişdir. Əlavə olaraq bildirir ki, Cavabdeh məşhur maşın alverçisidir. Həftədə bir maşın rəngələyib satır. İmkanı və pulu çoxdur. Bütün bunlara baxmayaraq o, cavabdehdən halal pulunu istədikdə Cavabdeh hər dəfə onu ağır şöyüşlərlə təhqir etmiş və onu şantaj edərək hədələmişdir. İndi o, tam anlamışdır ki, Cavabdeh ona borclu olduğu 1700 manat pulunu vermək niyyəti yoxdur. Artıq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də Cavabdeh 1700 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək izahatında göstərmişdir ki, iddia ərizəsinin surətini almış və oxuyub tanış olmuşdur. İddia tələbini qəbul edir. Belə ki, o, İddiaçı öz aralarında razılaşaraq özünə məxsus pikap markalı avtomobilini iddiaçıya vermiş və İddiaçı məxsus **-CE-*** dövlət qeydiyyat nişanlı “Qaz 2410” markalı avtomobili isə 1500 manata hər ay ödəmək şərti ilə kreditlə iddiaçıdan almışdır. Bundan başqa ona məxsus pikap markalı avtomobilinin mühərrikində problem olduğu üçün o, İddiaçı avtomobilin mühərrikini düzəltmək üçün 100 manat verəcəyini də bildirmiş, sonradan İddiaçı dəyəri 100 manata 1 ədəd dəmir list də almış, lakin imkanı olmadığından qeyd etdiyi borc məbləğlərini qaytara bilməmişdir. Bundan başqa o, avtomobili aldığına dair öz xətti və imzası ilə akt da yazaraq İddiaçı təqdim etmişdir. Göstərilənlərə əsasən onun iddiaçıya cəmi 1700 manat borcu qalmışdır. Ona görə də qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı və Cavabdeh tərəfindən imzalanmış aktdan görünür ki, tərəflərin öz aralarında olan razılaşmalarına əsasən Cavabdeh İddiaçı aldığı avtomobilə görə iddiaçıya 1500 manat borcu qalmış və cavabdeh həmin pulu hər ay 200 manat olmaqla 2022-ci ilin noyabr ayından iddiaçıya qaytaracağına söz vermişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı 1700 manat borcunun olduğunu etiraf etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Republikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə araşdırmaları zamanı iddiaçının və cavabdehin izahatları, iş üzrə tədqiq edilmiş sübutlarla və qeyd edilən münasibətlərə tətbiq edilməli olan hüquq normalarının tələblərinə əsasən belə müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə öz aralarında olan razılaşmalarına əsasən cavabdeh özünə məxsus pikap markalı avtomobilini iddiaçıya vermiş, İddiaçı məxsus **-CE-*** dövlət qeydiyyat nişanlı “Qaz 2410” markalı avtomobili isə 1500 manata iddiaçıdan satın almış və cavabdeh 2022-ci ilin noyabr ayından başlayaraq həmin puldan hər ay 200 manat ödəmək barədə iddiaçıya söz vermişdir. Bundan başqa cavabdehə məxsus pikap markalı avtomobilin mühərrikində problem olduğuna görə Cavabdeh İddiaçı avtomobilin mühərrikini düzəltmək üçün 100 manat verəcəyini də bildirmiş, sonradan Cavabdeh İddiaçı dəyəri 100 manat olan 1 ədəd dəmir list də almışdır. Qeyd edilənlərə əsasən də Cavabdeh İddiaçı ümumilikdə 1700 manat borcu qalmış, iddiaçı hər dəfə cavabdehdən pulunu istədikdə cavabdeh ödəyəcəyinə söz vermişdir. Lakin hal-hazıra kimi cavabdeh iddiaçıya olan 1700 manat borcunu ödəməmişdir. Ona görə də iddiaçı məcbur olub belə bir tələblə məhkəməyə müraciət etmişdir. Bundan əlavə Cavabdeh mülki işə məhkəmə baxışı gedişində ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı 1700 manat borcunun olduğunu etiraf edib iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini də məhkəmədən xahiş etmişdir. Göstərilənlərə əsasən də məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh 1700 (bir min yeddi yüz) manat pulun alınıb İddiaçı verilməsi qanuni və əsaslıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə subutların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1700 (bir min yeddi yüz) manat borc pul alınıb İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1700 (bir min yeddi yüz) manat borc pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Laçın Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Cavad İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar